Gənc dərinin və sağlam saçların SİRRİ

Gənc dərinin və sağlam saçların SİRRİKeratin saçların sağlamlığını və parlaqlığını qoruyan vacib maddədir. Demək olar ki, bütün maskalar və balzamların tərkibinə daxildir, salonlarda keratin istifadə edərək saçları gücləndirmək və bərpa etmək üçün prosedurlar təklif olunur. Saçları daha güclü, elastik və qalın edən keratin bədənimizdə təbii olaraq tapılan bir zülaldır. Bu zülalın bədəndə kifayət qədər miqdarda sintez edilməsi üçün qidalardan bir sıra vitamin və amin turşusu əldə etmək lazımdır.
Milli.Az publika.az-a istinadən keratin istehsalını stimullaşdıran ən faydalı 7 məhsulla tanış edir.
Yumurta
Yumurta keratinin sintezi üçün lazım olan biotin mənbəyidir. Yalnız bir toyuq yumurtası gündəlik biotin tələbatının üçdə birini təmin edir. Bundan əlavə, yumurta ağında keratin ilə eyni miqdarda amin turşuları var. Yüksək miqdarda selenium, riboflavin, A və B12 vitaminləri saçları qidalandırır, gücləndirir və saç tökülməsinin qarşısını alır.
Soğan
Soğan amin turşusuna çevrilən, bitki antioksidantı olan çox miqdarda N-asetilsistein ehtiva edir. Bundan başqa, soğan folik turşusu ilə zəngindir - saç folikullarının sağlamlığını qorumaq üçün vacib elementdir.
Qızıl balıq
Qızıl balıq ürəyin və beynin fəaliyyətini yaxşılaşdıran, saçların sağlamlığını, parıltısını qoruyan protein və Omeqa-3 yağ turşularının mənbəyidir. Bundan əlavə, qırmızı balıq keratinin sintezində iştirak edən çox miqdarda biotin ehtiva edir.
Şirin kartof
Şirin kartof sağlam karbohidratlar, antioksidantlar - karotenoidlər və vitaminlərlə zəngindir. Tərkibindəki A vitamini sayəsində şirin kartof aktiv saç böyüməsini stimullaşdırır və saç tökülməsindən qoruyur. Yalnız 150 qram şirin kartof bədənin gündəlik vitamin ehtiyacını təmin edir. Unutmayın ki, A vitamini yağda həll olunur, yəni mənimsənilməsi üçün yağlı komponent lazımdır.
Günəbaxan tumu
Günəbaxan toxumu zəngin biotin mənbəyidir, xüsusən də balıq və ya yumurta yemirsinizsə. Günəbaxan toxumu bitki zülalı, sağlam yağlar, E vitamini, mis, selenium və pantotenik turşusu ilə zəngindir. Saçların sağlam və parlaq olması üçün salat, sendviç və isti yeməklərə əlavə edin.
Kələm
Kələm əsl vitamin anbarıdır. Keratinin sintezi üçün vacib olan provitamin mənbəyidir. Vitamin C - güclü antioksidantdır, hüceyrələri sərbəst radikal zərərindən qoruyur, K vitamini - bədənin sağlamlığı, xüsusilə əzələ və ürək-damar sistemi üçün vacibdir.
Kök
Bu narıncı tərəvəz zəngin təbii antioksidant mənbəyidir - A və C vitaminləri ilə yanaşı, biotin də ehtiva edir. Saç böyüməsindən əlavə, yerkökü erkən qocalmanın qarşısını alır və bədən hüceyrələrinin yenilənməsini təşviq edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1490   Tarix: 05 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

gözəllik məhsulları geyim seçimi geyim necə seçməli cantalar 2026 qan qruplari bəxtiyar vahabzadə ana şeiri dəri və saç kosmetika intim munasibetler dolca burclerin uyumu zəhmət tərəzi bürcü