Gəlinlik qalmaqalı böyüyür - Fahriye əsəbiləşdi
Aktrisa Fahriye Evcenin Burak Özçivitlə toyunda geyindiyi gəlinlik qalmaqalı böyüyür.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, modelyer Raşit Bağzıbağlının hazırladığı libasın onun ötən il Neslihan Atagül üçün tikdiyi gəlinliyə bənzəməsi tənqid olunmuşdu.
Sosial mediada narahat olmağa başlayan Fahriye əsəbiləşərək modelyerlə dostluğunu bitirib və onu İnstaqramda izləmədən çıxarıb. Lakin bu hərəkətin də diqqət çəkdiyini görən aktrisa bir təşəkkür mesajı ilə diqqəti qalmaqaldan uzaqlaşdırmağa çalışıb.
F.Evcen toyu hazırlamaqda iştirak edən hər kəsə ayrı-ayrı təşəkkür edib və R.Bağzıbağlıya libas üçün minnətdarlığını bildirib.
Qeyd edək ki, Kadir Doğulu ilə ötən il ailə quran N.Atagülün Fahriye-Burak cütlüyü ilə münasibətləri gərgindir. Neslihan hətta "Kara Sevda" serialında tərəf müqabili olan Burakın onun toyunda iştirak etmədiyini əsas gətirərək Fahriye ilə toyuna getməmişdi. Qalmaqalın kökü isə Burakla Kadir arasındakı qısqanclıqla əlaqələndirilir.











Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın