Hamiləlik zamanı uçuşun mümkünlüyü haqqında

Hamiləlik zamanı uçuşun mümkünlüyü haqqındaHamiləlik zamanı uçuşun mümkünlüyü haqqında

Kral Mamalar və Ginekoloqlar Kolleci (The Royal College of Obstetricians and Gynaecologists - RCOG) bildirir ki, aşağı riskli hamiləlik zamanı təyyarə üçüşları təhlükəli deyildir, lakin bunun yan fəsadları ola bilər.

Yeni məsləhətlərə görə uçmaq üçün ən salamat vaxt hamiləliyin 37-ci həftəsinədək, ekizlərə hamilə olanlara isə hamiləliyin 32-ci həftəsindək olan müddətdir.

Əgər hamiləlik 28 həftədən artıqdırsa, səfərə çıxarkən qadın tibb kitabçasını və sahə həkimindən alınmış məktubu özü ilə götürməlidir. Bir çox hava şirkətlərinin hamiləliyin hansı müddətində uçuşa icazə verilməsinə dair öz qaydaları mövcuddur.

Uçuş zamanı hamının azacıq radiasiyaya məruz qalmasına baxmayaraq, uçuşların uşaq salınmasına, erkən doğuşa və ya uşaqlıqdan su açılmasına səbəb olduğu barədə dəlillər yoxdur.
Uçuş zamanı təyyarə salonunda təzyiqin dəyişməsinin və rütubətin azalmasının hamiləliyə zərərli təsiri barədə də faktlar məlum deyil. RCOG-un buraxdığı məsləhət vərəqəsində deyilir ki, hamiləlik normal gedirsə, uçuş qadın və onun bətnindəki uşaq üçün zərərsizdir.

Bundan əvvəl, bətnində birdən artıq uşaq olan qadınlar üçün salamat üçüş müddəti hamiləliyin 34-cü həftəsinədək müəyyən edilmişdi, lakin indi bu müddət, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (International Air Transport Association-IATA) tövsiyəsi ilə 32 həftəyə endirilib.

Hamiləliyin 37 həftəsindən sonra doğuş hər an baş verə bilər. Vərəqədə həmçinin hamiləlik zamanı uçuşların yan fəsadları barədə də məsləhətlər verilir.

Bura maye yığılması nəticəsində ayaqların şişməsi, hava təzyiqinin dəyişməsidən burun və qulaqda yarana biləcək problemlər, ürək bulanması kimi hamiləliyi çətinləşdirən hallar daxildir.

4 saatdan daha uzun sürən uzaqmənzilli uçuşlar zamanı dərin damar trombozu riskləri arta bilər. Bu zaman ayaqlarda və qasıqda qanın qatılaşması baş verir ki, bu da hamiləlik zamanı daha risklidir.

Vərəqədə deyilir ki, qadın gen paltarlar və rahat ayaqqabı geyinməli, uçuş zamanı salonda vaxtaşırı gəzişməli və yarım saatdan bir öz kreslosunda idman hərəkətləri etməlidir.

Uçuş zamanı alkoqollu və kafeinli içkilərin qəbulunu məhdudlaşdırmaq, elastik corablar geyinmək də fayda verə bilər.
Lakin bəzi hallarda hamiləlik zamanı uçmamaq daha yaxşıdır. Məsələn, əgər qadının vaxtından əvvəl doğa bilməsi riski mövcuddursa, kəskin anemiyası, oraqşəkilli eritrosit xəstəliyi vardırsa, bu yaxınlarda uşaqlığından əhəmiyyətli qanaxma keçirmişdirsə və ya ciddi ürək - ağ ciyər qüsurları vardırsa, uçmamaq daha məsləhətlidir.

RCOG-un pasient informasiya komitəsinin sədri Philippa Marsden deyir ki, bu məlumatlar uzaq və yaxın uçuşlara çıxanlar üçün keçərlidir.

"Təyyarə ilə uçub-uçmamaq barədə qərar qəbul edərkən, səfər zamanı hamiləliyin neçənci həftəsinin olacağını hesablamaq, mənzil başında doğuş üçün lazımi avadanlıq və müəssisənin olub-olmamasını, tibbi problemlərin kəskinləşməsi riskini nəzərə almaq lazımdır. Mühümdür ki, uçuşdan əvvəl sağlamlığınızla və ya hamiləliyinizlə bağlı bütün narahatlıqlarınızı mamaçanız və ya həkiminizlə müzakirə edəsiniz".

Yeni məsləhətlərdə deyilir ki, təyyarıə səfərləri zamanı hamiləlik qeydlərinizi, gözlənilən doğum gününü təsdiq edən sənədi, Avropa Səhiyyə Sığortası şəhadətnaməsini və qəbul etdiyiniz dərmanları özünüzlə götürməlisiniz", həkim məsləhətində deyilir.

Ailə və Uşaq     Baxılıb: 3076   Tarix: 10 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

turlar.az

geyim seçimi yay kolleksiyasi reseptler heyatda oz yerini tapan insan xosbextdir badam yeni geyimler 2026 kolbasa hazirlanmasi kosmetika haqisda hakista sozler cinsi əlaqə irem derici novruz bayrami