Görmə qabiliyyətini zəiflədən ƏSAS AMİLLƏR

Görmə qabiliyyətini zəiflədən ƏSAS AMİLLƏRKompüter, telefon və digər elektron vasitələrlə uzun müddət vaxt keçirmək görmə qabiliyyətinin zəifləməsinə səbəb olur. həkimlərin dediyinə görə, həmin vasitələrin 4 saat fasiləsiz istifadəsi nəticəsində gözün əzələ sisteminə düşən gərginlik artır və bu, göz yorğunluğuna aparıb çıxarır. Ona görə də onlara gün ərzində ən azı 2 saat dinclik verilməlidir.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-oftalmoloq Vüsalə Əsədova deyib: "Uşaqlarda miopiya adlandırılan uzaqgörmə problemi olduqda elektron vasitələrdən çox istifadə edilməsi həmin prosesin daha da sürətlənməsinə səbəb olur. İstər böyüklərin, istərsə də uşaqların uzun müddət elektron vasitələrdən istifadə etməsi gözdə quruluq yaradır, çünki beyin göz qırpmağı unudur. Gözqırpma sayının azalması isə gözdə quruluğun yaranmasına səbəb olur. Kompüterdən istifadə edənlər onu göz məsafəsində saxlamalıdırlar, yəni göz məsafəsindən daha yüksəkdə olanda göz qapaqları daha çox açılır və bu da quruluğun artmasına səbəb olur".
Bəzən gözdə ağrı, yanma kimi hallar yaşandıqda həkim məsləhəti olmadan müxtəlif göz damcılarından istifadə edilməsi tövsiyə olunmur. Eyni zamanda şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər də elektron vasitələrlə az vaxt keçirməlidirlər.
"Görmə zəifliyinin əsas səbəblərindən biri də şəkərli diabetin təsiridir. Buna tibbi dildə diabetik retinopatiya deyilir. Gözün kökündə, yəni sinir təbəqəsində ciddi qansızmalara, torlu qişa adlandırılan sinir təbəqəsinin qopmasına və görmə qabiliyyətinin tamam itməsinə qədər gedən ciddi xəstəlikdir. Bəzi damcılardan, xüsusilə steroid tərkibli damcılardan uzun müddət istifadə gözdə el arasında "mirvari suyu" deyilən kataraktanın, "qara su" deyilən qlaukomanın yaranmasına səbəb olur. Həkim məsləhəti olmadan damcılardan istifadə etmək düzgün deyil", - deyə həkim-oftalmoloq bildirib.
Eyni zamanda görməni yaxşılaşdırmaq üçün gözləri gün ərzində azı üç-dörd dəfə məşq etdirmək lazımdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 2587   Tarix: 21 aprel 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

həkim məsləhəti geyim necə seçməli geyim və ayaqqabılar bolqar biberinin faydasi qadın sinəsi saca xina qoymaq qaydasi tanınmış qadın simalar kosmetika sağlamlığa aid atalar sözləri haxisda veten haqqinda bayati uzeyir novruz hakistalari