Gündə neçə fincan qəhvə təhlükəsizdir? - Həkim xəbərdarlığı

Gündə neçə fincan qəhvə təhlükəsizdir? - Həkim xəbərdarlığıOrqanizmdə kofeinin həddindən artıq toplanması koronar arteriyanın daralmasına və nəticədə miokard infarktına səbəb ola bilər.
Milli.Az xəbər verir ki, kofein qısa müddətdə arterial təzyiqi yüksəldir. Bu xüsusilə hipertoniyası və aterosklerozu olan şəxslər üçün təhlükəlidir, çünki onların ürək-damar sisteminə əlavə yük düşür. Belə vəziyyət tromb əmələ gəlməsinə və damar tutulmasına yol aça bilər.
Kofein eyni zamanda damar spazmına səbəb ola bilər. Bu xüsusilə aterosklerozdan zədələnmiş koronar arteriyalarda qan axınının kəskin azalmasına gətirib çıxara bilər. Həmçinin, kofeinin artıq qəbulu sinir sistemini stimullaşdıraraq ürək ritminin pozulmasına səbəb ola bilər.
Belə proseslər ürək əzələsinin oksigen tələbatını artırır və işemiya yaradır ki, bu da infarkt riskini yüksəldir. Kofein əlavələri, energetik içkilər və bəzi dərmanlar xüsusilə təhlükəlidir, çünki onların dozasına nəzarət etmək çətindir və bəzi antibiotiklər, antidepresantlar kofeinin parçalanmasını ləngidir.
Sağlam insanlar üçün təhlükəsiz gündəlik kofein miqdarı 400 milliqrama qədərdir, yəni təxminən 3-5 fincan qəhvəyə bərabərdir. Ürək-damar problemi olan şəxslər isə kofein qəbulunu mütləq həkimlə məsləhətləşməlidirlər.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1252   Tarix: 23 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

toy gecesi kosmetoloq qadin sayti asiq 2026 gəlinliklər kişi dünyası qadin dunyasi kosmetika qurd xəstəliklərinə qarşı mualicə novruza aid hakisdalar cinsi atalar sözü tanisliq