Gözəllik üçün kokos yağından istifadə etmək ən yaxşı vasitələrdən sayılır
Kokos yağı insan orqanizm üçün faydalı olan bitki yağlarından biridir. Onun əsas sirri zəngin tərkibə malik olmasıdır. Kokos yağının tərkibində 50 faizə qədər laurin turşusu var. Həmin turşu çox yaxşı dezinfeksiyaedci maddə, təbii antibiotik sayılır, virusları və bakteriyaları məhv etmək gücünə malikdir. Digər bitki yağları duru formada olduğu halda kokos yağı bərk formada olur. İri doğranılmış kokos qırıntıları presləmə yolu ilə sıxılaraq yağı çıxardılır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ondan əsasən maskalar şəklində istifadə edirlər. Həkim-dermatoloq Solmaz Orucova AZƏRTAC-a deyib: "Kokos yağının qatılaşması onun təbiiliyini göstərir. İstifadə etmək üçün onu mütləq su hamamında əritmək lazımdır. 1 çay qaşığı soda 1 çay qaşığı kokos yağı ilə qarışdırılır, masaj xətləri boyu beş dəqiqə üzə masaj edilməsi qara nöqtələrdən azad edir, məsamələr daralır, dərinin rəngi açılır. Yağın tərkibində turşular və vitaminlər dəriyə xüsusi təravət verir, onun müdafiə qüvvəsini artırır".
Mütəxəssislərin dediyinə görə, səhərlər və yatmazdan əvvəl kokos yağını içmək orqanizmdə immuniteti artırır, həzm sisteminin işini normalaşdırır, xoş əhval-ruhiyyə yaradır. Bununla yanaşı gözəllik üçün kokos yağından istifadə etmək ən yaxşı vasitələrdən sayılır. Ev şəraitində ondan istifadə edilməsi səmərəli təsir göstərir.
Həkim-dermatoloq deyib: "Gözətrafı qırışlar üçün kokos yağı əvəzedilməz vasitədir. İltihab əleyhinə, akne, çivzə və səpgilər zamanı çox səmərəlidir. Ləkələrin aparılmasında da ondan istifadə etmək əlverişlidir. Kokos yağı saçqıranları aradan qaldırır və saçın uzanmasını sürətləndirir. Müxtəlif şampun və sabun, duş gelləri və balzamların hazırlanmasında da geniş istifadə edilir".
Milli.Az /news.milli.az









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Arzuolunmaz hamiləlik
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib
Ətir istifadə edənlərə xəbərdarlıq
Mixək çayının yaddaşa faydası
Bred Pittin yeni sevgilisi - Foto
Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
P.Diddi həbsxanadan xəstəxanaya aparıldı