Hamiləlikdə dişə qulluq necə olmalıdır?

Hamiləlikdə dişə qulluq necə olmalıdır?Hamiləlik dövründə bədəndəki estrogen və progesteron hormonlarının artması ilə dişlərdə çürümə və iltihab yarana bilər.
Dişlərə düzgün qulluq etdikdə hamiləlik dövründə də diş sağlamlığını qorumaq mümkündür. Türkiyəli diş həkimi Çağdaş Kışlaroğlu hamiləlik müddətində diş sağlamlığı ilə əlaqədar xanımlarım diqqət etməli olduqları məqamlardan danışıb. Lent.az mütəxəssisin məsləhətləri ilə sizi də tanış edir.
Hamiləlikdə tez-tez qidalanan qadınlar diş qulluğuna laqeyd yanaşırlar. Bu isə diş sağlamlığında ciddi problemlərə səbəb olur. Bununla yanaşı, hamiləlikdə baş verən qusma halları zamanı ağıza gələn mədə turşusu da dişlərə zərər verir. Odur ki, ağız və diş qulluğuna diqqət göstərmək lazımdır: "Daimi diş müayinəsi, diş fırçalamaq və diş ipi istifadə etmək diş itkinlərinin qarşısını almaqda böyük əhəmiyyət daşıyır. Hamiləlikdə yarana biləcək diş problemlərinin müalicəsində istifadə edilən dərmanlar və diaqnoz üsulları qadınları narahat edə bilər. Buna görə də istehsalçı firmaların xəbərdarlıqlarına diqqətlə yanaşmaq lazımdır".
Həkim deyir ki, rentgen müayinəsi vacib deyilsə, edilməməlidir. Əgər təcili diş müalicəsi təyin olunmalıdırsa, qadına önlük geyindirilməli və rentgen sürətli çəkilməlidir. Mütəxəssis bununla yanaşı müalicədə aşağı doza tətbiq edilməsini vurğulayır. Körpənin orqanlarının inkişafının sürətlə getdiyi hamiləliyin ilk 3 ayında dental müalicələrdən qaçmaq lazımdır: "Diş ağrısı şiddətli olduğu hallarda, körpə və ananın sağlamlığı üçün stomatoloq və ginekoloqun işbirliyi olmalıdır. Bu əməkdaşlıq yarana biləcək problemlərin qarşısını almaq üçün faydalı olar. Hamiləliyin 4 və 6-cı ayında diş müalicələrinin tətbiq olunması ən doğru zamandır. Bu dövrdə kanal müalicəsi, diş çəkilməsi, plomb kimi təxirə salınması mümkün olmayan əməliyyatlar rahatlıqla tətbiq oluna bilər. Hamiləliyin son 3-cü ayında erkən doğuş riski yaşana biləcəyi üçün təcili olmayan dental müalicələrdən başqa hər hansı bir əməliyyat tətbiq olunmamalıdır".
Hamiləlikdə dişə qulluq necə olmalıdır?
Qadınlar hamiləlik zamanı ağız və diş sağlamlığına normal dövrlərdən daha çox diqqət göstərməlidirlər. Bu baxımdan həkimin məsləhətləri:
- Hamiləlik əsnasında ortaya çıxan hormon artımı xarici faktorlara, xüsusilə bakteriyalara qarşı daha həssaslıq yaradır. Bunun üçün gündəlik ağız və diş qulluğuna laqeyd yanaşmaq olmaz.
- Qadınlar hamiləlikdən əvvəl tam ağız müayinəsindən keçməlidirlər. Ağız gigiyenasının qayğısına qalmaq üçün bu, vacib addımdır.
- Hamilələr gündə ən az iki dəfə diş fırçalamalı və diş ipi istifadə etməlidirlər.
- Hamiləlikdə ağız qarqaraları və ya ilıq duzlu su ilə qarqara edilməlidir. Xüsusilə ilıq duzlu su diş ətlərini rahatladır və diş əti həssaslığını azaldır.

Sağlamlıq     Baxılıb: 2459   Tarix: 26 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

hamiləlik yay kolleksiyasi yaz geyimleri 2026 südlü şirniyyat gənc ailə royanin oglu xinayaxdi ucun sozler kosmetika vetene aid bayati novruza aid hakistalar yuxuda qara ilan gormek veten lakonizm