Gigiyenanın insan sağlamlığına təsiri. Maraqlı tarixi faktlar

Gigiyenanın insan sağlamlığına təsiri. Maraqlı tarixi faktlarÜmumdünya Səhiyyə Təşkilatının fikirinə görə, gigiyena (burada məişət gigiyenası, əmək gigiyenası və s. nəzərdə tutulur) insanın sağlamlığında ən böyük rollardan birini oynayır.
Gigiyena anlayışı insanlara qədim zamanlardan məlumdur. Artıq bizim eramizdan 600-500 il əvvəl Qədim Romada 30 ayrı su kəməri, çoxlu sayda ictimai hamamlar və tualetlər var idi.
Gigiyena haqqında ilk elmi işlər böyük yunan alimi və həkimi Hippokrata məxsusdur. Bu elmi işlərdə Hippokrat sübut edirdi ki, insanın səhhətinə hava, su, qidalanma, həyat tərzi, vərdişlər və s. təsir edir.
Bizim eramızdan çox-çox əvvəl Qədim Romada müasir unitazlara oxşayan "qurğular" var idi.
2000 il bundan əvvəl Qədim Çində imperator sarayında zərif ipəkdən hazırlanmış ətir saçan... "tualet kağızı" istifadə olunurdu.
Orta əsrlərdə gigiyena, demək olar ki, tam şəkildə "hörmətdən düşdü". Qərbi Avropa  şəhərlərində su kəmərləri və kanalizasiya sistemi yox idi. Təbii təlabatlar üçün şəhər sakinləri adətən "gecə vazlardan" (sadə dildə desək "güvəclərdən") istifadə edirdilər ki, sonra isə onların içindəki sadəcə çölə tullanırdı. Nəticədə şəhərlərin küçələrində üfunətli "çaylar" axırdı. Bütün məişət zibili də çölə tullanılırdı və burada yığılaraq qalırdı (o vaxtlar zibil şəhərlərdən çıxarılmırdı). Bu isə (və həmçinin pişiklərin xristian kilsəsi tərəfindən məhv edilməsi) siçovulların fəlakətli şəkildə çoxalmasına səbəb olurdu. Siçovullar isə qara çiçək və s. təhlükəli xəstəlikləri insanlar arasında yayırdılar.
İsti su da o vaxtlar böyük problem idi. Bu səbəbdən də insanlar (hətta əsilzadələr) kifayyət qədər gec-gec çimirdilər.
O vaxtlar belə hesab edirdilər ki, tez-tez çimən insan öz orqanizmini "zəiflədir". Bəzi orta əsrlərə aid tibbi ədəbiyyatlarda belə iddia sürülürdü ki, "su vannaları qəbul edən insanın bədənində məsamələr genişlənir ki, nəticədə bu məsamələrdən insan orqanizminə xəstəliklər daxil ola bilər və insan xəstələnə və hətta ölə bilər". Bu səbəbdən onsuz da çox nadir hallarda çimən avropalılar bunu bir çox hallarda... paltarda edirdilər. Bunun digər səbəbi kilsənin çılpaqlığa və insan bədəninə olan münasibət idi - çılpaqlıq əxlaqsızlıq və günah sayılırdı.
Yeri gəlmişkən, paltarların yuyulması da o vaxtlar "dəbdə" deyildi.
Beləliklə, şəhərlərdə antisanitarlıq "hökm sürürdü". Çirk, üfunət, bitlər, birələr, siçovullar  o vaxtlar üçün adi reallıq idi.
Bütün bu dəhşətlərin nəticəsi kimi orta əsrlər tarixdə dəhşətli pandemiyalarla (taun, qara çiçək xəstəliyi, sifilis və s.) "məşhur" olublar. Orta əsrlərdə Qərbi Avropada şəhərlərin və hətta vilayətlərin əhalisi bu xəstəliklərdən məhv olurdu. Sağ qalanlar qorxudan şəhərləri tərk edirdilər. Lakin digər şəhərlərdə də xəstəliklər onları yaxalayıb öldürürdü. Belə ki, bəzi mənbələrə əsasən, XIV əsrdə Fransa qara çiçək xəstəliyindən əhalinin 1/3 hissəsini, İtaliya və İngiltərə 1/2 hissəsini itirmişdi. Ümumillikdə isə bəzi məlumatlara əsasən qara çiçək xəstəliyindən 25 milyon (!) insan həlak olmuşdu.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1313   Tarix: 04 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dilimlənmiş çörək almamaq üçün 4 əsas SƏBƏB

Dilimlənmiş çörək istifadə üçün çox rahat görünsə də, əslində daha tez bayatlaşa bilər və tərkibində konservantlar və digər əlavə maddələr ola bilər. xəbər verir ki, dilimlənmiş çörək çoxlarına cəlbedici gəlir: doğramağ

.

Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər

Mövsümündən əvvəl satışa çıxarılan ərik, gilas, qarpız kimi məhsulların keyfiyyəti və sağlamlıq baxımından nə qədər təhlükəsiz olduğu məsələsi tez-tez müzakirə edilir. Bəs ilin bu vaxtında satılan bu meyvə və giləmeyvələr

.

Alçanın bu xeyrini bilirdiniz?

Alça həm dadlı, həm də sağlamlıq üçün olduqca faydalı meyvələrdən biridir. Tərkibində bol miqdarda C vitamini, antioksidantlar, kalium və lif olduğu üçün orqanizmə bir çox müsbət təsir göstərir.  xəbər verir ki, alça immu

.

Saxta xamanı necə tanımaq olar?

Mağazadan xama alan istehlakçılar bəzən keyfiyyətsiz və ya saxta məhsulla qarşılaşa bilirlər. İstehsalçılar süd yağının çatışmazlığını müxtəlif kimyəvi əlavələr və aromatizatorlarla gizlətməyi bacarırlar. xəbər verir ki

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bir çox qadında bu vacib vitamin çatışmır - Diqqət

Mütəxəssislər qadınlarda maqnezium çatışmazlığının geniş yayıldığını və bunun bir çox hallarda diqqətdən kənarda qaldığını bildirirlər. xəbər verir ki, yorğunluq, halsızlıq və əzələ zəifliyi kimi əlamətlər bəzən sadə yorğunlu

.

Uşaqlarda diş çıxarma dövrü - Valideynlər nələri bilməlidir?

Körpələrin böyümə mərhələsində ən vacib və bəzən çətin dövrlərdən biri diş çıxarma prosesidir. Bu mərhələ həm uşaq, həm də valideyn üçün müəyyən narahatlıqlarla müşayiət oluna bilər. Bəzi körpələr diş çıxarma dövrünü ço

.

Filtr suyu sağlamlıq üçün kifayətdirmi? Keyfiyyətli və minerallı suların fərqi

Uzun illər boyu su sadəcə H_2O formulu ilə ifadə edilən fundamental bir ehtiyac kimi görülürdü. Lakin son dövrlərdə qastronomiya dünyasında fərqli bir cərəyan - "keyfiyyətli və premium su" yanaşması ön plana çıxır

turlar.az

kosmetika mehsullari gelinlikler qadın geyimi paltarlar 2026 zorlama kliniki ölüm hamilə qala bilmək kosmetika novruz hakışdaları gozde olar qiz evi ucun qardasa aid haxistalar yemekler