Gözlərinizi ovuşdurarkən bir daha düşünün
Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.
Milli.Az xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərək koni formasını almasına səbəb olur. Tibb dilində keratokonus adlanan bu xəstəlik görmə qabiliyyətini ciddi şəkildə pisləşdirir.
Gün boyu müxtəlif səthlərlə təmasda olan əllərdəki mikroblar ovuşdurma zamanı birbaşa gözə keçir. Bu, konyunktivit kimi yoluxucu infeksiyalara dəvətiye çıxarır.
Gözün ağ hissəsindəki həssas kapilyar damarların təzyiq nəticəsində çatlaması gözlərdə qanlanmaya və toxuma zədələnməsinə yol açır.
Göz çevresi bədənin ən nazik dəri təbəqəsinə malikdir. Sürtünmə bu nahiyədəki kollagen strukturunu zəiflədir, nəticədə:
Erkən yaşda qırışlar yaranır.
Gözaltı qaralmalar və torbalanmalar daha qabarıq görünür.
Qaşıntı zamanı nə etməli?
Həkimlər qaşıntı anında gözü ovuşdurmaq yerinə bu üsulları tövsiyə edir:
Gözü süni göz yaşı damlaları ilə yumaq.
Soyuq kompres tətbiq etmək.
Şikayətlər davamlı olarsa, allergik səbəblərin araşdırılması üçün peşəkar müayinədən keçmək.
Lalə Qüdrətova
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO