Gündə nə qədər çörək yeyilməlidir? - Professor VACİB FAKTLARI AÇDI

Gündə nə qədər çörək yeyilməlidir? - Professor VACİB FAKTLARI AÇDIÇörək son günlərin ən çox müzakirə olunan mövzularından biridir. Ümumiyyətlə son illərdə çörəyin sağlamlığa təsirini mütəxəssislər də tez-tez gündəmə gətirir. Hətta sağlam həyat tərzinin əsas şərtləri arasında ağ undan bişirilmiş çörəkdən və karbohidrat məhsullarından imtina birinci yerdə dayanır.
Araşdırmalar göstərir ki, uzun müddət keyfiyyətsiz karbohidrat yemək ürək xəstəliyi riskini 20 faiz artırır.
Milli.Az xəbər verir ki, endokrinoloq, tanınmış professor Abdülkadir Ömər "Hansı çörək sağlamlığımız üçün zərərsizdir" sualına cavab verib. Professor çörəyin bədən üçün faydalarından da söz açıb.
- Çörək yemədən doymaq mümkündürmü?
- Cəmiyyətdə belə bir inanc formalaşıb ki, çörək sayəsində daha tez doyuruq. Lakin yadda saxlamaq lazımdır ki, orqanik, kimyəvi maddələrə məruz qalmayan və genetikası dəyişdirilməmiş dənli bitkilərdən əldə edilən undan bişirilən çörək daha tez doymağa kömək edir.
- Çörəyin faydaları nələrdir?
- Çörək karbohidratla yanaşı protein, lif, kalsium, fosfor, B1, B6 vitaminləri baxımından da zəngin qidadır. Odur ki, təbii çörək zehni və fiziki sağlamlığın qorunmasını təmin edir. Tam taxıldan hazırlanan çörəkdəki liflər mədə və bağırsaq sağlamlığını qoruyur, qəbizliyin qarşısının alınmasına ciddi təsir edir. Bundan əlavə şəkər xəstələrinin qanda şəkər miqdarının yavaş yüksəlməsinə və xolesterinin nəzarətdə saxlanılmasına yardım edir.
- Təbii çörək hansıdır?
- Kimyəvi maddələrlə ağardılmamış undan bişən çörək faydalıdır. Məsələn, çovdar, yulaf və buğda unu keçərlidir. Rəfinə edilmiş unun digərləri ilə müqayisədə qida dəyəri fərqlidir. Odur ki, cəmiyyətdə təbii undan hazırlanan çörək məhsulları təbliğ olunmalıdır.
- Hansı karbohidratlı qidalar zərərlidir?
- Sözsüz ki, orqanik çörək yerinə, rəfinə edilmiş un, yüksək miqdarda şəkər və yağlar ehtiva edən karbohidrat məhsulları zərərlidir. Rəfinə edilmiş undan hazırlanmış və yüksək miqdarda yağ əlavə edilmiş tortlar, digər şirniyyatlar təhlükəlidir. Bu qidaların kalori dəyəri olduqca yüksək olduğundan köklük və piylənmə başda olmaqla ciddi sağlamlıq problemlərinə yol aça bilər.
- Gündə neçə dilim çörək yeyilməlidir?
- Gündəlik çörək miqdarı insanın fiziki fəaliyyətindən, yaşından, cinsindən və sağlamlıq vəziyyətindən asılıdır. Gənc inşaat işçisi ilə artıq çəkili insanın və ya yaşlı diabetli xəstənin çörək norması əlbəttə fərqli olacaq. Ciddi xəstəliyiniz yoxdursa və ya aktiv həyat tərziniz varsa, orqanik çörəkdən hər yeməkdə ehtiyacınız olan qədər istifadə edə bilərsiniz. Ancaq diabet, ürək, piylənmə və yüksək təzyiq kimi xəstəliklər olduqda, hər yeməkdə bir dilim çörəklə məhdudlaşmağı öyrənməlisiniz. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1274   Tarix: 26 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

hamilelikde qidalanma qaşların formalari aksessuarlar goyemin faydalari intim münasibətləri qadın hüquqları milli yeməklər kosmetika big.az seksler novruza aid hakışda masturbasiya nedir kahfe falı