Habil Əliyevin koronavirusa tutulan qızı danışdı

Habil Əliyevin koronavirusa tutulan qızı danışdıXalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva koronavirusa tutulub.
Open.az kulis.az-a istinadən xəbər verir ki, Vəfa Əliyeva xəstəxanada karantin rejimində olduğunu bildirib:
"Hazırda xəstəxanadayam. Məndə heç nə yox idi. Dördüncü gün səhər yuxudan oyananda qızdırmam olduğunu gördüm və artıq evdən çıxmadım. Mən özüm həkiməm, ona görə də belə halları başa düşürəm. Çünki, xəstəlik ümumiyyətlə qızdırma periodunda yoluxdurur. Qızdırmam əsasən 37.1, 37.2, 37.3 olurdu. Sizə deyim ki, elə yüksək hərarət yox idi. Həmin gün iki saatdan bir qızdırmamı ölçdüm. Üç gün dalbadal qızdırmam qalxıb düşdü. Qızdırma ilə yanaşı tək-tək öskürək də vardı. Ondan sonra özüm referans laboratoriyaya zəng vurdum. Analizləri götürdülər, nəticələr pozitiv çıxdı. Özüm gəldim Tədris Terapiyaya, dedim, istəyirəm gedib müalicəmi alım, həkimlərin əlinin altında olum, qorxuram".
Vəfa Əliyeva daha sonra əlavə edib:
"Evdə ailə üzvlərimi də karantinə alıblar, onlardan analizlər götürülüb. Üç-dörd günə cavab gələcək. Bu gün ciyərlərim rentgen olundu, satratsiyam da normaldı. Qan analizim təmiz çıxdı. Hər şey təmiz çıxdı, amma virusa yoluxmuşam. İmmunitetim maşallah görünür davamlı imiş ki, belə ağır keçirmədim. İndi hal-hazırda sistemin altındayam. Mən iyirmi beş min adama cavabdeh olan poliklinikada işləyirəm. Sonuncu günləri gücləndirilmiş iş rejimi ilə işlədim. Heç evə getmədik. Sutkalarla işdə qalırdım. İmmunitetim aşağı düşdü. Görünür kimdəsə olub, kontaktda olmuşam, düşüb. Dünən bura 25 nəfər adam gətirilib. Əksəriyyəti də həkimdir. Hal-hazırda mən bir xanımla iki nəfərlik otaqda sistemin altındayam. Deyirlər ki, yoluxan həkimlər çoxdur. Həkimlərin yoluxması normaldır. Özümü psixoloji cəhətdən diri saxlamağa çalışıram. Allaha şükür, dövlətimiz hər cəhətdən kömək edir. Dərmanlarımız, təchizatımız, savadlı həkimlərimiz var. Əgər hər şey yaxşı olsa, on dörd gündən sonra buraxacaqlar".

Şou Biznes     Baxılıb: 1721   Tarix: 31 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Əvvəl "Səfir" idi, indi "Abi

Türkiyənin məşhur aktyoru Erdal Küçükkömürcü "Daha 17" serialının heyətinə daxil olub. "Pastel Film" tərəfindən hazırlanan və "Kanal D"də yayımlanan serialın 15-ci bölümündən etibarən Küçükkömürc

.

"Həmin mahnını elə-belə yazmışdım" - Səbinədən etiraf

Əməkdar artist Səbinə Babayeva 24 il əvvəl yazdığı və hitə çevrilən "Röya kimi" mahnısının tarixçəsindən danışıb. Sənətçi bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. "Bu mahnını yazanda he

.

Bu yaşdan sonra ərə baxa bilmərəm' - Renka

Rəqqasə Rəna Ağamuradova (Renka) ailə qurmaq istəməməsi ilə bağlı fikirlərini tənqid edənlərə cavab verib. Sosial şəbəkədə onun fikirlərinə münasibət bildirən izləyicilərdən birinə cavab yazıb. Renka instaqram səhifəsind

.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı

Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. Aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özünd

.

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Müğənni Nahidə Babaşlı toy tarixini açıqlayıb. Bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Nahidə Halim Baydudla 07.07.2027 tarixində toy edəcəyini bildirib. Qeyd edək ki, üç il əvvəl Serkan Küçükceylandan boşanan müğənn

.

Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi

Əslən azərbaycanlı olab tanınmış rusiyalı reper Nəvai (Nəvai Bəkirov) Moskvada aşırdığı işıqfora görə şəhərin Yol Hərəkətinin Təşkili Mərkəzinə 91.2 min rubl (1 800 manat) təzminat, həmçinin 4 00 rubl (79 manatı) dövlət rüsum

.

Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi

Türkiyəli aparıcı Seren Serengil həmkarı Sibel Can haqqında diqqətçəkən paylaşım edib. O, sənətçinin görünüşü ilə bağlı edilən tənqidlərə sərt reaksiya verib. "Sibel Can şəkər xəstəsidir, nə gözləyirsiz, çəki alıb ver

.

"Survivor" dördüncüsü ailə qurdu

"Survivor" yarışması ilə tanınan Ayşe Yüksel ailə qurub. Yüksel uzun müddətdir sevgilisi olan Sercan Sarayla nikah masasına oturub. Qeyd edək ki, Ayşə Yüksel yarışdığı mövsüm dördüncü olub. /

.

Elgizin yeni verilişinin adı bəlli oldu

Aparıcı Elgiz Əkbərin yeni mövsümdə təqdim edəcəyi verilişin adı bəlli olub. xəbər verir ki, Elgiz Əkbər "Şadlıq olsun" adlı yeni layihəsinin tizerini sosial media hesabında paylaşaraq onun tezliklə yayımlanacağın

turlar.az

sade makiyaj sekilleri geyim necə seçməli yay kolleksiyasi geyim və ayaqqabılar yemisan faydasi zaur gunay oxu zalı kosmetika veten nağıllar arıqla dovsan hakisdalar