Gözdə tez-tez yaranan itdirsəyi nəyin əlamətdir?

Gözdə tez-tez yaranan itdirsəyi nəyin əlamətdir?İnsanların böyük bir qismində ömründə bir dəfə də olsa gözdə itdirsəyi deyilən problem yaranır. Bəzilərində bu, mütəmadi olaraq ortaya çıxır. Bəs itdirsəyi nədir? Ən çoxr kimlərdə yaranır? Tez-tez yaranması nədən xəbər verir? İtdirsəyi yarananda nə etmək lazımdır?
Milli.Az e-tibb.az-a istinadən oftalmoloq, uzman həkim Fariz Sadıqovun fikirlərini təqdim edir:
İtdirsəyi - göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır. Xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən uşaqlarda) və ya badamcıqlarının, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və s. xəstəliklər fonunda baş verir.
Xəstəlik ilkin olaraq göz qapağı kənarında ağrılı nöqtənin əmələ gəlməsi ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. 2-3 gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli "başcıq" əmələ gəlir və o deşildikdən sonra içərisindən irin xaric olur. Əgər göz qapağında eyni zamanda əmələ gəlmiş bir neçə itdirsəyinin birləşməsi baş verərsə, xəstənin ümumi vəziyyəti ağırlaşır. Bu zaman xəstədə temperaturun yüksəlməsi, çənəaltı və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər də yarana bilər. Bu halda mütləq həkim-oftalmoloqa müraciət etmək lazımdır.
İtdirsəyinin müalicəsi antibiotiklərin köməyilə aparılır. İtdirsəyi tez-tez əmələ gəldikdə mütləq həkim-immunoloqa müraciət etmək lazımdır.
Formalaşmaqda olan irinciyin səthinə nöqtəvi şəkildə brilliyant yaşılı ("zelyonka"), yod və ya spirt vurmaq olar. Diqqətli olun ki, antiseptik gözə düşməsin!
İrin əmələ qəldiqdə göz nahiyyəsinə isti bir şeyin (qrelka, içərisi isti qum və ya duz ilə doldurulmuş kisəcik) qoyulması yaxşı effekt verir. Dərman məhlulu ilə isladılmış pampıq və ya tənzif qoyulması məslət görülmür! Heç bir halda irinciyi sıxmaq və ya deşmək olmaz! Bu halda infeksiya gözə yayıla bilər!
İtdirsəyi müalicəsi zamanı adətən tetrasiklin və ya eritromisin məlhəmindən, 20%-li sulfasil-natrium (albusid) və ya digər müasir göz damcılarından istifadə olunur. Bir neçə gündən sonra itdirsəyi adətən keçib gedir.
Bəzən də elə olur ki, itdirsəyi keçib getməyin əvəzinə göz qapağının içərisində kiçik şiş kimi qalır. Buna xalyazion deyilir. Xalyazion ağrımır, lakin kosmetik qüsura gətirib çıxarır. Xalyazion çətinliklə müalicə olunur. Buna görə də o əmələ gələn kimi dərhal həkim-oftalmoloqa müraciət etmək lazımdır.
İlkin olaraq xalyazionu quru istilik, göz damcıları və xüsusi məlhəmlərlə müalicə etmək olar. Fizioterapiya üsullarından da istifadə oluna bilər. Bu üsullar nəticə vermədiyi halda xüsusı iltihab əleyhinə olan preparatlar istifadə olunur. Bu preparatlar xalyazionun içərisinə nazik iynə ilə yeridilir və xalyazion tədricən çəkilir. Bu üsul da hər zaman xalyazionun tam çəkilməsi ilə nəticələnmir. Bu halda cərrahi əməliyyat aparılır. Əməliyyat bir neçə dəqiqə davam edir. Hazırda bu əməliyyat lazerin köməyilə də aparılır. Lazerin vasitəsilə aparılan əməliyyat daha az travmatik olur və bu zaman tikiş qoyulmur.
Xalyazion yenidən əmələ gələ bilər. Onun əmələ gəlməsinə bir çox faktorlar təkan verir-soyuqlama, immunitetin zəifləməsi, kontakt linzaların taxılması, şəkərli diabet, yağlı dəri, qiqiyenik qaydalarına tam riayət edilməməsi və s.
Xalyazion tez-tez əmələ gəlirsə mütləq immun sisteminizi möhkəmləndirin. Bunun üçün vitamin-mineral kopleksləri qəbul etmək, açıq havada gəzmək, yaxşı qıdalanmaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1576   Tarix: 12 iyul 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

makiyaj instagram geymler 2026 sade makiyaj sekilleri prostat almaniya haqqinda melumat kolbasa hazirlanmasi maraqli hind filmleri kosmetika gozde olar seksual dovsan novruz bayrami hakisda haxista