Gözlərin səyirməsi nə deməkdir?

Gözlərin səyirməsi nə deməkdir?Bir çox insanlar göz səyirməsinin nə olduğunu bilir. Gözlərin səyirməsi qəfil başlayır. Televizora baxarkən, kitab oxuyarkən, yemək hazırlayarkən gözlər qəfildən səyirə bilir. Bu zaman insan üst göz qapağında və ya gözlərin yan hissəsində əzələ spazmı və sinir atmaları hiss edir. Gözlərin səyirməsi həyat üçün təhlükəli sayılmır, amma sağlamlıqla əlaqədar ciddi problem olduğunun əlaməti hesab edilir. Həm də bu hiss insanı qıcıqlandıraraq onu narahat edir.
Elm göz səyirməsini "təkrarlanan, nəzarət edilə bilinməyən, göz qapağı spazmı və adətən üst göz qapaqlarında meydana çıxan" əlamət adlandırır. Bu əzələ spazmı bir və ya iki gözdə meydana çıxaraq bir neçə saniyədən, bir neçə dəqiqəyə qədər uzana bilir. Nadir hallarda isə günlərlə davam edən göz səyirmələrinə rast gəlmək mümkün olur. Göz səyirmələri adətən öz-özünə keçib gedən bir əlamətdir.
Göz səyirmələri nələrə səbəb ola bilir?
Göz səriyməsinin hansı səbəblərdən meydana çıxdığı aydınlaşdırılmayıb. Adətən bunun stress və yorğunluq, kofein çatışmazlığı, siqaret və içki qəbulu səbəbindən baş verdiyi qeyd edilir. Bəzin isə gözlərdə quruluğun artması, gözlərin həddindən çox yorğun olması, allergik reaksiyaların göz və göz membranının qıcıqlanması səbəbindən də səyirmələr baş verə bilir. Bəzən isə göz səyirməsi məlum olmayan səbəblərdən də meydana çıxır. Bir sözlə göz səyirməsi zərərsiz, ziyansızdır və insan həyatı üçün təhlükə törətmir.
Bəzi hallarda gözlərin səyirməsi nevroloji narahatçılıqlardan da meydana çıxa bilir(blefarospazm və üst göz qapaqlarının spazmı). Blefarospazm kişilərdən çox qadınlar üçün xarakterik sayılır. Buna orta yaşlı qadınlar arasında daha çox rast gəlinir. Təkcə Amerikada bir il ərzində 2000 yeni adam göz səyirməsi şikayətindən həkimə müraciət edir. Bu əlamət təhlükəli hesab olunmasa da vəziyyət pisləşdikdə insanda işığa qarşı həssaslıq, tor görmə, üz əzələlərində səyirmə müşahidə edilə bilir. Ən ağır halda üst göz qapağı bir neçə saat qapalı qala bilir.
Əgər sizdə göz səyirməsi ilə əlaqədar əlamətlər baş verərsə mütləq oftolmoloqa müraciət edin. Aşağıdakı hallarda həkimə müraciət etmək vacib sayılır:
- Əgər sizin gözünüzdə meydana çıxan spazm bir həftədən çox müddətə qədər davam edərsə
- Əgər spazm tamamilə gözün örtülməsinə səbəb olarsa
- Əgər spazm bütün üz əzələlərinə təsir edərsə
- Əgər göz qızararsa, gözdə şişkinlik meydana çıxarsa və gözlərdən axıntı gələrsə
- Əgər üst göz qapağı sallanmağa başlayarsa.
İstənilən nevroloji narahatçılıq həkimlə təcili görüşməyin vaxtı çatdığını deyir. Əgər göz səyirməsinin əlaməti nevroloji əlamətlər olarsa, o zaman vaxt itirmədən nevroloqa müraciət etmək lazımdır. Bu zaman həkim sizin yuxunuzu normallaşdıracaq, stress əlamətlərini aradan qaldıracaq, kofeinin normallaşmasını bərpa edəcək. Göz səyirməsi zamanı isti və soyuq kompresslər əzələləri rahatlaşdırır. Bəzi hallarda iynə müalicəsi və massaj məsləhət görülür. Bu müalicə üsulları səyirmə əlamətlərinin azalmasına və diskomfortun aradan qalxmasına səbəb olur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1745   Tarix: 06 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qadın geyimi hamilelikde qidalanma gozel gorunmek pəhriz necə tez arıqlayım aksesuar 2026 yaz geyimleri kosmetika uzeyir hamilelik kökəlmək üçün novruz bayramına aid hakıştalar heyati