Hamiləlik zamanı dəridə olan problemlər

Hamiləlik zamanı dəridə olan problemlərHamiləlik zamanı qadının bütün orqanizmi müxtəlif dəyişikliklərə uğrayır. Dəri də burada istisna deyil.

Hamiləliyin, demək olar, ilkin müddətlərində qadının dərisində piqmentasiya artır. Bunun da nəticəsində qadının üzündə və boyun hissəsində müxtəlif ölçülü və formalı piqment ləkələri əmələ gəlir.Əsasən belə ləkələr qadının alnında, burnunda, dodağın altında olur. həkimlərin müşahidələrinə əsasən, belə piqment ləkələri hamilə qadınların 90%-ndə əmələ gəlir.

Qarabuğdayı qadınlarda belə piqmentasiya daha tez-tez hallarda olur. Bu ləkələrdən qorxmaq, utanmaq və xüsusilə də onlarla mübarizə aparmaq lazım deyil. Uşaq dünyaya gəldikdən sonra piqment ləkələri tez bir zamanda yox olacaq.

Hamiləlik zamanı piqmentasiyanın əmələ gəlməsini minimuma çatdırmaq üçün üzünüzü gün şüalanmadan qoruyun, yay günlərində evdən çıxdıqda gün eynəklərindən, çətirdən və ya enli şlyapadan istifadə edin, üzünüzə gündən qoruyan xüsusi krem çəkin.

Bədəndə əmələ gələn genəlmələr (striyalar) hamilə qadınların növbəti "bəlasıdır". Əsasən qarın, döş, budlar, sağrılar hissəində dəri güclü dartılır və bu yerlərdə olan birləşdirici toxuma "cırılır" ki, nəticədə dərinin üzərində zolaqlar əmələ gəlir: əvvəl bu zolaqlar bənövşəyi-qırmızı rəngdə olur, sonra isə ağarır. Doğuşdan sonra striyalar yox olmur və qadının bədənində əbədi olaraq qalır. Striyalardan yaxa qurtarmaq, demək olar, mümkünsüzdür. Yeganə üsul - dərinin cilalanması (xüsusi kosmetik prosedura).

Dərisi ağ olan qadınlarda striyalar qarabuğdayı qadınlarla müqayisədə daha tez-tez hallarda əmələ gəlir. İrsiyyat burada çox böyük rol oynayır - əgər qadının anasında, nənəsində və s. hamiləlik zamanı striyalar əmələ gəlibsə, bu o deməkdir ki, bu qadında da 80% ehtimalı ilə onlar əmələ gələcək. Lakin dəriyə olan qulluq və profilaktik tədbirlər az da olsa müəyyən rol oynayır. Hamiləliyin 12-ci həftəsindən başlayaraq dərinizi xüsusi kremlər və losyonlarla əsaslı şəkildə daim nəmləndirmək lazımdır. Hamilə qadınlar üçün xüsusi striyalara qarşı olan vasitələr buraxılır. Lakin adi zeytun və ya təbii kakao yağı da çox yaxşı effekt verə bilər. Bu vasitələri dərinin problemli hissələrinə daim çəkin və yüngül masaj edin. Masaj dərinin qan dövranını yaxşılaşdırır, dərinin elastikliyini artırır.

Çəkinizə fikir verin. Hamiləliyin hər bir dövründə çəkiniz müəyyən normalardan artıq olmamalıdır. Qadının çəkisi nə qədər çox artırsa, genəlmələrin əmələ gəlmə riski də artır.

Genəlmə əmələ gəldikdən əvvəl dəri güclü qaşınmağa başlayır - bu pis simptomdur. Lakin siz təslim olmayın və dərinizə lazım olan qulluğun edilməsini davam edin. Daha tez-tez hallarda striyalar hamiləliyin 6-7 aylarında əmələ gəlir.

Progesteron hormonunun təsiri nəticəsində hamiləlik zamanı üz dərisinin yağlılığı artır və qadının üzündə civzələr və sızanaqlar əmələ gələ bilər. Bu xoşagəlməz səpgilər bütün qadınlarda əmələ gəlməsə də, bir çoxları onlardan əziyyət çəkir. Doğuşdan sonra bu səpgilər yox olur və qadının üzü təmizlənir. Səpgilər və dərinin artıq yağlılığı ilə mübarizə aparmaq üçün dərinizi əsaslı şəkildə təmizləyin, təmizləyici maskalardan istifadə edin.

Tər vəziləri də hamiləlik zamanı daha güclü işləməyə başlayır. Bunun nəticəsində ən çox tərləyən yerlərdə (adətən süd vəzilərinin altında) qadında hətta xırda qaşınan səpgilər əmələ gəlir. Bu səpgilərlə mübarizə aparmaq üçün tez-tez duş qəbul edin və bu yerlərə talk və ya uşaq tozunu səpin. Bu üsullar kömək etmədikdə həkimə müraciət edin, lazım olduqda həkim xüsusi məlhəm təyin edəcək.

Ailə və Uşaq     Baxılıb: 2301   Tarix: 30 avqust 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

turlar.az

qadin dunyasi geyim dəbləri hamilelikde qidalanma yay donları 2026 aksesuarlar salatlar cinsi sağlamlıq kosmetika veten haqqinda atalar sozu usaq geyimleri yemekler pomidor ariqlamaq