Hamiləlikdə böyrək xəstəlikləri

Hamiləlikdə böyrək xəstəlikləriHamilələrdə ürək-damar xəstəliklərindən sonra ikinci yerdə böyrək xəstəlikləri durur. Hamiləlik dönəmində böyrəklərdə, sidik sistemində və qan dövranında fizioloji dəyişikliklər baş verir. Hamiləlikdə böyrək patologiyalarını öncədən aşkarlamaq üçün requlyar olaraq sidiyin təhlili və arterial təzyiqə nəzarət lazımdır.
Ən çox hamilələrdə simptomsuz bakteriuriya,sistit və pielonefrit rast gəlinir. Simptomsuz bakteriuriya ancaq sidiyin laborator təhlili zamanı aşkar olunur və bu zaman hamilədə heç bir simptom olmur. Bakteriuriyanın səbəbi kimi pielonefriti düşünmək lazımdır və bunu təsdiq etmək üçün növbəti müayinələr vacibdir.
Pielonefrit böyrək ləyənlərinin iltihabıdır.Hamiləliyin sonlanmasına,vaxtından evvəl doğuşa, hestoza (normal gedən hamiləliyin ağırlaşması), hipotrofiyaya, dölün bətndaxili infeksiyalaşmasına gətirib çıxara bilən təhlükəli haldır. Çox vaxt hamiləliyin ikinci yarısında əmələ gəlir. Hamiləlikdə inkişaf edən pielonefrit hestasion pielonefrit və ya hamiləlik pielonefriti adlanır. Əsasən bağırsaq çöpləri, klebsiella və maya göbələyi tərəfindən yaranır. İnfeksiya böyrəyə qalxan yolla düz bağırsaqdan, uşaqlıq yolundan və ya xroniki iltihab ocaqlarından qanla keçə bilər. Əsas simptomları qəfil temperaturun yüksəlməsi, titrəmə, ümumi zəiflik, halsızlıq, baş və bel ağrılarıdır. Eləcə də hamiləni ağrılı sidiyə getmə narahat edir. Pielonefritə şübhə olarsa, hamiləni hospitalizasiya etmək və azı 4-6 həftə müalicə etmək lazımdır.
Sistit-sidik kisəsinin selikli qişasının iltihabıdır. Əlamətləri tez-tez sidiyə getmək və prosesin sonunun ağrılı olması, göynəmə hissi, qasıqüstü nahiyədə ağrı, subfebril temperaturdur. Xəstəlik adətən 7-10 gün davam edir. Çox rast gəlinən hallardandır ki, kəskin sistit xroniki sistitə və ya pielonefritə keçir. Ona görə ilk simptomların aşkar olunduğu vaxtdan müalicəyə keçmək vacibdir!
Milli.Az

Xəbərlər     Baxılıb: 1124   Tarix: 06 sentyabr 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Diabet riski yüksək olan qan qrupu açıqlandı

Fransada aparılan genişmiqyaslı araşdırma müəyyən qan qrupları ilə 2-ci tip diabet arasında əlaqə ola biləcəyini ortaya qoyub. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, diabet inkişaf riski ən yüksək olan qan qrupu

.

Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?

"İsti havalarda uzun müddət günəş altında qalan və ya yüksək temperatur şəraitində fiziki fəaliyyət göstərən şəxslərdə günvurma baş verə bilər". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi Instagra

.

Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar

"Çimərlik mövsümündə günvurmadan və günəşin zərərli təsirlərindən qorunmaq üçün insanlar günəş şüalarının daha zəif olduğu saatlarda dənizə getməlidirlər". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsm

.

Gözümüzü məhv edə biləcək eynəklər var

Həkim-oftalmoloq Darya Orlova ultrabənövşəyi (UV) filtri olmayan gün eynəklərinin göz sağlamlığı üçün ümumiyyətlə eynək taxmamaqdan daha təhlükəli olduğunu açıqlayıb. -a istinadən xəbər verir ki, bu barədə nəşri məqalə dər

.

İnsan neçə dəqiqəyə yuxuya getməlidir?

Yuxuya getmək üçün sərf olunan vaxt insanın sağlamlıq vəziyyəti haqqında mühüm ipucları verə bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam insanın adətən 10-20 dəqiqə ərzində yuxuya getməsi normal hesab olunur

.

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

.

Uzun müddət oturmaq ölüm riskini artırır

Hər əlavə saat oturaq vəziyyətdə qalmaq onkoloji xəstəliklərdən ölüm riskini orta hesabla 10 faiz artırır. -a istinadən xəbər verir ki, bu barədə "PLoS Medicine" jurnalında dərc olunan araşdırmada bildirilib. Tədqiqa

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

turlar.az

geyim seçimi yay geyimləri 2026 toy makiyajlari ayaqqabı süni doğuş magura geyim qara noqteler ucun uz maskalari kosmetika azerbaycan faydalı bilgilər ekizler hüzeyir hacibəyov arıqla