Hamiləlikdə hansı infeksiyalar təhlükəlidir?

Hamiləlikdə hansı infeksiyalar təhlükəlidir?İnfeksiyanın dölə necə təsir etməsi hamiləliyin trimestrindən, ananın immun sistemindən və xəstəlik törədən mikroorqanizmin xarakterindən asılıdır.
Milli.Az gencaile.az-a istinadən bildirir ki, əgər hamiləliyin birinci trimestrində (5-6 həftə) baş veribsə, embrionun ölməsi, təbii abortla müşahidə oluna bilər. Əgər hamiləlik davam etsə, döldə orqanların çoxlu sayda inkişaf anomaliyaları meydana çıxacaq. Hamiləliyin ikinci trimestrində (2 həftədən başlayaraq) dölün orqanları formalaşdığından, infeksiya orqanlara ciddi təsir edə bilməsə də, plasentanın infeksiyalaşmasına gətirib çıxarır. Bu da vaxtından qabaq doğuşa səbəb olur. Bu zaman nə baş verir? - İnfeksiya anadan dölə iki yolla ötürülür: hematogen və şaquli.
Hematogen yolla-törədici ananın qanı ilə plasentaya keçir və oradan da dölə ötürülür. Şaquli- törədici ananın cinsiyyət yolları vasitəsilə uşaqlığa düşür, daha sonra dölyanı mayedə çoxalaraq, dölün mədə-bağırsaq traktına və yaxud tənəffüs yollarına daxil olur.
Nədən qorxmaq lazımdır? - Geniş yayılmış infeksiyaların arasında virus və ya bakteriya mənşəli olmasından asılı olmayaraq, hamilələr üçün xüsusi təhlükəli olan bir qrup infeksiyalar mövcuddur. Bunlardan biri olan məxmərək - virus infeksiyasıdır.
Kim bu xəstəliyi uşaq vaxtı keçirdibsə, daha heç bir zaman bu infeksiya ilə yoluxmur. Bu xəstəliyə qarşı immunitetin olub - olmadığını bilmək üçün mütləq qan analizi vermək lazımdır. Əgər qanda anticisim aşkar olunarsa, deməli ana və körpə üçün heç bir qorxusu yoxdur. Əks halda hamiləlik planlaşdırmadan bir neçə ay öncə peyvənd etmək məsləhətdir. Məxmərəyin ən təhlükəli cəhəti odur ki, o bütün hallarda anadan dölə ötürülür və onu məhv eləyir. Anadangəlmə məxmərək körpənin istənilən orqanını zədələyə bilər-ürək qüsurlarına, karlığa, kataraktaya gətirib çıxarır.
Sitomeqalovirus - hava-damcı, cinsi əlaqə vasitəsilə yoluxur. Bu infeksiyaya hamiləlik zamanı yoluxma xüsusilə təhlükəlidir. Bu halda infeksiya qaraciyər və beyni zədələyərək, embrionun məhvinə səbəb olur.
Herpes (ikinci tip) virusuna hamiləlik zamanı yoluxma baş verərsə, bu zaman yenidoğulmuşlarda herpes virusu aşkarlana bilər. 32 həftəlik hamiləlikdən sonra genital herpesin kəskinləşməsi çox təhlükəlidir. Bu zaman həkimlər keysər kəsiyi əməliyyatı məsləhət görür, belə ki doğuş zamanı dünyaya gələcək körpə doğuş yollarından keçdikdə yoluxma riski çox böyük olur.
QİÇS zamanı infeksiyanın anadan dölə ötürülmə riski 25-30% təşkil edir, ona görə körpənin xəstə doğulacağına hamilə qadın hazır olmalıdlr.
Hepatit B - Bətndaxili yoluxma riski 25-30% təşkil edir, ona görə də hamiləliyi planlaşdıran hər bir qadın mütləq peyvənd olunmalıdır. 30% hallarda müşahidə olunur. Əgər qadın hamiləliyin birinci trimestrində bu xəstəliyə yoluxubsa, döldə eybəcərliklərə, son trimestrdə isə vaxtından qabaq doğuşa və ya körpənin ölümünə səbəb olur.
Toksoplazmoz - ən geniş yayılmış infeksiyalardan biri sayılır. Onun əsas bədən sahibi pişik, aralıq sahibi quşlar və insanlardır. Toksoplazmaya yoluxmamaq üçün hamilə qadın pişik ilə kontaktda olmamalı, çirkli meyvə və tərəvəz, tam bişməmiş ət məhsulları qəbul etməməlidir.
Hamiləliyin erkən dövründə infeksiya embrionun məhvinə və ya inkişaf anomaliyalarına səbəb olur. Hamiləliyin son aylarında yoluxma baş verərsə, yeni doğulmuş körpədə sarılıq, intoksikasiya kimi əlamətlər, qaraciyərin, dalağın, limfa düyünlərinin zədələnməsi müşahidə olunur.
Sifilis - 65% hallarda düşüklərə səbəb olur. Əgər hamiləlik davam etsə belə, yeni dünyaya gələn körpə ölü doğula bilər və ya anadangəlmə sifilis əlamatləri: dərinin, sümüyün və mərkəzi sinir sisteminin zədələnməsi müşahidə olunur.
Qonoreya isə hamiləliyin erkən dövründə düşüklərə səbəb olur. β qrup streptokokklar isə hamilə qadında və ya döldə ağciyər iltihabına səbəb olur,qanın intoksikiasiyasına gətirib çıxarır.
Əgər körpə dünyaya gəlsə belə, mərkəzi sinir sisteminin zədələnməsi müşahidə olunur.
Xlamidioz - əsasən, xroniki formada inkişaf edən, geniş yayılmış infeksiyalardan biridir. Bu çox zaman az çəkili uşağın doğulmasına, ürək qüsurlarına, ürək-damar sisteminin fəaliyyətinin pozulmasına səbəb olur. Ona görə də hamiləlik planlaşdıran hər bir ana və gələcək ata analiz verməli və əgər lazım gələrsə müalicə tətbiq olunmalıdır.
Trixomonaz - əsasən düşüklərə səbəb olur.
Mikoplazmoz və ureaplazma - Ureaplazma plasentar baryeri keçə bilmədiyi üçün heç bir təsir göstərə bilmir,ancaq doğuş zamanı 50% hallarda körpə yoluxa bilər. Mikoplazma üçün isə plasenta baryer rolunu oynaya bilmədiyi üçün bu embrionun infeksiyalaşmasına gətirib çıxarır. Hər iki infeksiyanı hamiləliyin 20-ci həftəsindən başlayaraq, müalicə edirlər.
Profilaktika Əgər siz gələcək övladınızı tam sağlam şəkildə dünyaya gətirmək istəyirsizsə, onda hamiləliyi planlaşdırmadan öncə butun müayinə və müalicə prosedurlarından keçməlisiz. Doqquz ay boyunca akuşer-qinekoloqun nəzarəti altında sağlam hamiləlik keçirdin. Bundan başqa kompleks vitaminlər qəbul etməli, ağır işlərdən özünüzü təcrid etməlisiz, qripp və əksər infeksiyalar hava-damcı yolu ilə ötürüldüyündən,əhalinin çox olduğu ictimai yerlərdən uzaq olmanız məsləhət görülür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1408   Tarix: 13 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy makiyajlari donlar 2026 kosmetika mehsullari sifahi xalq edebiyyati haqqinda arıqlamaq duzlu xəmir işləri yay geyim 2026 kosmetika gozellik porno tapmaca novruza aid səməd vurğun