Gözəlləşdirərkən zəhərləyən maddələr

Gözəlləşdirərkən zəhərləyən maddələrMüştəri ayda bir dəfə, usta hər saniyə zəhərlənir. Həkimlər bildirirlər ki, kimyəvi maddələr təkcə saçlarımıza yox, həm də ağciyərlərimizə və gözlərimizə də mənfi təsir göstərir. Ona görə də belə yerlərdə havanın təmizliyinə əməl edilməli və maska taxılmalıdır.
Milli.Az "Kaspi"yə istinadən xəbər verir ki, qadınların daha çox istifadə etdikləri gözəllik prosedurlarından biri də saçlarını keratinlə düzləşdirmək və biozavivka buruqlardır. Bu prosedurlar kimyəvi maddələr vasitəsilə həyata keçirilir. Bu kimyəvi maddələr fenin istisi ilə birləşdikdə kəskin qoxu və buxar yaranır. Dəfələrlə salonlarda bu cür qoxulara məruz qalmışıq. Bu qoxular saça rəng qoyduqda, qulluq üçün prosedurlar həyata keçirdikdə, hətta saç laklarında da olur. Prosedur zamanı gözlərimiz, burnumuz qıcıqlanır, sulanır, bəzən nəfəs almaqda çətinlik çəkirik. Müştəri bunu ayda bir dəfə yaşasa da, ustalar daima işin içindədirlər və bu təsirə hər gün məruz qalırlar. Onlara bu qoxuların necə təsir etdiyini soruşanda isə deyirlər ki, "Nə edək, öyrəşmişik onsuz da. Zamanla müştərilər də öyrəşir". Bəs bu kimyəvi maddələrin saçlarımıza, ümumilikdə sağlamlığımıza hansı təsirləri var?
Gözəlləşdirərkən zəhərləyən maddələrQalıcı effekt əldə etmək üçün saçın daxili strukturunu dəyişirlər
Trixoloq Cəmilə Əsgərova "Kaspi"yə açıqlamasında dedi ki, gözəllik salonlarında kimyəvi maddələrlə saçların strukturunu dəyişirlər: "Xüsusi losyon və spreylər ilə müvəqqəti buruqlar, düzləşdirmə əldə etmək olur. Amma bütün bu vasitələr ilk yumada təsirini itirir. Ona görə də qalıcı effekt əldə etmək üçün xüsusi kimyəvi reaksiyaların köməyi ilə saçın daxili strukturunu dəyişirlər. Kimyəvi maddələrlə burmaq, kimyəvi düzləşmə saç telinin disulfit əlaqəsini pozur. Xüsusi qələvi əsaslı serumlar saçın qabıq qatına çatıb onun disulfit təbəqəsini dağıdaraq təbii formasını zədələyir".
Bu maddələrin qeyri-düzgün və həddən artıq istifadəsi...
Həkimin sözlərinə görə, bu maddələrin saçlarımıza çox ciddi ziyanları mövcuddur: "Kimyəvi buruqlar sonrası saç uclarının, saçların zədələnməsi halları baş verir. Zədələnmə sonrası saçlar cansız, qısa, qırılan olur, saç ucları haçalanır. Düzləşdirmə zamanı daha çox qıvrım afro-amerikan saçları problem yaradır. Onlara daha çox vaxt tələb olunur ki, bu da saçların daha çox zədələnməsinə, qırılmasına səbəb olur. Əsas yan təsiri isə saç dərisinin yanığı, saçların qırılmasıdır. Düzləşdirmədə kimyəvi təsiri azaltmaq, yanıqlardan qaçmaq üçün prosedur öncəsi saç dərisinə vazelin vurmaq lazımdır. Bu kimyəvi maddələrin qeyri-düzgün və həddən artıq istifadə olunması saçın rəngsizləşməsinə, zəifləməsinə, saç dərisinin qıcıqlanmasına, qaşınmaya, kimyəvi yanıqlara, saç tökülməsinə, saç böyüməsinin ləngiməsinə, allergik reaksiyalara səbəb ola bilər. Ona görə də kimyəvi düzləşdiriciləri saç dərisinə sürtmək olmaz".
