Gəncədə TÜKÜRPƏDİCİ HADİSƏ: Evli kişi dayısı qızını qaçırıb zorladı

Gəncədə TÜKÜRPƏDİCİ HADİSƏ: Evli kişi dayısı qızını qaçırıb zorladıDayısı qızına qarşı təcavüzdə təqsirli bilinən Zərdab rayon sakini, 1990-cı il təvəllüdlü Şöhrət Əliheybətlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Şöhrət Əliheybətli bir neçə il əvvəl ailə qurub. Onun ailə qurduğu qadınla olan birgə nikahlarından iki övladları dünyaya gəlib.

Evlilik təklifi

Orta təhsilli olan Şöhrət Əliheybətli dayısının yetkinlik yaşına çatmayan qızı, 1999-cu il təvəllüdlü Fəridə Məmmədovanı (ad və soyad şərti verilib -H. Z.) sevməyə başlayıb. Hətta onlar bir neçə dəfə görüşüblər.

Şöhrət Əliheybətli sonuncu dəfə dayısının yaşadığı Kürdəmir rayonuna 9 iyul 2015-ci il tarixdə gəlib. Dayısı qızı ilə görüşüb və ona evlənmək təklifi edib. Fəridə də bibisi oğlunun təklifi ilə razılaşıb.

Qız qaçırma

Qızın razılığını alan Şöhrət Əliheybətli onu qaçırmaq qərarına gəlib. O, bu istəyini dayısı qızına bildirib. Fəridə də Şöhrətin təklifi ilə razılaşıb.

Bundan sonra Fəridə Məmmədova bibisi oğlu Şöhrət Əliheybətliyə evlənmək məqsədilə qoşularaq qaçıb. Şöhrət dayısı qızını Gəncə şəhərinə gətirib.

Şöhrət Əliheybətli şəhərin 3-cü mikrorayon, ev 23 mənzil 87 ünvanında yaşamaq üçün kirayə ev tutub. Onlar həmin gündən tutulan kirayə evdə yaşamağa balayıblar.

İyulun 14-də, gecə saat 3 radələrində Şöhrət Əliheybətli dayısı qızının yatdığı otağa gəlib. O, dayısı qızı ilə cinsi əlaqədə olmağı təklif edib. Fəridə də bibisi oğlunun intim münasibətdə olmaq barədə təklifinə rədd cavabı verib. Fəridə Məmmədova Şöhrətin onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasına etiraz edib.

Zorakılıq

Lakin Şöhrət onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı israr etsə də, Fəridə buna yenə də razı olmayıb. Fəridənin etiraz etməsini görən Şöhrət ona qarşı fiziki güc göstərməyə başlayıb.

Şöhrət Əliheybətli Fəridəni otaqda olan çarpayının üstünə yıxıb və zorla onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib. Bibisi oğlu tərəfindən zorlanan Fəridə Məmmədova ertəsi gün anasına zəng edib.

O, Gəncə şəhərində olduğunu, dayısı oğlu Şöhrət tərəfindən evlənmək məqsədilə qaçırıldığını, kirayə qaldığı evdə cinsi təcavüzə məruz qaldığını anasına bildirib.

Bundan sonra Fəridə Məmmədovanın valideynləri hüquq-mühafizə orqanlarına məlumat verib. Keçirilən əməliyyat nəticəsində Fəridə Məmmədova tapılaraq ailəsinə təhvil verilib, Şöhrət Əliheybətli isə həbs edilib.

7 il cəza

Şöhrət Əliheybətli Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Dadaş İmanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti cinayət işinin dəlillərini araşdırandan sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Şöhrət Əliheybətli 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, dayısı qızına qarşı seksual xarakterli hərəkətlər etmədiyini bildirib. Buna görə də barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şöhrət Əliheybətlinin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti araşdırılması üçün hakim Teyyub Muxtarovun icraatına verilib. Yaxın günlərdə apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlanacaq.

mənbə: teleqraf.com

Xəbərlər     Baxılıb: 2284   Tarix: 12 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

turlar.az

yemek reseptleri maskalar sac duzumleri ərzaqlar qadin dunyasi kulinariya interyer dizayni hamiləlik təqvimi kosmetika rus dili dolca statuslar ziyafet geyimleri əfsanələr