Gün ərzində bu sözləri söyləmək sizə xoşbəxtlik gətirəcək

Gün ərzində bu sözləri söyləmək sizə xoşbəxtlik gətirəcəkXoşbəxt olmaq üçün aşağıdakı kəlmələr sizə kömək edəcək:

"Yox!"
Bunu hamımız etmişik. İşiniz başınızdan aşır, amma xətrinə dəymək istəməyəcəyiniz biri (həyat yoldaşınız, dostunuz, ananız, iş yoldaşınız) sizdən bir şey istəyir. Onlara yox, deyə bilmirsiniz, özünüzdə məsuliyyət hiss edirsiniz. Yox deməyin sizin xeyrinizə olacağını bilirsiniz. Amma dilinizin ucunda "Hə" sözü gəlir. "Yox" desəniz gün ərzində artan iş yükü ilə bərabər stres, kürək və bel ağrıları, yuxusuzluq kimi problem yaşamırsınız. Onsuz da tez-tez işləriniz çox olsa belə insanları incitməmək üçün hə deyirsiniz. Amma lazım olan zamanlarda yox deməyin daha yaxşı faydaları var.

"Mən etdim, mən bacardım"
İş həyatınızda mütləq bu anı yaşamısınız. İşdə kimsə yaxşı bir iş görər, başqa biri bunu mən etdim deyə mənimsəyər. İçiniz içinizi yeyər, işə sərf etdiyiniz o qədər saat gözünüzün öünə gələr. Belə adamlar mən yerinə biz kəlməsini işlədərlər. Amma alın tərini siz tökdünüz, işi başdan-ayğa siz planladınız, siz uğur qazandınız. Haradan çıxdı bu "biz" kəlməsi?

Buna görə də ortaya gözəl bir iş qoymusunuzsa bir addım önə çıxın və qürurla "Mən etdim!" deməyi bacarın. Bu sizi xoşbəxt edəcək.

"İstədiyim maaş bu qədərdir"
İş həyatının ən sevimli dönəmlərindən biri maaş vaxtıdır. Siz içinizdə gördüyünüz işin nə qədər çətin olduğunu, bu işə nə qədər əmək sərf etdiyinizi, nə qədər maaşa layiq olduğunuzu bilirsiniz. Sizdən daha az işləyən adamın sizdən daha çox pul alması kimi həvəs öldürən bir vəziyyət yoxdur iş həyatında. Müdirə açıq şəkildə "Etdiyim iş budur, bunun da dəyəri bu qədər olmalıdır, istədiyim maaş bu qədərdir" demək sizi inanılmaz dərəcədə xoş bəxt edəcək.

"Təşəkkürlər"
2 növ təşəkkür vardır: biri kimdənsə kompliment eşitdiyinizdə, digəri isə sizdən bəhs edərkən söylədiyiniz təşəkkür. "Çox gözəlsiniz" deyən birinə "Aha, gözlərimin altındakı qaraltılar da onu deyir" demək əvəzinə "Təşəkkür edirəm" deməyiniz sizə xoşbəxtlik gətirəcək. İnsanlar sizin davranışlarınızı, gördüyünüz işi səciyyələndirərkən və ya uşaqlarınızla bağlı xoşunuza gəlməyən sözləri deyərkən belə "Təşəkkür edirəm" deməyi bacarın. Bunu etmək çətin olsa da xoşbəxt olacaqsınız, özünüzü yaxşı hiss edəcəksiniz.

"Gözələm"
Etiraf edək ki, ətrafımızda özümüzdən daha gözəl gördüyümüz biriləri olacaq. Xüsusən də özünüzü daha az çəkici , yorğun olduğunuz, həyat enerjinizin nisbətən düşük olduğu günlər...Elə bilirsiniz ki Angelina Joli-nin, Miranda Kerr-in belə günləri olmur? Özünüzü tərifləyərkən istifadə edəcəyiniz kəlmələr çox önəmlidir. Özünüzü gözəl hiss etdiyinizi dəfələrlə təkrarlayın. Bu kəlmənin sizdə yaradacağı dəyişikliyə təəccüb edəcəksiniz.

"Xoşbəxt deyiləm"
Dövrün problemlərindən biri mütəmadi olaraq xoşbəxt olmaq arzusudur. Xoşbəxt olmadığınız zamanlarda dürüst olaraq bunu ətrafdakılara etiraf etməkdən çəkinməyin. Bu, sizi rahatlaşdıracaq.

"Köməyə ehtiyacım var"
Ehtiyacınız olduğu zaman insanlardan, xüsusilə yaxınlarınızdan kömək istəməkdən çəkinməyin. Bəzən çiyinlərinizdə olduqca ağır, tək başına həll edə bilməyəcəyiniz yük ola bilər.

Dərdinizi, probleminizi yüngülləşdirmək üçün insanlar sizə kömək edə bilər.

"Şükür"
Nəyisə istəməyin, nələrisə əldə etməyin sonu yoxdur. İstəmək eyni zamanda gözəl bir şeydir. Həyat enerjinizin yerində olduğunu, ümidlərinizin təptəzə olduğunu ifadə edir. Əgər gerçəkləşməyən ümidləriniz üçün heyfsilənirsinizsə bu yanlışdır. Olanlara şükür etməyi bacarın. Bu, sizi rahat edəcək.

Xəbərlər     Baxılıb: 3489   Tarix: 05 mart 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ən sağlam ət növü AÇIQLANDI

Bir çox insanın qərəzlə yanaşdığı və hətta mətbəxlərinə daxil etməkdən çəkindiyi bu qida, bədənin ehtiyac duyduğu əsas vitaminləri təkbaşına təmin etmək gücünə malikdir. xəbər verir ki, bu xüsusi növ immunitet sisteminiz

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

.

Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA

Sinir liflərini qorumaq, D vitamini sintez etmək və hormonların yaranması üçün vacib sayılan yumurta yüksək qida dəyəri ilə seçilir. xəbər verir ki,mütəxəssislər bildirirlər ki, yumurta zülal baxımından ən keyfiyyətli qidalarda

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

turlar.az

sac duzumleri gelinlikler adlarin menasi 2026 geyimi balqabaq plov cinsi sağlamlıq gözəl xanım kosmetika qaynanaya aid maya maskasi rus dilin nece orenek sirin qogal kley lekesi