Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamaları

Yuxu əslində çox vacibdir. Çünki onlar, günlük yaşamımızdakı qorxu və arzuları ortaya çıxarır. Ona görə də insanın yuxularına diqqət yetirməsi - özünü tanımasına aparan çox mühüm bir vasitədir. Bəs yuxulardan nə nəticə çıxarmalı? Onları necə başa düşməliyik? Sizlərə ən tez-tez rast gəlinən 15 yuxu növünün açıqlamasını təqdim edirik!

1. Təqib edilmək - Diqqət etməniz gərəkən bir şeylər var
Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıBu hallarda qorxu və gərginlik keçirdiyimiz üçün, adətən, yuxunu xatırlayırıq. Belə vəziyyətdə vacib olan və üstündə düşünülməsi lazım olan - nədən qaçdığınızdır. Bu, beyninizin sizi, həyatınızda diqqət yetirməniz gərəkən bir şeylər olduğunu xəbərdar etmək metodudur. Nəyi düşünməkdən və ya nə ilə üzləşməkdən qorxduğunuzu fikirləşsəniz, bunun nə olduğunu tapacaqsınız.

2. İnsanlar - fərdin fərqli cəhətləri
Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıYuxularınızda gördüyünüz insanlar əslində sizdən başqası deyildir. Bu insanlar sadəcə sizin başqa-başqa cəhətlərinizi simvolizə etməkdədirlər. Burda edilməsi gərəkən yuxunuzdakı insanların analiz edilməsidir. Əgər gördüyünüz insanlar tanınmış insanlardısa - yuxunuz, onlarla münasibətinizi düşünmək və ya onların hansı cəhətinizi simvolizə etdiyini araşdırmaq və bunun üzərində işləmək lazımdır.

3. Ev - İnsanın zehni
Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıŞüurumuz müxtəlif laylardan ibarətdir. Yuxuda görülən ev də, fərqli mərtəbələri, otaqları, şüurumuzun müxtəlif təbəqələrini əks edir. Məsələn, evin zirzəmi qatı, insanın oyaq həyatında diqqətsizlik etdiyi, görməzdən gəldiyi məsələləri; Yataq otaqları isə sıx və səmimi fikirləri, xatirələri əks edir. İnsanın evin içində necə gəzdiyi isə, bu təbəqələrlə necə ünsiyyətə keçdiyini, beyninin dərinliklərində yatan məlumatları necə qiymətləndirdiyini ortaya qoyur.

4. Yemək - Bilgi
Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıFiziki dünyada yeməklər bədənimizi bəsləyir və enerji verir. Yuxularda isə yeməklər, zehni qidanı, yəni məlumatı əks edir. Bu səbəbdən yuxularda görülən qidalar, insanın zehni aclığına, yeni biliklərə və düşüncə tərzlərinə olan ehtiyacına işarə edir.

5. Məktəb - Öyrənmək
Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıYuxuda məktəb binası, sinif görmək və ya bunlarla əlaqəli ola bilən başqa bir şey görmək (imtahana girmək kimi) öyrənmə prosesini əks edir. Bu, fiziki dünyada baş verən hadisələrdən yeni şeylər öyrənmək, yeni baxış bucaqları qazanmaq anlamına gəldiyi kimi, insanın özünə yönəlməsi və özünü daha yaxşı tanıması lazım olduğuna dair bir ipucu da verir.

6. Çılpaqlıq - Dürüstlük və açıqlıq
Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıİnsanın özünü yuxuda çılpaq görməsi, özünə aid olan bir sıra xüsusiyyətlərin və hisslərin üzə çıxdığını və insanın bu vəziyyət qarşısında özünü etibarsız və müdafiəsiz hiss etdiyini ifadə edir.

7. Seks - Birləşmə və yaraеtma
Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıYuxuda sekslə məşğul olmaq, şüurdan kənar duyğu və arzuların, şüur səviyyəsində agah olduğu mənasına gəlir. Bu yuxular eyni zamanda insanın özü, ya da ətrafındakı insanlarla yaratdığı yeni səmimi münasibətləri də əks etdirir.