Gözəlləşdirərkən zəhərləyən maddələrC.Əsgərova bildirdi ki, bu maddələr saçdan əlavə digər orqanlara da təsir edir: "Həssas insanlarda kəskin kontakt dermatit baş verə bilər. Bu zaman intoksikasiya fonunda allergik reaksiyalar, bronxial astma və kanserogenez yüksək risk daşıyır. Həmçinin gözün selikli qişasının da qıcıqlanmasına və yuxarı tənəffüs yollarının zədələnməsinə səbəb olur. Ona görə bu prosedur aparılan otaqda yüksək havalandırma olmalıdır".
Gözəlləşdirərkən zəhərləyən maddələrAllergik reaksiyaların olmaması daha təhlükəlidir
Pulmonoloq Əsəd Beydullayev dedi ki, bir insan salona ayda iki dəfə gedəndə bu maddələrin təsirinə məruz qalırsa, salonda çalışan usta davamlı olaraq işin içindədir: "Əgər tənəffüs yollarında allergik reaksiya, həssaslıq varsa, kəskin boğulma, boğazda, gözdə qaşınma, qızartı, şişkinlik, öskürək, sinədə xışıltı, bəlğəm ifrazının artması kimi hallar meydana çıxır. Ən qorxulusu isə odur ki, bəzi şəxslərdə belə reaksiyalar olmur. Reaksiya olmadığı üçün bu havanı daha çox udur, o da ciyərlərinə gedir, həm üst, həm də alt tənəffüs yollarının divarlarını zədələyir, eyni zamanda, alveolların divarına çataraq qana da keçə bilir".
Maskalardan istifadə edin
Ə.Beydullayevin fikrincə, bütün salonlarda ustalara təlimlər keçilməli, onlara maskanın vacibliyi anladılmalıdır: "Belə peşələrdə çalışan, zərərli qazlarla, tozlarla işləyən hamı maskalardan, texniki təhlükəsizlik tədbirlərindən istifadə etməlidir. Bu, onları gələcəkdə ağır ağciyər xəstəliyinə yoluxmaqdan və yaxud allergik reaksiyaların meydana çıxmağından qoruyacaq. İnsanın bütün orqanları vacibdir, amma tənəffüs sistemi xariclə əlaqəsi olan demək olar ki, yeganə orqandır. Hər nəfəs aldıqda daxili orqanlara, ağciyərlərə hava gedir. Ona görə bu havanın təmiz olmasına diqqət etməliyik".
Gözəlləşdirərkən zəhərləyən maddələrAllergik reaksiyaların səbəbi bu maddədir
Oftalmoloq Emil Yusifov bildirdi ki, saç məhsulları qıcıqlandıran və allergik reaksiyalara səbəb ola bilən komponentdən ibarətdir: "Allergik reaksiya hallarının çoxu parafenilendiamin (PPD) adlı maddəyə görədir. Parafenilendiamin durulaşdırıcı maddədir. Ən təbii saç boyası növlərindən biri olan xınaya da bəzən PPD əlavə olunur. Keratin və digərlərində də PPD maddəsi olur. Bu, həssas insanlarda allergik reaksiyalara gətirib çıxarır. Reaksiyaya səbəb olan bu maddənin buxarlarıdır. Allergiya əlamətlərinə baş dərisində, üzdə və ya boyunda sancma, yanma hissi, baş dərisinin və üzün qaşınması və ya şişməsi, gözün içində səpkilər, şişkin göz qapaqları, gözdə qızartı, qaşıntı, yanma hissi, dodaqların şişməsi, bədənin hər hansı bir yerində şiddətli, qızarıq səpkilər daxildir. Allergiya simptomları dərhal baş verə və ya ortaya çıxması 48 saat çəkə, yüngüldən ciddiyə dəyişə bilər. Qıcıqlanan nahiyə dərhal isti su, yumşaq sabun və ya şampun ilə yaxşıca yuyulmalıdır".
Milli.Az

Xəbərlər     Baxılıb: 1218   Tarix: 30 oktyabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

geyim və ayaqqabılar adlarin menasi sac duzumleri atalar sozu elm haqqinda makaronlar erotik paltar romantik pozalar kosmetika kahfe falı olumu qaynanaya aid masturbasiya nedir novruz bayramına aid hakışta