Gəzməyə başlayan uşağa ayaqqabını tərs geydirməyin faydası varmı? - Travmatoloqdan MƏSLƏHƏTLƏR

Gəzməyə başlayan uşağa ayaqqabını tərs geydirməyin faydası varmı? - Travmatoloqdan MƏSLƏHƏTLƏRSon zamanlar uşaqlar arasında, əsasən də qız uşaqlarında böyüdükcə ayaqlarında problemlər yaranır. Bu problemlərdən ən geniş yayılanları içəbasma, düz ayaqlılıq müşahidə edilir. Bəzən valideynlər uşaqlarında olan bu kimi ayaq problemlərinin aradan qaldırmaq üçün həkimə müraciət etmək yerinə nənələr tərəfindən məsləhət görülən üsullara üstünlük verirlər. Bu üsullardan biri də ayaqları düzəlməsi üçün  yenicə gəzməyə başlayan uşağa ayqqabılarının tərs geyindirilməsidir.  
Bəs görəsən, ayaqqabının tərs geyindirilməsi həqiqətən də işə yarayırmı? Ayaqlarının altı düz olan insanlar  gələcəkdə ciddi ürək və sair orqanların xəstəlikləri ilə üzləşirlərmi?  
Milli.Az medicina.az-a istinadən bildirir ki, medicina.az-ın suallarını ortoped-travmatoloq Ceyhun Quliyev cavablandırıb: 
İçəbasma problemi olan uşaqlara ayaqqabını tərs geyindirməyin heç bir xeyri yoxdur.  
"İçəbasma dedikdə, pəncənin içəriyə doğru dönük olmasından söhbət gedir. Çox zaman içəbasma problemi potologiya kimi qəbul olunmur. 90 faiz hallarda içəbasma fizioloji hal kimi qiymətləndirilir. Əgər bu problem uşaqda ciddi fəsad vermirsə, məsələn yeridikdə bir ayağı o birinə ilişərək yıxılmırsa, o zaman həkimlər bunu bir xəstəlik olaraq görmürlər və gözləmə mövqeyini tuturlar. 
Uşağın inkişafı nəzarətə götürülür. Belə ki, əyriliyin dərəcəsindən asılı olaraq uşaq 6 aydan və ya 1 ildən bir müayinə edilir. Çünki uşaq böyüdükcə bu problemin heç bir müdaxilə olmadan düzəlmə ehtimalı yüksəkdir. Əgər uşaq böyüdükcə problem yalnız kosmetik olaraq qalırsa, onda da bu ciddi problem kimi qəbul edilmir. 
İçəbasma yalnız uşağı yeriməyinə və qaçmağına maneə yaratdığı təqirdə  həkim tərəfindən müdaxiləyə ehtiyac yaranır ki, bu zaman da çıxış yolu yalnız cərrahi əməliyyatdır. Amma buna çox nadir hallarda rastlanir. İçəbasma problemi əksər hallarda öz-özündən aradan qalxır".
Bəzən həkimlər bu problemi yaşayan uşaqlara ortopedik ayaqqabı geyinməyi və masaj məsləhət görürlər. Ayaqda olan hər hansı bir ortopedik problem aradan qalxmır. Bu çox səhv düşüncədir. İçəbasma zamanı masajın da heç bir təsiri olmur. Problemin aradan qalxması üçün uşağa kalsium içirənlər də az deyil. Amma bunlar sadəcə olaraq böyüməkdə olan uşaq orqanizmini daha da yükləyir.  Çünki bu problem bud-çanaq oynağının fizioloji quruluşundan irəli gəlir.   
"Təcrübəmizdə həm də içəbasmanı aradan qaldırmaq üçün bir çox anaların uşağa ayaqqabısını uzun müddət tərs geyindirmələri ilə də tez-tez rastlaşırıq. Bu da çox yalnışdır. İçəribasma problemi bununla da aradan qalxmır. Əksinə ayaqqabını tərs geyinmək bir sıra fəsadlara yol açır. Bu zaman içəbasma problemi olduğu kimi qalır amma uşaqda başqa ayaq problemləri yaranır. Çünki ayaqqabını tərs geyinmək ayağın quruğuşu dəyişdirir. Ayaqqabını uzun müddət tərs geyinməyə öyrəşən uşaq bundan sonra onu düz geyinməyə və onunla yeriməyə öryəşməlidir. Bu isə uşaq üçün çox çətin olur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1479   Tarix: 13 yanvar 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

.

Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət

Yuxu problemləri insult riskini 16% artırır. xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. İnsult ciddi və həyat

.

Dünəndən qalan çayı içmək olar?

Çay dünyada ən çox istifadə olunan içkilərdən biridir. Bəzən dəmlənmiş çay süfrədə saatlarla qalır, hətta ertəsi gün yenidən içilir. Bunun sağlamlıq üçün nə dərəcədə təhlükəli olması ilə bağlı isə müxtəlif iddialar yayılır

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Sümükləri möhkəmləndirən qidalar

60 yaşdan yuxarı insanların təxminən 30 faizi bud-çanaq sınığından sonra bir il ərzində həyatını itirir. xəbər verir ki, bu səbəbdən sümüklərin möhkəmliyini qorumaq və sınıq riskini azaltmaq üçün kalsium, D vitamini, zülal

.

Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida

Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikalar

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qocalığı gecikdirən möcüzəvi çərəzlər

Çərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar. -a istinadən xəbər veri

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

turlar.az

geyim necə seçməli donlar 2026 geyim seçimi sizanaqlara qarsi maska yemək resepti həftəlik bürclər qadın və din kosmetika qiz burcu faydalı maskalar qaynana novruza aid hakışda qoğalın nağlı