Günəbaxan (Lat.Helianthus) haqqında bilmədikləriniz

Günəbaxan (Lat.Helianthus) haqqında bilmədiklərinizGünəbaxan birillik ot bitkisidir. O, 3 metr hündürlüyə qədər düz qalxa bilir. Onun yarpaqları orta ölçüdə, oval şəkildə, 40 sm ölçüdə, xırda tükcüklərlə örtülmüş olur. Günəbaxan çiçəklərin diametri 30-50 sm ölçüdə olur və həmişə üzü günəşə tərəf baxır. Çiçəklərinin orta hissəsi toxumlarla dolu olur. Bir çiçəyin içərisində 500-3000 ədədə qədər toxum ola bilir. Günəbaxan avqust ayında çiçəkləyir. Günəbaxan toxumları asan sıxıla bilən, 8-15 mm uzunluğa və 4-8 mm enə malik olur. Onun ölçüləri növündən asılı olaraq dəyişə bilir. Günəbaxanın tumları növündən asılı olaraq ağ, boz, qara və zolaqlı ola bilir. Tumların daxili zərif təbəqə ilə örtülür və içərisində ləpə olur. Günəbaxanın vətəni Şimali Amerikadır. Bu bitki 2000 il əvvəllər hindular tərəfindən yetişdirilməyə başlanmışdır. Avropa ölkələrinə bu bitki XVI əsrdə gətirilib və oradan bütün dünyaya yayılıb. XVI əsrdə ispanlar günəbaxanı botaniki bağlarda yertişdiriblər. Rusiyada günəbaxanın yetişdirilməsi I Pyotr dövründən başlanıb. O ilk dəfə bu bitkini Hollandiyada görüb və öz ölkəsinə gətirib, yetişdirilməsinə əmr verib.
Günəbaxanın yarpaqlarında və çiçəklərində kumarin qlikozidi, skopolin, flavonidlər, triterpenov salonidi, karotinoidlər, antosianlar, fenolkarbon turşusu var. Günəbaxan təkliyin, düzgün verilmiş hökmün, çiçəklənmənin və günəş işığının simvolu hesab edilir. Bəzi ölkələrdə günəbaxan sülhün simvolu kimi qəbul edilir. Günəbaxanı yığarkən onun başlıq - sarı hissəsini toplayırlar. Bu bitki məhsuldar bitki hesab edilir. Onun bir kolundan bir-neçə günəbaxan başlığı əldə etmək mümkün olur.
Günəbaxanın faydalı və müalicəvi xüsusiyyətləri
Günəbaxan tumlarından günəbaxan yağı alınır, onun tullantılarından isə heyvanlar üçün yem hazırlanır. Onun təzə ləçəklərinin dəmləməsindən iştahanı artıqmaq üçün istifadə edilir. Onun kiçik diləbənzər ləçəklərindən isə qızdırmasalıcı kimi istifadə olunur.
Günəbaxan tumunun tərkibində linolen və digər çoxlu doymamış yağlar, aminturşular, E vitamini, maqnium var.
Günəbaxan yağından kulinariyada, tibbdə və kosmetotlogiyada istifadə edilir. Bu yağı daxil qəbul elədikdə bağırsaqların yumşalmasına, təmizlənməsinə səbəb olur. Oynaq ağrıları zamanı günəbaxan yağı ilə kompres qoyulduqda ağrılar azalır. Bronxitlər, öskürək vaxtı da ağciyər nahiyəsinə isidilmiş günəbaxan yağı ilə kompres qoyduqda öskürək azalır. Bronxit, malyariya və allergiya xəstəlikləri zamanı təzə günəbaxan tumu yemək xəstəliyin əlamətlərini aradan qaldırır. Günəbaxan balverən bitkidir. Arılar onun tozlanmasına, o isə arıların şirə ilə doymasına səbəb olur. Günəbaxana yaxşı aqrotexniki qulluq edildikdə onun bal vermə xüsusiyyəti daha da artır. Ondan alınan balın rəngi qızılı, zəif miqdarda isə yaşıla çalır.
Zərərli və təhlükəli xüsusiyyətləri
Günəbaxan tumları nadir hallarda allergiyaya səbəb ola bilir. Belə hal baş verdikdə isə mütləq həkimə müraciət etmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1610   Tarix: 27 fevral 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

toy makiyaji sekilleri toy gecesi aksessuarlar gözəl xanım badimcan salati ureyin isemik xestelikleri şəxsi inkişaf kosmetika rəksanə itburnu aslan novruz bayramına aid hakıştalar qadin saglamlig