Hamilələrin nəzərinə: mədəniz yanırsa, bunları edin

Hamilələrin nəzərinə: mədəniz yanırsa, bunları edinhamiləlikdə yaşanan mədə yanması (reflüks) şikayətlərinin əsas səbəbi bu müddətdə qadın orqanizmində baş verən hormonal dəyişikliklərdir. Hamiləlikdə artan və əsas funksiyası uşaqlıqda olan düz əzələləri boşaltmaq olan progesteron hormonu, eyni zamanda mədə ilə yemək borusu arasındakı qapaqcığın da boşalmasına səbəb olur. Bunun nəticəsində mədə turşusu yuxarı, qida borusuna qayıdaraq yanmaya səbəb olur. Ailem.az hamiləlikdə mədə yanması haqqında bilmədiyiniz faktları təqdim edir.

Hamiləliyin ilk dövrlərində progesteron hormonu yüksəlməyə başladığı üçün reflüks şikayətlərinə ilk aylarda da rast gəlmək mümkündür. Ancaq körpənin uşaqlıqla birlikdə böyüyərək daxili orqanlara təzyiq etməyə başladığı son aylarda (20-ci həftədən sonra) mədə də sıxışdığında görə reflüks problemi ilə daha tez-tez qarşılaşmaq olar.

Hamiləlikdə tez-tez mədə yanmasından şikayət edirsinizsə, əvvəlcə qidalanmanızı nəzərdən keçirilməlisiniz. Gündə 2-3 pay yeməkdənsə tez-tez aralarla və kiçik paylarla yemək həm mədə yanması riskinin qarşısını alır, həm də hamiləliklə bağlı digər şikayətləri azaldır. Eyni zamanda yemək yeyərkən də yavaş və yaxşı çeynəyərək yeməyə çalışın.

Hamiləlikdə mədə yanmasına səbəb olan qidalar:

- Qəhvə

- Şokolad

- Turş içkilər

- Limon, sirkə, xardal kimi turşulu qidalar və çox turşulu meyvələr

- Kolbasa və sosiska kimi işlənmiş ətlər

- Çox ədviyyatlı yeməklər

- Çox yağlı yeməklər və qızartmalar

Bununla yanaşı, dar paltarlar geyinmək də mədənin sıxılmasına səbəb olur. Yatarkən yüksək yastıq istifadə etsəniz, mədənizdəki mayenin yuxarı çıxmasına mane olaraq rahat yata bilərsiniz.

Hamiləlikdə mədə yanması üçün dərman istifadə etmək olar?

Əgər yediklərinizə diqqət etməyinizə baxmayaraq, mədə yanması şikayətiniz keçmirsə, mədə yanmasıyla yanaşı öskürək, sinə ağrısı da yaşayırsınızsa, ilk növbədə həkimə müraciət edin. Antiasit dərmanlar istifadə etmək hamiləlik dövründə təhlükəsizdir. Ancaq əgər qandakı dəmir çatışmazlığına qarşı dərman içirsinizsə, onu antiasit içdikdən iki saat əvvəl və ya sonra qəbul edin.

Sağlamlıq     Baxılıb: 2693   Tarix: 15 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

adlarin menasi gelinlikler qis geyimləri 2026 sizanaqlar sarimsaq limon mocuzesi intim məktəb qadın testləri kosmetika sekis burclerin uygunlugu burcler haqqinda vetene aid bayati usaq seirleri