Hamiləlik zamanı qarın nahiyəsində AĞRILAR. Təhlükəsi varmı?

Hamiləlik zamanı qarın nahiyəsində AĞRILAR. Təhlükəsi varmı?İlk üç ayda qarın nahiyəsində baş verən zəif ağrı adətən uşaqlığın böyüməsi ilə müşahidə olunur: uşaqlığın kiçik çanaq boşluğuna bağlandığı liflər dartılmağa başlayırlar.
6-8 həftəyə qədər olan ağrı və qanaxmalara həmçinin uşaqlıq xaricində olan hamiləlik də səbəb ola bilər. Xoşagəlməz hisslər məşq sancılarından irəli gələ bilər.
Hamiləliyin 38-ci həftəsindən sonra qarın nahiyəsində olan ağrılar digər doğuş əlamətləri ilə yanaşı doğuş sancılarını yaxınlaşdığını göstərir. Hamiləliyin istənilən müddətində güclü, sancıvari ağrılar, qanaxma - uşaq salma və ya vaxtından əvvəl ciftin (plasentanın) qopması təhlükəsinin əlamətləridir və onlar təcili olaraq həkimə müraciət edilməli olduğunu göstərir.
Qarın nahiyəsində ağrıların başqa səbəbləri
Qarın ağrısı, məsələn, qəbizlik və ya mədə-bağırsaq yolunda olan daha ciddi pozuntular - bağırsaq keçilməzliyi və spazm (lakin bu ağrı uşaqlıqda deyil, bağırsaq nahiyəsində olacaq və sancıvari deyil, daimi olacaqdır) nəticəsində də yarana bilər. Ağrının səbəbi həm də kəskin və xroniki xəstəliklər də ola bilər - məsələn, sidik yolunda daşlar, pielonefrit, pankreatit, appendiks (kor bağırsağın) iltihabı, və bu xəstəliklər də həkimə müraciət etməyi tələb edir.
Hansı əlamətlər ağırlaşmaların olduğunu göstərir?
Güclü ağrının və ya qanaxmanın olduğu bütün hallarda - mütləq həkimə müraciət etmək lazımdır. Qanaxma xorionun və ya ciftin (plasentanın) qopmasının və uşaqsalmanın başlanma əlaməti ola bilər.
Bəzən qan ifrazatları hamilə qadınların uşaqlıq boynunun eroziyası və ya sersiviti (uşaqlıq boynunun selikli qişasının iltihabı) olan zaman cinsi əlaqəyə girmələri nəticəsində əmələ gələ bilər, lakin əsl səbəbi ancaq həkim müəyyən edə bilər.
Uşaqlıq xaricində olan hamiləlik adətən hamiləliyin 6-12 həftəsində, bəzən də daha gec ağrı və qanaxma əmələ gətirə bilər.
Məşq sancıları ağrılı ola bilərmi?
Bu qadının ağrıya qarşı olan fərdi həssaslığından, "ağrıya dözə bilmə həddindən" asılıdır. Məşq sancıları həqiqətən də bəzi qadınlar üçün ağrılı ola bilər - bu halda həkim yüngülvari sakitləşdirici vasitələr tövsiyə edə bilər.
Brekston-Hiks sancıları adətən qısa müddətli olur, qadın rahat olduqda və ya daha rahat vəziyyətə keçdikdə onlar yox olurlar və yuxuya mane olmurlar.
Əgər ağrılar güclü və daimidirsə - bu çox güman ki, uşaqlığın hipertonusundan və ya "patoloji preliminar müddət" adlandırılan - əsəbi və emosional cəhətdən qeyri-sabit qadınlarda doğuşa yaxın vaxtlarda yaranan xüsusi vəziyyətdən xəbər verir. Patoloji preliminar müddət üçün qarının aşağı nahiyəsində və beldə olan ağrılı, tezliyinə görə qeyri-müntəzəm, uzun müddət keçməyən və doğuşa gətirib çıxarmayan sancıvari ağrılar xarakterikdir.  Belə ağrılar 6 saatdan 1-2 sutkayadək davam edir, qadında yorğunluq əmələ gətirir və vaxtından əvvəl suların gəlməsi, doğuş fəaliyyətinin zəifliyi və dölün hipoksiyası ilə təhlükəlidir. Bu halda mütləq təcili tibbi yardım tələb olunur.
Ağrılar USM və ya mamalıq müayinəsindən sonra yarana bilərmi?
Kobud mamalıq müayinəsinin nəticəsində ağrı yarana bilər, lakin, adətən həkim hamilə qadının müayinəsini ehtiyatla etməyə çalışır. Ağrı - uşaqlığın tonusa gəlməsinin və həssas olduğunun əlamətidir. Uşaqlığın tonusunu mama müayinə (palpasiya) zamanı müəyyən edə bilər - bu halda istənilən kiçik bir təsir olduqda, o cümlədən USM aparatının ölçü cihazından uşaqlığın yığılmaları meydana gələcəkdir. Uşaqlığın tonusda olması zamanı vaginal müayinə ağrı əmələ gətirə bilər. Əgər uşaqlığın tonusu yüksək deyilsə və müayinə ehtiyatla görülürsə - xoşagəlməz hisslər olmamalıdır və ultrasəs müayinəsi də onları əmələ gətirməyəcəkdir.
Ağrının təhlükəli olmadığını necə müəyyən etmək olar?
Əgər xoşagəlməz hisslər uşaqlığın yan nahiyələrində arabir sancmalar ilə məhdudlaşırsa, hərdən bir yaranırsa və fiziki yüklənmələr ilə bağlı deyilsə - bu uşaqlığı kiçik çanaqda saxlayan liflərin dartıldığını göstərir - bu hisslər hamiləlikdə ağırlaşmaların olmasını göstərmir.
Normada qadında menstruasiyalar zamanı olan hisslər (dartılan, sancıvari ağrı), qarının aşağı nahiyəsində daimi sızıldayan ağrılar və ya axşama yaxın və ya istirahət zamanı, fiziki yüklənmədən sonra yaranan "sıxılan topacıq" hissləri müşahidə olunmamalıdır - bunların hamısı uşaqsalma təhlükəsinin olduğunu göstərir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 998   Tarix: 25 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

gelinlikler aksessuarlar toy gecesi boşanmalar moda xəbərləri badimcan murebbesi hazirlanmasi xına bəzəkləri kosmetika insan gulmeli hakista hakışdalar dieta uşaq nece olur