"Sakit uşaqlar "hədiyyə" deyil, "qırmızı bayraq"dır" - Açıqlama

Çox sakit və "rahat" körpə hər zaman sağlamlıq göstəricisi olmaya bilər.
Milli.Az xəbər verir ki, bunu uşaq masajçısı və hərəkət inkişafı üzrə ekspert İqor Novokrinitski söyləyib.
Onun dediyinə görə həddindən artıq yuxululuq, yeməyə çətin oyadılma, zəif əmizdirmə, çəki artımında problem, gur səsə, işığa və ya narahatlığa reaksiya verməmək sinir sisteminin yetkinləşməməsinin əlaməti ola bilər.
Körpə 1-1,5 aylığında ananın üzünə baxmırsa, 2-3 aylığında cavab gülümsəməsi yoxdursa, səslə diqqət çəkməyə çalışmırsa, bu da narahatedici siqnaldır.
Bəzi uşaqlar sadəcə təbiətən sakit və flegmatik ola bilsə də, inkişaf yaş normasına uyğun getmədikdə problem yaranır. Belə hallarda hipotoniya, motor və nitq inkişafında gecikmə, eləcə də autizm spektr pozuntularının ilkin əlamətləri mümkündür.
Ekspertin sözlərinə görə, endokrin xəstəliklər, xüsusən anadangəlmə hipotiroidizm, həmçinin eşitmə və görmə zəifliyi də körpənin həddən artıq sakit görünməsinə səbəb ola bilər. O, xüsusi diqqət tələb edən əlamətlər sırasında 4-6 həftəsində gülümsəməmək, 1,5 aylığında başını qaldırmamaq, 3 aylığında səsə dönməmək, 7,5 aylığında çevrilməmək, 9-10 aylığında oturmamaq və sürünməmək, 12 aylığında qalxmağa cəhd etməmək və ilk səslərin, sözlərin olmamasını sadalayıb.
Novokrinitski bildirib ki, körpə oyunlara maraq göstərmirsə, valideynə sevinc ifadə etmirsə, əşyaları öyrənməyə çalışmırsa, bu da inkişaf geriliyinin göstəricisi ola bilər.
Mütəxəssis valideynlərə vaxt itirmədən nevroloqa müraciət etməyi məsləhət görüb, çünki uşağın ilk ayları onun gələcək inkişafı üçün həlledicidir.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1003   Tarix: 07 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

turlar.az

yaz geyimleri 2026 geyim seçimi sac duzumleri qadın sağlamlıq soz ehtiyati artirmaq qadın aksesuarları cagatay ulusoy kosmetika uşaq nece olur novruz hakistalari salam hakisda qadin saglamlig