Hamilə qadınlar bu qidalardan uzaq durmalıdır

Hamilə qadınlar bu qidalardan uzaq durmalıdırHamiləlik dövrü qadınlar üçün həyatlarının ən həssas və vacib mərhələlərindən biridir. Bu dövrdə bədənin və inkişaf edən körpənin ehtiyacları çox fərqlidir və hər hansı bir qidanın, dərman və ya əlavə məhsulun qəbul edilməsində diqqətli olmaq vacibdir.
Milli.Az xəbər verir ki, bəzi qidalar hamiləlik zamanı qadınların sağlamlığına və körpənin inkişafına mənfi təsir göstərə bilər. Bu yazıda hamilə qadınların diqqətli olmalı olduğu bəzi qidalara nəzər salacağıq.
Zəncəfil hamiləlik dövründə erkən doğuş riskini artırma potensialına sahibdir. Xüsusilə yüksək dozada istehlak edildikdə zəncəfilin uterus tonusunu artıraraq doğuşu stimullaşdırması mümkündür. Buna görə də, hamilə qadınlar zəncəfili yalnız həkim məsləhəti ilə istifadə etməlidirlər. Mədə narahatlığı və ürəkbulanma kimi şikayətləri olanlar zəncəfili ehtiyatla istifadə etməlidir.
Çiy və ya az pişmiş ət, balıq və yumurta, listeriya, toksoplazma və salmonella kimi infeksiyalara səbəb ola bilər. Bu infeksiyalar hamiləlik zamanı ciddi nəticələrə səbəb ola bilər və körpənin sağlamlığını risk altına ata bilər. Bu səbəbdən hamilə qadınlar bu cür qidalardan qaçmalıdırlar.
Pasterizə edilməmiş süd və süd məhsulları listeriya infeksiyası kimi təhlükələrə səbəb ola bilər. Bu infeksiya hamiləlik dövründə ciddi fəsadlar yarada bilər. Hamilə qadınlar yalnız pasterizə olunmuş süd və süd məhsullarını istifadə etməlidirlər.
Hamiləlik zamanı yüksək miqdarda kofein istehlakı dölün inkişafına mənfi təsir göstərə bilər və həmçinin düşüklərə səbəb ola bilər. Kofein həmçinin yuxusuzluğa və həzm problemlərinə yol açaraq hamilə qadının ümumi vəziyyətini pisləşdirə bilər. Enerji içkiləri də yüksək kofein və şəkər tərkibləri ilə hamiləlikdə təhlükə yarada bilər.
Yüksək miqdarda duzlu qidalar və fast food qan təzyiqini artıraraq hamilə qadında hipertoniya (yüksək qan təzyiqi) yaratmaq riski daşıyır. Bu, həm ana, həm də körpə üçün təhlükəli ola bilər. Hamiləlik zamanı duz istehlakını məhdudlaşdırmaq vacibdir.
Xam balıq və mətbəx balığı yüksək miqdarda civə və digər toksinlər ehtiva edə bilər. Hamiləlik dövründə bu cür balıqlardan uzaq durulması tövsiyə olunur. Civə körpənin sinir sisteminin inkişafını pozaraq ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Alkol hamiləlik zamanı körpənin inkişafına ciddi təsir göstərə bilər. Hamiləlik dövründə alkol istifadəsi fiziki və zehni geriliklərə doğuşdan sonra problemlərə və müxtəlif inkişaf pozuntularına səbəb ola bilər. Bu səbəbdən hamilə qadınların alkol istifadəsindən tamamilə çəkinməsi tövsiyə olunur.
Yüksək şəkərli qidalar və içkilər hamiləlik dövründə şəkərli diabet riskini artırar və körpənin çəkisinin normadan çox olmasına səbəb ola bilər. Bu da doğuş zamanı problemlərə yol aça bilər. Şəkərli qidaların və içkilərin istehlakını məhdudlaşdırmaq vacibdir.
Hamiləlik dövründə qidalanma çox önəmlidir. Qidaların seçilməsi, həm ananın, həm də körpənin sağlamlığına birbaşa təsir göstərir. Hamilə qadınlar, hər hansı bir qida məhsulunu qəbul etməzdən əvvəl həkimləri ilə məsləhətləşməli və yalnız təhlükəsiz, sağlam qidalar istehlak etməlidirlər. Sağlam qidalanma və düzgün həyat tərzi, həm ananın, həm də körpənin sağlamlığını təmin etmək üçün vacibdir.
Asya
Milli.Az

Xəbərlər     Baxılıb: 1601   Tarix: 11 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

hamiləlik yay geyimləri 2026 toy makiyaji sekilleri infeksion xestelikler geyimlər saç kəsimləri 2026 aysel əlizadənin toyu kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz novruz bayramına aid hakıştalar sekisler oğlan evine aid hakisda rəksanə