Günə bir stəkan su ilə başlamağa - 5 səbəbiniz var

Günə bir stəkan su ilə başlamağa - 5 səbəbiniz varİnsan bədəninin 50%-dən çoxu sudan ibarətdir. Ona görə də bədənin düzgün işləməsi üçün orqanizmi gündəlik lazımi qədər su ilə təmin etmək lazımdır. Çünki bədənin suya olan tələbatı ödənilmədikdə, bu, müxtəlif xəstəliklərə səbəb ola bilər.
Bəs səhərlər ilk növbədə su içməyin sağlamlıq üçün hansı faydaları olduğunu bilirsinizmi?
Milli.Az lent.az-a istinadən suyun həmin faydaları barədə məlumatı təqdim edir: 
Yaponlar hər səhər oyandıqdan dərhal sonra ac qarına su içmək ritualına malikdirlər. Çünki sağlamlığa və ruh yüksəkliyinə gedən yolun məhz səhər bir stəkan sudan başladığını bilirlər.
1. Səhər su içmək bədəni nəmləndirməyə kömək edir.
6-8 saatlıq yuxu zamanı bədəndəki su ehtiyatı demək olar ki, mənimsənilir. Buna görə yuxudan oyananda iki və ya üç stəkan su içərək orqanizmi nəmləndirmək lazımdır. Bu, həm də bağırsaqları hərəkət etdirməyə də kömək edir.
2. Səhər su içmək beynin ayıqlıq səviyyəsini artırır. Yəni bu, beynin sürətli fəaliyyətinə siqnal verir. 
Yorğunluğun əsas göstəricilərindən biri susuz qalmaqdır. Uzun müddətdən - yatandan sonra səhər qəbul edilən qida bədən üçün şok effekti verə bilər. Lakin əgər ilk istehlak sudursa, o, bədəni işə hazır vəziyyətə gətirəcək və ayıqlığı artıracaq. Çünki su qırmızı qan hüceyrələrinin daha sürətli böyüməsini stimullaşdırır və qanda daha çox oksigen əmələ gətirir.  
3. Səhər ilk növbədə su içmək xəstəliklərlə mübarizə aparmağa kömək edir və immunitet sistemini gücləndirir.
Ac qarına su içmək immunitet sisteminə tarazlıq gətirməyə kömək edir. Bu, orqanizmi tez-tez xəstələnməkdən və viruslardan qorunmağa kömək edəcək.
4. Səhər ilk iş su içmək olarsa, bu, bədəndəki toksinləri atmağa kömək edəcək.
Səhər bir neçə stəkan su bədəndə bir gecəyə yığılan bütün toksinləri atmağa kömək edir. Çünki gecə insan bədəndəki bütün toksinləri bir hissəyə yığır. Səhər acqarına su içərkən də, bu zərərli maddələr təmizlənir. Bu zaman təbii olaraq bağırsaqların hərəkəti stimullaşır. 
5. Səhər su içmək sağlam arıqlamağı gücləndirir.
Səhər acqarına su içdikcə bütün toksinlər bədəndən atılır və həzm sisteminin fəaliyyəti yaxşılaşır. Həmin gün daha az aclıq hissi yaranacaq. Bununla da həddindən artıq yeməkdən qaynaqlanan kökəlmənin qarşısı alınacaq.
Qeyd edək ki, 12 həftə gündə üç dəfə yeməkdən 30 dəqiqə əvvəl 500 ml-ə qədər su içmək 2 kilo bədən çəkisini itirməyə kömək edir. Odur ki, günə yeməkdən təxminən 30 dəqiqə əvvəl su içməklə başlamaq ən unikal variantdır.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1422   Tarix: 16 iyul 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

sac duzumleri qadin dunyasi geyim necə seçməli bürclər xanımlar yay paltarlari 2026 badimcan tursusu hazirlanmasi kosmetika hakisda bayatı hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz atalar sozu novruz haqistalari