Günay İbrahimli onunla FOTOSUNU PAYLAŞDI: "Kim nə deyir desin..."
Müğənni Günay İbrahimli stilist Samir Əliyev ( Samiraldo) ilə Bodrumdakı otellərin birində bir araya gəlib.
BiG.AZ xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı videolarla fenomenə çevrilən stilistlə kamera qaşısına keçərək foto çəkdirib.
Günay fotoya "Kim nə deyir desin, mən bu insanı çox istəyirəm!" qeydini yazıb. Hətta Günay fotonun şərh bölməsini də bağlayıb.
Fotoda Samiraldo rəngarən geyimi ilə diqqət çəkib.