8. Nəqliyyat vasitələr - Təcrübə mübadiləsi

Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıYuxuda görülən avtomaşınlar və ya nəqliyyat vasitəsi səfərləri, şüurlu həyatınızda etdiyiniz təcrübələri, bu təcrübələr üzərində nə qədər əlinizin olduğunu düşündüyünüzü və həyat yolunda qarşınıza çıxan maneələri əks edir. Bundan başqa, gördüyünüz nəqliyyatın forması və böyüklüyü də fərqli mesajlar verir. Məsələn, böyük vasitələr məqsədlərinizə çatmaq naminə həyatınızda etdiyiniz tənzimləmə və planları, ya da o yolda sizinlə birlikdə addımlayan digər insanları; Tibbi maşınlar yaxşılaşmağa duyduğunuz ehtiyac; Polis maşınları isə intizama duyduğunuz ehtiyacı ortaya qoyur.

9. Körpə - Yenilik
Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıYuxuda uşaq görmək adətən yeni bir fikri və ya inkişafını ifadə edir. Eyni zamanda, görmək istədiyiniz dəyişikliklər üçün özünüzdə axtardığınız potensialı ortaya çıxarmaq məsələsində beyninizin sizə verdiyi bir xəbərdarlıqdır.

10. Ölüm - Dəyişiklik
Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıÖlüm, zehnin dilində bir vəziyyətdən, ya da ölçüdən başqa birinə keçməyi ifadə edir. Bizlər adətən ölüm yuxularını mənfi və kədərli kimi səciyyələndiririk, ancaq, əslində bu yuxular insanın həyatında baş verən radikal dəyişiklikləri ortaya qoyurlar.

11. Heyvanlar - Vərdişlər
Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıYuxuda görülən heyvanlar, duyğularımızın rəmzləridir. Buna görə də, heyvan olan yuxular da, insanın vərdişlərini ifadə edir. Bu növ yuxular eyni zamanda gündəlik həyatımızda təkrar edən hadisələrə və gizli arzularımıza qarşı fərqli bir iç baxış əldə etməyimizə yardımçı olurlar. Əlbəttə, bu yuxularda heyvanın növü, olduğu yer və yuxunun mahiyyəti də, heyvanların yuxuda simvolizə etdikləri şeylər üzərində dəyişiklik yaradır.

12. Yıxılmaq - Nəzarət
Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıYuxuda yıxılmaq, oyaq şüur vəziyyətinə qayıdışı əks edir. Yuxusunda yıxıldığını görən adamın adətən yerə dəymədən əvvəl oyanması da bu səbəbdəndir. Bununla bərabər, yuxusunda nəzarətsiz bir şəkildə yıxıldığını görən insan, gündəlik həyatında bəzi şeylərin nəzarətini təmin etmədiyini hiss edir və bundan narahat olur, ya da bəzi şeyləri həyatından çıxarmaq məsələsində qorxu yaşayır.

13. İlan - Mübarizə
Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıYuxuda ilan görmək, müxtəlif həyati maneələrə qarşı apardığınız mübarizəni və oyaq vəziyyətdə üzləşməyə qorxduğunuz duyğuları əks edir.

14. Dişlər - Bəyənilmə arzusu
Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıDişlərlə bağlı ən tez-tez görülən yuxu, dişlərin tökülməsidir. Bu növ yuxular, insanın xarici görünüşü və insanların onu necə gördüyü ilə əlaqədar qayğıları əks edir. Bu səbəbdən diş tökülməsi arzularının rədd edilmə və cəlbedici yoxluq qorxusundan irəli gəldiyi güman edilir.

15. Uçmaq - Həddini aşmaq
Gördüyümüz 15 növ yuxu və maraqlı açıqlamalarıŞübhəsiz ən gözəl və xoşbəxtlik verici yuxulardan biri uçma yuxusudur. Bu yuxuların məzmunu da özü qədər gözəldir, çünki yuxuda uçduğunu görmək, insanın məhdudiyyətlərini sərtləşdirdiyini və həyatda yeni səviyyələrə çatdığını göstərir. Bu yuxular eyni zamanda sizə narahatlıq verən həyat vəziyyətlərindən və ya münasibətlərdən xilas olaraq yeni hədəflərə qanad açdığınızı göstərir.

Maraqlı     Baxılıb: 4256   Tarix: 02 avqust 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

turlar.az

makiyaj etmek qaydalari makiyaj instagram qadin dunyasi qadın xəyanət duru yeməklər qadinlarda cinsi isteksizlik aksesuar kosmetika kahfe fali heyati cantalar xeyanet vətənə aid atalar sözləri