"Gözəl anam, biricik "aşkım"! Niyə belə oldu? Kim idi günahkar?!" - İntihar edən Mövlud

"Gözəl anam, biricik "aşkım"! Niyə belə oldu? Kim idi günahkar?!" - İntihar edən MövludXəbər verdiyimiz kimi, bu gecə saat 02:00 radələrində tanınmış yazar Mövlud Mövlud özünü 17 mərtəbəli binadan ataraq intihar edib.

"Qafqazinfo" bu məqamda yazarın bir neçə əlyazmasını oxuculara təqdim edir:

Əzab çəkirəm, aşkım!

Gözəl anam, biricik aşkım!

Niyə belə oldu? Kim idi günahkar? Kimlər idi bütün bu baş verənlərin səbəbkarı?

Hardan, necə, kimdən başlayacağımı bilmirəm. 1993-cü ildə Etibar Məmmədovun Elçibəyə oxuduğu "Qətnamə"dənmi?

2000-ci ildə Əbülfəz bəy Türkiyədə can çəkişərkən onun xəstəliyi ilə bağlı ən iyrənc şayiələr yayanlardanmı?

Atamın gözümüzün qabağında sənin başını həyət darvazasına çırpmağındanmı?!

***

Axır ki "zəhmət"im bəhrəsini verdi. Budur, artıq böyrəklərim sözümə baxmır. "UZİ"yə düşdüyüm gün həkim üzünü mənə tutub "qaqam, deyəsən, "vurmaq"la aran yaxşıdı", - demişdi. Onda sən əllərini dizinə çırpıb "Allah, məni öldür",- deyəndə utandım. Çox utandım. 23 illik avara və sərgərdan həyatımda sənə bir xoş gün yaşatmamışam. Ömrün boyu bu "ciqan" oğlunun üstündə tənə eşidib, göz yaşı tökmüsən. Müəllimlərim, qonşular, qohumlar, tanış-biliş - hamı məndən sənə şikayət edib.

Yadındamı? Bir dəfə evə dəm gəlmişdim. Mətbəxin qapısında, əlin qoynunda dayanıb mənə baxmağını hələ də unuda bilmirəm. Baxışlarından "nə olacaq balamın axırı?" oxunurdu.

Gərək məni bağışlayasan, mamaşa! Sənə nümunəvi oğul ola bilmədim, bir xoş gün yaşada bilmədim. Təzə-təzə içməyə başlayanda məni qabağına qoyub, "atanızdan çəkdiklərim bəsdir, sən də içsən, yazıq olaram" demişdin. Yalvarmışdın mənə, içməyim deyə.

Uşaqlıq əhvalatlarını unuda bilmirəm; evdəki dava-şavalar, aşırılan stollar, qırılan qab-qaşıq, ağlaşmalar...

Atam evə yenə sərxoş gəlmişdi. Bir bəhanə tapıb səni döydü. Saçlarından sürüyüb həyətə çıxarmağı, atanın goruna söyə-söyə başını həyət qapısına döyməyi indi də gözümün qabağına gələndə tıncıxıram.

O gündən kəkələməyə başladım, indi də o səhnə gözümün önünə gələndə bütün bədənim əsir. Mən o günü heç vaxt unutmayacam, mamaşa!

Qohumlarımız mənim pis oğul olduğumu deyirlər. Mənə görə utanırsan, bilirəm. Hər dəfə qohum əqrəbaların evindən gələndə bir yığın "ultimatum"la gəlirsən: "Mövluda de araqdan yazmasın", "Mövluda de, müxalifətçilərlə oturub-durmasın", "Mövluda de içməsin"…

Nadan yığınına fikir vermə, gözəl qadın! Sənin oğlun dərdli adamdı. Hələ də bu üzüboz şəhər onun həssaslığından bir qırıq qopara bilməyib. Hələ də ayağı qırılmış at üçün səhərə qədər ağlaya bilərəm.

Sən canın dəymə, qoy bu gün içim, qurban olum sənə, gözəl anam.

***

Əvvəllər yazılarımı kəsib saxlayırdın. Amma indi əksinə, onları it-bata salırsan ki, atamın əlinə keçməsin. Deyirsən, tərbiyəsiz yazıram - "Araq belə gəldi, nəşə belə getdi." Yaxşı, bir də yazmaram. Sənə qurban olaq - mən də, yazılarım da...

Qoy bunu da içim, daha içməyəcəm.

Məndən narahatsan, bilirəm. Mənə görə çox qorxursan. Üstümdə əsirsən. Qorxma, mamaşa, qorxma, Allah sənə görə dəyməz mənə.

Saçın tökülür, ağarır, üzün qırışır, gözlərindən kədər yağır. Hər dəfə sənin gözlərinə baxanda elə bilirəm ayaqlarımı, əlimi bədənimdən kəlbətinlə dartıb çıxarırlar. Əzab çəkirəm, aşkım, əzab çəkirəm! Dəymə, sən canın, qoy bu gün bir az içim.

Atamla sevib evlənmisiniz. Bilirəm, bu yaşınızda da bir-birinizi Leyli-Мəcnun kimi sevirsiniz. Səni həm sevən, həm də əzab verən atamın üstündə bütün qohum-əqraba səni danlasa da içən, dalaşqan bir kişiyə getdiyinə görə suçlasa da, sən yenə öz sevgilinin namını heç kimə vermədin.

***

Öhö...öhö...öhö... Yaxşı, boynuma alım, siqaret çəkirəm. Amma atacam, а tova atacam, narahat olma, ömrüm-günüm, gəl öpüm, gəl, qurban olum, mənim biricik aşkım.

Yaxşı, sil gözünün yaşını, get, yat. Mən də indi gedirəm yatmağa...

***

Hamının günahı var, hamının! Qətnaməni "Fatihə" kimi oxuyanlardan tutmuş, "Fatihə"ni Qətnamə kimi oxuyanlara... Hamının günahı var!

Xəbərlər     Baxılıb: 5479   Tarix: 16 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

turlar.az

maskalar gözəllik məhsulları kosmetik vasiteler hakışta xınayaxdı intim haqda qadin ehtirasi artiran dermanlar süfrə bəzədilməsi kosmetika ariqla muellim seiri baliq novruz bayrami hakisda vetene aid bayatilar