Günün bu saatlarında uşaqları çölə çıxarmayın - HƏKİM DANIŞDI

Günün bu saatlarında uşaqları çölə çıxarmayın - HƏKİM DANIŞDIGünəş şüalarının insan orqanizminə olan faydalarını saymaqla bitməz. Uşaqların sağlam inkişafı üçün isə günəş şüası əvəzolunmazdır. Lakin mütəxəssislərin fikrincə, günün bəzi saatlarında günəş şüası qəbul etməyin xeyrindən çox ziyanı olur.
Görəsən, günün hansı saatlarında uşaqları çölə çıxarmaq daha məsləhətlidir?
Milli.Az bildirir ki, həkim-pediatr Günay Rəsulova Lent.az-a açıqlamasında deyib ki, həm uşaqlar, həm də böyüklər üçün günəş şüası D vitamini mənbəyidir: "Bu vitamin uşaqlarda, imunnitetin güclənməsində və sümüklərin sağlam inkişaf etməsində böyük rol oynayır"
Onun fikrincə, təbii yollarla D vitamini orqanizmə daha çox günəş şüalarının təsiri ilə daxil olur: "D vitaminin sintezi üçün günəş şüaları dəriyə birbaşa düşməlidir. Ona görə də yaxşı olardı ki, uşağı günün bəlli bir saatında birbaşa günəş şüasının altında saxlayısınız. Bu saatlar yay fəslində səhərlər günəş çıxandan 11-ə qədər, axşam isə 5-6-dan sonra nəzərdə tutulur. Saat 11-lə 5 arası isə düşən şüalar günvurma hallarının həm də dəri yanıqlarının əmələ gəlməsinə səbəb ola bilər. Bu isə dəri xərçəngi üçün çox yüksək risk yaradır. Ona görə də bu saatlarda uşaqları mümkün olduqca çölə çıxarmamaq lazımdır. Əgər hər hansı bir zərurət yaranarsa, valideynlər mütləq şəkildə uşaqlar üçün qoruyucu günəş kremlərindən istifadə etməli, başlarını isə kepka ilə örtməlidir".
Həkim onu da qeyd edib ki bu hallara təkcə uşaqlarda deyil böyüklərdə də rast gəlinir. Ürəkbulanma, qusma, şiddətli baş ağrıları, başgicəllənmə halları günvurmanın əlamətləri kimi müşahidə olunur.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1255   Tarix: 21 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim seçimi gözəllik məhsulları toy makiyaji sekilleri qan qruplari badimcandan qisa hazirliq cennet almasinin hazirlanmasi manikür və pedikür kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır həmidə webnem tovuzlu pomidor gözellik