Göyçayda itkin düşən 21 yaşlı qız TAPILDI: Sevgilisi ilə...- VİDEO
İtkin kimi axtarışda olan gənc qızın sevgilisinə qoşulub qaçdığı ortaya çıxdı.
Xanim.az xəbər verir ki, Göyçayın Veysəlli kənd sakini, 21 yaşlı Sevinc Nəzərova 4 gün əvvəl yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Valideynləri onun tapılması üçün tədbirlər görsə də, nəticəsi olmayıb. Sonradan isə Sevinc Nəzərova anasına zəng edərək ailə qurmaq məqsədilə sevdiyi oğlana, Ağdaşın Xosrov kənd sakini 22 yaşlı Hüseyn Əlizadəyə qoşularaq evdən getdiyini bildirib. Gənc qız valideynlərinin onu zorla başqa oğlana ərə vermək istədiyi üçün belə etdiyini deyir.
Hazırda bu iki gəncin məhəbbəti onları dərdə salıb. Çünki onlar bir-birinə qoşulub qaçsalar da, xoşbəxt ola bilmirlər. Belə ki, bir ildir bir-birlərini sevdiklərini deyən Hüseyn və Sevinc gizlənmək məcburiyyətində qalıblar. Oğlanın valideynləri qız evinin təzyiqi ilə üzləşdiklərini deyirlər. Sevinc Nəzərovanın yaxınları iki dəfə Xosrov kəndinə, Hüseyn Əlizadənin evinə gedərək onların yerini öyrənmək istəyiblər. Gənclər hazırda olduqları yeri valideynlərinə də bildirmirlər.
Valideynlər qızın zorla qaçırıldığını iddia edir və polisə müraciət ediblər. Sevinc yeniyetmə olmadığı üçün valideyinlərinə müraciət edərək həqiqətən öz razılığı ilə qaçdığını bildirib.
Gənclər hələlik qonşu rayonların birində qohumularının evində yaşayırlar.









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri