Hamilələri virusdan qoruyacaq 10 məsləhət

Hamilələri virusdan qoruyacaq 10 məsləhətHazırkı pandemiya dövründə hamilə qadınlar daha diqqətli olmalıdırlar. Buna səbəb payız aylarında immun sisteminin zəifləməsi nəticəsində tənəffüs yolları vasitəsi ilə bədənə çoxlu virusun daxil olmasıdır. Hamiləliyin ilk 3 ayında ana bətnindəki körpənin orqanları formalaşır. Buna görə də hamilə qadınlar buna diqqət yetirməlidirlər. Bu dövrdə anada başqa xəstəlik olarsa, bu virusa yoluxma riskini artırır. Bəs, hamiləlik dövründə virusa yoluxmamaq üçün hansı qaydalara əməl eməl etmək lazımdır?
Milli.Az axşam.az-a istinadən bu həssas dövrdə əməl olunması nəzərdə tutulan 10 qızıl qaydanı təqdim edir:
Bunlar aşağıdakılardır:
1. Gündəlik bədən temperaturunu normada saxlamaq lazımdır
Gün ərzində həddən artıq tərləmək, ya da üşümək immun sistemini aşağı salır. Xüsusi ilə payız aylarında sintetik yox, daha çox pambıq materialdan hazırlanan geyimlərə üstünlük vermək lazımıdr.
2. İctimai yerlərdə çox qalmayın
İctimai yerlərdə olarkən mütləq koronavirusa qarşı tədbirlər görmək lazımdır. Buna görə də, maska taxmaq etmək və sosial məsafəyə diqqət etmək lazımdır.
3. Yuxusuz qalmayın
Bədəninizin güclü olmasını istəyirsinizsə, ən az 7-8 saat yatmalısınız. Lakin bəzən hamilə qadınlarda doğuma 3 ay qalmış uşağın inkişaf etməsi yuxuzusluğa səbəb ola bilər. Bu müddət ərzində istifadə etdiyiniz yataq dəstinin keyfiyyətinə də diqqət yetirin.
4. Qripə qarşı mütləq peyvənd etdirin
Hamiləlik dövründə mütləq şəkildə edilməsi vacib olan peyvəndlərdən biri də qrip peyvəndidir. Pandemiya dövründə bu peyvəndi elətdirmək xüsusi ilə vacibdir. Qripə qarşı peyvənd həm sizi, həm də doğulan körpənizi ilk 6 ay qripdən qoruyacaq.
5. Çoxlu bitki çayları için
Bitki çayı içmək həm sizin, həm də körpənizin Sağlamlığı üçün çox vacibdir. Gündə iki fincandan artıq olmamaq şərti ilə zəncəfil, itburnu və kəklikotu çayları içməyiniz məsləhətdir. Zəncəfil çayı hamiləlik dövründə ürək bulanması və qaytarmanın qarşısını alır. Lakin gicitkən, moruq yarpağı kimi çay ziyandır. Onlar erkən doğuma gətirib çıxarır.
6. İmmun sisteminizi gücləndirəcək vitaminlər qəbul edin
Bu həkim məsləhəti ilə olmalıdır. İçərisində D və C vitaminləri olan dərmanlar bədənə kifayət qədər güc verir.
7. Sağlam qidalara üstünlük verin
Güclü immun sistemi normal qidalanmaqdan asılıdır. Soda tərkibli qidalardan uzaq durun. Çəkinizn artmasın diqqət edin. Yeni və mövsümə uyğun tərəvəzlər yeyin, kalsiumla zəngin qidalardan daha çox istifadə edin. Ev şəraitində hazırlanan pendir, süd və qatıqdan daha çox istifadə edin. Şəkəri az olan qidalara üstünlük verin.
8. Hər gün 30 dəqiqə yürüyüşə çıxın
Hər gün bir qayda olaraq yürüyüşə çıxmaq tənəffüs prosesini normallaşdırır və ağciyərləri təmizləyir. Nəticədə xaricdən qəbul edilən infeksiyalara qarşı bədən güclü olur. Buna görə də gündəlik hərəkətdə olmaq lazımdır. Hər gün 30 dəqiqə yürüşə çıxmağa vərdiş etmək lazımdır. Bunu açıq və təmiz havada etsəz daha faydalı olar.
9. Qapalı və havasız məkanlarda çox qalmayın
Uzun müddət havasız və qapalı məkanlarda qalmayın. Çünki koronavirus qapalı məkanlarda  daha çox yayılır. Asqırıq və öskürükdən sonra virus hissəcikləri 3 saata qədər havada qala bilir. Böyük Britaniyalı alimlərin araşdırmalarına görə qapalı məkanlarda adambaşına hər kəs 10 litr hava udmalıdır. Bu virus dövründə daha da vacibdir. Buna görədə qapalı məkanlarda sadəcə 1- 2 saat qalmağınız məsləhətdir.
10. Bol miqdarda su qəbul edin
Bildiyiniz kimi koronavirus infeksiyası daha çox burun və boğaz yolu ilə daxil olur. Buna görə də yoluxma riski artır. Sadəcə payız aylarında deyil, ilin bütün mövsümlərində 2-3 litr su içməyi vərdiş halına gətirmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1619   Tarix: 21 noyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

gelinlikler toy gecesi geymler 2026 tanışlıq saytı yuxa tortu dodaq usaq masajlari kosmetika kurtlar vadisi azərbaycan olumu vətən haqqında atalar sözləri hakistalar