Gündəlik həyatımızda ən çox işlətdiyimiz 20 sual və cavabları

Gündəlik həyatımızda ən çox işlətdiyimiz 20 sual və cavablarıGündəlik həyatımızda ən çox işlətdiyimiz 20 sual və cavabları.

Dünyanın ən məşhur elmi dərgilərindən olan "BBC Focus" illərdir insanları ən çox maraqlandıran sualları müəyyən edib.20 sualı və onların cavablarını təqdim edir:

1. OK (Yaxşı) nəyin qısaltmasıdır?

Bununla bağlı ən populyar ehtimal budur: "All Correct"in (hər yer yaxşıdır) qısaldılmış "Oll Korreckt" formasında səhv yazılmış olması və elə "OK" kimi də qalması.

2. Soğan doğrayanda niyə ağlayırıq?

Soğan doğrayanda havaya "lachrymatoryfactor" adlı ferment yayılır ki, bu da gözdə qaşıntı yaradır. Göz isə özünü qorumaq üçün yaş axıdır.

3. Siqaretdən asılılıq neçə siqaretdən sonra yaranır?

Vacib olan siqaretin sayı deyil. Asılılıq səhər oyananda ilk siqareti nə vaxt yandırmağınızla bağlıdır. İlk siqaret çəkiləndən sonra asılılıq bir il ərzində formalaşır.

4. Dəniz havası almaq şəfalıdırmı?

Şəhərdən uzaqda, dəniz kənarında yaşamaq şəfalı ola bilər. "Dəniz havası", yəni dənizdən gələn gözəl qoxu sahildə yaşayan bir bakteriya sayəsində yaranır. Ancaq alimlər bakteriyanın sahildəki havanı daha da çirkləndirdiyini müəyyən ediblər.

5. Hamı evində qalsa, qrip qurtarar?

Bəli. Qlobal karantin qrip virusunun sonu olar, amma bir insanın çölə çıxmağı kifayətdir ki, virusun yenidən yayılsın.

6. Bitkilər qocalıb ölə bilərmi?

Bəzi bitkilər yaxşı qulluq edildikdə insan ömründən də çox yaşaya bilərlər. Amma mövsümi bitkilərin ömrü qısadır.

7. Saqqız mədədə həmişəlik qalır?

Xeyr. Saqqız udulanda həzm olunmur, amma ən gec üç gün ərzində bədəndən ifraz olunur.

8. Solaxaylar daha ağıllıdılar?

Bu vaxta qədərki elmi araşdırmalar solaxayların sağ əlini işlədənlərdən daha yaradıcı, ya da ağıllı olduqlarını göstərməyib.

9. Niyə qaşınırıq?

Qaşınmaq dərinin yüngülvarı xəbərdarlığıdır. Bunun böcək dişləməsinə qarşı qoruyucu mexanizm olduğu da təxmin edilir.

10. Niyə qızdırmamız olanda üşüyürük?

Qızdırma bədənin öz termostatının hərarətini yüksəltməsi ilə yaranır. Ancaq insan tərləmədiyi, ya da qan təzyiqi qalxdığına görə üşüyür.

11. Öz-özünə danışanlar dəlidir?

Xeyr. İnsanların tək, yaxud pis olanda öz-özlərinə danışmaları olduqca normaldır.

12. Kişilərdə sellülit olur?

Portağal qabığı kimi dəri təkcə qadınlarda yox, kişilərdə də olur. Kişilərdə sellülit əsasən boyun və qarın bölgələrində rastlanılır.

13. Quşlar həqiqətən islanmır?

Quşlar dimdiklərində hazırladıqları yağı tüklərə sürtürlər. Bu da suyun yağı keçərək tükə keçməsinin qarşısını alır. Yəni quş tükləri suya davamlıdır.

14. Kosmosdakı ən soyuq yer haradır?

Dünyanın 5 min işıq ili uzaqlığında olan böyük toz və qaz buludu Bumeranq Nebulada temperatur mənfi 272 dərəcədir.

15. Rəqəmsal fotolar 100 il qalır?

Kağızda çap olunsa, ya da gün işığından qoruna bilən CD-də saxlansa, qalar.

16. Havaya atılan su necə buz kimi düşə bilər?

Mənfi 30 dərəcədə havaya atılan su yerə buz kimi düşür.

17. Niyə ozon təbəqəsini ozon qazı ilə doldurmuruq?

Antarktika üstündəki ozon dəliyi Amerikanın sahəsindən daha böyük ərazini tutur və oranın yenidən doldurulmaq üçün on milyonlarla ton ozon lazımdır. Bu miqdarda ozonun nəqlinin qiyməti isə astronomik dərəcədədir.

18. Qüsursuz görmə nədir?

Göz həkimlərinin gözü yoxlamaq üçün istifadə etdikləri lövhələrdəki hərflərin hamısını 6 metrlik uzaqlıqdan görmək qüsursuz görmə sayılır.

19. Mikroblarda da mikrob olur?

Bəli. Mikroblara yapışan daha balaca mikroblar da var.

20. Niyə tək yumurta əkizlərinin barmaq izləri bir-biri ilə eyni deyil?

Tək yumurta əkizləri eyni DNT-yə sahib olsalar da, tamamilə eyni deyillər. Xarici görünüş genləri müəyyən etmir. Barmaq izləri isə bədəndəki hormonlarla əlaqəlidir. İki hüceyrənin hormon səviyyəsi fərqli olduğu üçün barmaq izləri də eyni olmur.

Maraqlı     Baxılıb: 3379   Tarix: 31 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

turlar.az

geyim şəkilləri makiyaj etmek qaydalari aksessuarlar qızartma reseptləri buruq sac duzumleri 2026 balqabaq tumu toyluq donlar 2026 kosmetika maraqlı novruz hakisdalari novruza aid hakisda azerb clpaq qadinlari kley lekesi