Gün ərzində neçə dənə mandarin yemək olar?
Qışın vazkeçilməzi olan mandarin çox faydalı meyvədir. Lakin istənilən digər məhsullarda olduğu kimi bu meyvəni də həddindən çox yemək olmaz.
Gün ərzində neçə dənə mandarin yemək olar?
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər sitrus meyvələrinə allergiyası olmayan insanlara gün ərzində 2-4 mandarin yeməyi tövsiyə edirlər.
Bundan çox mandarin yeyəndə hətta allergiyaya meylli olmayan insanlarda allergik səpgilər və dəridə qaşınmanın ehtimalı yüksəlir. Həmçinin çox mandarin yeyən insanlarda qarın ağrısı, köp, həzmsizlik kimi simptomlar meydana çıxa bilər.
Bəzi xəstəliklər zamanı (mədə və 12 barmaq bağırsağı xorası, qastrit, enterit, kolit) mandarinin istehlakı (xüsusilə kəskin dövrdə) ümumiyyətlə arzuolunan sayılmır.
Mandarini təmizlədikdən əvvəl onların qabığını mütləq yumaq lazımdır. Qabığın üzərində olan çirk və meyvənin saxlanma müddətini artırmaq üçün istifadə olunan kimyəvi maddələr orqanizmə düşərək zəhərlənməyə səbəb ola bilər.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir