Günay Musayeva: " Oğluma rus yox, Azərbaycan dilini öyrədəcəyəm"

Günay Musayeva: " Oğluma rus yox, Azərbaycan dilini öyrədəcəyəm"Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva bir neçə günlüyünə Bakıya qayıdıb.

Axşam.az-a açıqlama verən model vətənə qayıdışının səbəbindən danışıb:

"Bir sənədə imza atmalıydım, ona görə də Bakıya gəldim. Həm də bir az dincəlmək istədim. Türkiyədə evdən bayıra çıxa bilmirəm. Hər yerdə jurnalistlər var, suallar verirlər. Bütün günü evdə otura bilmərəm axı... Mən də alış-verişə və ya başqa yerə getmək məcburiyyətindəyəm. Eyni mövzu ətrafında o qədər suallar verirlər ki... Necə deyərlər, başımı götürüb Türkiyədən qaçdım. Bir az dincəlməyə gəldim. Şəxsi həyatım, boşanmağım mövzusunda danışmaq istəmirəm".

G.Musayeva Türkiyə mətbuatının haqqında yazdığı keçmiş həyat yoldaşı, aktyor Tolqa Karel tərəfindən döyülməsi xəbərlərinə münasibət bildirib:

"Heç vaxt deməmişəm ki, fiziki şiddətə məruz qalmışam. Jurnalist mənə sual ünvanlayıb, öz istədiyi cavabı da yazıb. Mənim ağzımdan elə sözlər çıxmayıb".

Oğlu Cahangirdən danışan model növbəti gəlişində onu da Bakıya gətirəcəyini bildirib:

"Əslində Cahangir bir dəfə bura gəlib. Amma bunu mediadan gizlətmişəm. Növbəti dəfə gətirəcəyəm. Onun damarlarından həm də Azərbaycan qanı axır. Vətənini tanımalıdır. Mən oğluma rus yox, Azərbaycan dilini öyrədəcəyəm".

"Kod adı G.Ö.Z" filminin Bakıdakı qala gecəsinin təxirə salınması ilə bağlı suallara isə G.Musayeva "Bir çox Avropa ölkəsində nümayiş olunub. Ən böyük büdcəsi olan film idi. Mövzusu da səs saldı. Amma deyilənə görə o qədər də çox izləyici toplamadı. Bu film mənim üçün böyük təcrübə olub" deyə, cavab verib.

Model yeni bir türk serialına çəkiləcəyindən də xəbər verib:

"Bir neçə serial təklifi gəlib. İçində ən yaxşısını seçdim. Bu günə kimi ancaq mafiya, dedektiv filmlərində olmuşam. Bu dəfə eşq filmində olacağam. Bir çox ölkədə yayımlanacaq bir serialdır".

Azərbaycanda yayımlanacaq "Bu stil mənim" yarışmasının münsif kürsüsündə əyləşəcək G.Musayeva iştirakçılara səslənib:

"İştirakçılara deyirəm ki, hazırlanıb gəlsinlər. Azərbaycan qızları çox gözəldirlər. Makiyajdan və aksesuardan çox istifadə edirlər. Öz yaşlarına uyğun davransınlar. Daha sadə, təbii və eyni zamanda da şık olsunlar".

Xəbərlər     Baxılıb: 2247   Tarix: 03 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

geyim şəkilləri kosmetoloq aksessuarlar dərslər artiq cekiden azad olmaq viruslar hicab kosmetika pomidor vətənə aid bayatılar faydalı maskalar ekizler novruz bayramina aid hakisdalar