Gül kələmi - həm tərəvəz, həm dərman

Gül kələmi - həm tərəvəz, həm dərmanGül kələmi ən faydalı, azkalorili və asan mənimsənilən tərəvəzlərdən biridir.
- Gül kələmi C vitamini ilə olduqca zəngindir. C vitaminin miqdarına görə gül kələmi hətta limonu da üstələyir. C vitamini immun sisteminə müsbət təsir edir, damarların divarlarını möhkəmləndirir.
- Gül kələminin tərkibində nadir U vitamini var. Bu vitamin mədə və 12 barmaq bağırsağı selikli qişasının bərpasına, xora və eroziyaların daha tez sağalmasına kömək edir. Məhz bu səbəbdən xora xəstəliyindən əziyyət çəkən insanlara bu tərəvəzi yeməyi tövsiyə edirlər.
- Gül kələmi həzm proseslərinə olduqca müsbət təsir edir. Qidalı liflərlə zəngin olan bu tərəvəz qəbizliklə mübarizə etməyə kömək edir, bağırsaqları yaxşı təmizləyir.
- Fol turşusu və dəmirlə zəngin olan gül kələmi qanyaratma sistemi üçün çox faydalıdır.
- Gül kələmi beta-karotinlə zəngindir. Bumaddə orqanizmdə A vitamininə çevrilir. A vitamini güclü antioksidantdır, orqanizmi cavanlaşdırır, dərinin vəziyyətini və görməni yaxşılaşdırır.
- Gül kələmi arıqlamağa kömək edir. Bu səbəbdən bu tərəvəz əksər pəhrizlərə daxil edilir. Gül kələmi mübadilə proseslərini sürətləndirir, piylərin parçalanmasını sürətləndirir, iştahanı azaldır.
- Gül kələmi qanda "pis" xolesterolun səviyyəsini aşağı salır, ürək və damarları onun mənfi təsirindən qoruyur.
- Kaliumla zəngin olan gül kələmi arterial təzyiqi normallaşdırır, ödemləri azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.
- Tərkibində çoxlu miqdarda B qrupu vitaminlərinin olmasına görə sinir sisteminə çox müsbət təsir edir.
- Kalsium və fosforla zəngin olan gül kələmi sümüklər və oynaqlar üçün də çox faydalıdır.
- Alimlər sübut edir ki, gül kələmi xərçəng əleyhinə təsirinə malikdir, xərçəng hüceyrələrin inkişafını ləngidir, sağlam hüceyrələri qoruyur.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1897   Tarix: 27 aprel 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

turlar.az

geymler 2026 makiyaj instagram donlar 2026 bürclər 2026 kekslər limon maskasi hamileliyin elametleri kosmetika itburnu kley lekesi kahfe fali haxisdalar xanim.az