16 yaşlı oğlan enerji içkisindən öldü - FOTO
Türkiyədə yeniyetmə enerji içkisindən ölüb.
Milli.Az xəbər verir ki, İzmirin Bostanlı sahilində keçirilən Hellouin şənliyində 16 yaşlı Alp Sirek enerji içkisini və alkoqollu içkini qarışdıraraq içib. Halı pisləşən gənc yaxınlarının yardımı ilə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Bu faciəvi hadisə, enerji içkiləri və alkoqolun qarışımının nə qədər təhlükəli ola biləcəyini bir daha gündəmə gətirib.
Enerji içkiləri içərisindəki yüksək miqdarda kafein, taurin və şəkər kimi maddələr sayəsində fiziki və zehni performansı artırmaq məqsədilə istehlak edilir. Lakin mütəxəssislər bu içkilərin xüsusilə alkoqol ilə birləşdirildikdə ciddi sağlamlıq risklərinə səbəb olduğunu bildirir. Yüksək kafein, xüsusən də gənclərin ürək sağlamlığını təhdid edərək ani ürək dayanması, böyrək çatışmazlığı və digər həyati təhlükəli hallar yarada bilər.
İsmayıl
Milli.Az









Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi