Gözlərimizin sağlamlığı üçün lazım olan QİDALAR

Gözlərimizin sağlamlığı üçün lazım olan QİDALAR""A" və "B" vitaminləri göz sağlamlığı üçün çox vacibdir və əsasən yağda tez həll olunur. Bunlar daha çox doymamış yağlardan ibarət olan qidaların tərkibində olur. Bir sözlə, göz üçün faydalı olan qidaları gündəlik menyumuzdan əskik etməməliyik".
Milli.Az bildirir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova deyib
Ekspert qeyd edib ki, göz üçün faydalı olan qidalar sırasında göyərtilər ilk sırada dayanır:
"Xüsusilə də ispanaq, keşniş, şüyüd və yeni çıxmış turpun arxasındakı yaşıl hissə göz üçün faydalı elementlərlə zəngindir. Hətta yerkökü, kələm, kahı və kərəvizin tərkibində də rast gəlmək olur. Adları çəkilən göyərtiləri həm suda yuduqdan sonra çiy şəkildə, həm yumurta ilə bişirərək yemək olar. İkinci faydalı qida təmiz buğda unundan hazırlanmış çörəkdir və bundan daim istifadə etmək lazımdır".
Müsahibimiz, sink elementinin də gözün müalicəsində əvəzsiz rola malik olduğunu diqqətə çatdırıb:
"Bu da noxudun, balqabaq tumunun və mərciməyin tərkibində mövcuddur. Hətta kənd şəraitində yetişdirilən toyuq, hind toyuğu və qaz ətində də bu elementlər çoxluq təşkil edir".
Onun sözlərinə görə, Qızıl balığın ətində də "A" vitaminləri çoxluq təşkil edir:
"Bundan da ən azı həftədə 1 dəfə yemək lazımdır. Balığın əsasən yağlı hissəsi və dərisi bu vitaminlə daha zəngindir". 
Ekspert qoyun və keçi südünün də tərkibində göz üçün faydalı elementlərin olduğunu qeyd edib:
"Hər ikisi də yağlı olduğuna görə, həm gözün, həm də bütövlükdə orqanizmin sağlam qalmasında böyük rol oynayırlar. Həmin süddən hazırlanan pendir, xama və qaymaq kimi məhsullardan da istifadə etmək lazımdır".     
O, yumurtanın da göz üçün çox faydalı olduğunu diqqətə çatdırıb:
"Bu məhsuldan davamlı istehlak etdikdə, gözün ağı daha da artır. Eyni zamanda, yaşla əlaqədar olaraq yaranan sarı rəng çalarlarının artmasının qarşısını alır". 
M.Hüseynova, sitrus meyvələrinin "C" vitamini ilə zəngin olduğunu vurğulayıb:
"Əsasən də limon və naringi kimi meyvələr gözün müalicəsində böyük əhəmiyyətə malikdirlər. Hətta çərəzlərin tərkibində göz üçün faydalı elementlər çoxdur. Xüsusilə də qoz və badamın günün I yarısında qəbul olunması tövsiyə olunur". 
Müsahibimiz düşünür ki, göz sağlamlığının qorunması üçün qidalanma ilə yanaşı, yuxu rejiminə ciddi əməl olunmalıdır:
"Gecənin yarısına qədər oyaq qaldıqda, gözlər hədindən artıq yüklənir. Buna görə də gecə saat 11-dən sonra və 7-8 saat ərzində yatmaq göz və insan sağlamlığı üçün ən mühüm məqamlardan biridir. Həmçinin, telefon və komputerlə çox məşğul olan şəxslər hər 20-25 dəqiqədən bir, ən azı 20 saniyəlik fasilə verməlidirlər. 
Heç olmasa, uzaq bir nöqtəyə baxaraq, ona qədər saymaq, sonra yaxınlıqdakı başqa bir nöqtəyə baxmaq və yenidən ona qədər saymaq lazımdır. Bu hərəkət gün ərzində 4-5 dəfə təkrarlanmalıdır". 
Onun sözlərinə görə, günəş eynəyindən bütün fəsillərdə istifadə olunmalıdır:
"Bu da həm günəşdən qoruyur, həm də külək nəticəsində yaranan yad cisimlərin, eləcə də çirklərin və mikrobların gözə sıçramasının qarşısını alır. 30 və ya 35 yaşdan sonra göz müayinəsindən keçmək lazımdır ki, hər hansı bir səbəbdən yaranacaq probemləri vaxtında aşkar etmək və aradan qaldırmaq mümkün olsun". 
Ekspert, zərərli vərdişlərdən olan siqaretin də həm gözə, həm də orqanizmə ciddi zərər vurduğunu da diqqətə çatdırıb:
"Siqaret gözdə əsasən katarakta adlanan xəstəliyi sürətləndirir və və göz büllurunun qurumasına səbəb olur. Bu da öz növbəsində, göz damarlarının sərtləşməsi, tıxanması, görmə qabiliyyətinin zəifləməsi, hətta tamamilə itirilməsi ilə nəticələnir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1972   Tarix: 14 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

hamilelikde qidalanma qadin sayti sade makiyaj sekilleri qadın kosmetika alin yazisi xanim qafarova kivi murebbesi plastik əməliyyat kosmetika qiz adlari bedii edebiyyat tapmaca yutube azerb clpaq qadinlari