Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?
"İsti havalarda uzun müddət günəş altında qalan və ya yüksək temperatur şəraitində fiziki fəaliyyət göstərən şəxslərdə günvurma baş verə bilər".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi Instagram hesabında keçirilən canlı yayım zamanı Nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev səsləndirib.
Onun sözlərinə görə, günvurmanın ilk əlamətləri adətən güclü baş ağrısı, başgicəllənmə, halsızlıq, həddindən artıq yorğunluq, ürəkbulanma və qusma ilə özünü göstərir.
"Şəxsin bədən hərarəti 40°C və daha yuxarı qalxa bilər. Dərisi isti, quru və qızarmış olur, nəbzi sürətlənir, nəfəsalması tezləşir. Daha ağır hallarda diqqət pozğunluğu, davranış dəyişiklikləri, nitqdə çətinlik, huşun bulanması, qıcolmalar və hətta huşun itirilməsi müşahidə oluna bilər. Bu əlamətlər təcili tibbi yardım tələb edən ciddi vəziyyətin göstəricisidir", - deyə mütəxəssis bildirib.
Zakir Quliyev qeyd edib ki, günvurmadan şübhələnildikdə, şəxs dərhal sərin və kölgəli yerə aparılmalı, artıq geyimləri çıxarılmalı və ya boşaldılmalıdır. Bədən sərin su ilə isladılmalı, yaxud boyun, qoltuqaltı və qasıq nahiyələrinə soyuq kompres tətbiq edilməlidir.
"Əgər şəxsin huşu aydındırsa və udma qabiliyyəti pozulmayıbsa, ona kiçik qurtumlarla sərin su vermək olar. Lakin huş pozğunluğu olan və ya vəziyyəti ağırlaşan şəxslərə ağızdan maye verilməməli, dərhal təcili tibbi yardım çağırılmalıdır. Vaxtında müdaxilə olunmadıqda günvurma həyati təhlükə yarada bilər", - deyə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti vurğulayıb.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
İki dəfə boşanan aktyordan etiraf: 'Övladlarım yumorla yanaşır
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
Bahalı saatı gündəm oldu
62 yaşlı Monika Belluccinin sirri: hər gün 5 dəfə yeyir
Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?
Qəhvə sevənlər bunu mütləq oxusun
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma