Hamiləliyin ilk həftəsi

Hamiləliyin ilk həftəsiBeləliklə, ilk həftə… Əlbəttə, bu, hələ hamiləlik deyil, çünki sizdə növbəti menstrual qanaxma var. Lakin istəsəniz də, istəməsəniz də, orqanizminiz yenidən mümkün analığa hazırlaşır. Artıq mərkəzi sinir sisteminiz aktiv şəkildə hormonal zəmin hazırlayır. Yenidənqurmanın məqsədi – 300000(!) yumurta hüceyrəsindən birini tədricən mayalanmaya hazırlamaqdır. Buna orta hesabla iki həftəyə yaxın vaxt gedir. Ona görə də həftəni ilk adlandırırıq: axı sizin gələcək övladınızın ilkinliyi məhz indi formalaşır!

Sizin orqanizminiz üçün bu adi işdir (diqqət edin – bu, ilk aybaşıdan başlanır və hər ay təkrar olunur, ta bu günə kimi). Ümid edək ki, bu dəfə də orqanizminiz bu işin öhdəsindən gələcəkdir. Belə vacib anda orqanizminizə necə yardım edəcəyiniz barədə danışmaq yerinə düşər.

Müasir tibbdə «Perikonsepsion profilaktika» deyilən anlayış var. Bu çətin tələffüz olunan söz birləşməsi bütöv bir tədbirlər sistemini ifadə edir ki, bunların da vəzifəsi cinsiyyət hüceyrələri və döl üçün yararlı şərait yaratmaqdır.

Yaxşı olar ki, belə tədbirlərə hamiləlik planlaşdırılmamışdan 3 4 ay əvvəl (bəzən, daha tez) başlanılsın. Bu halda mütəxəssis sizin daha artıq fərdi xüsusiyyətlərinizi nəzərə alar və məsləhət edilən profilaktik tədbirlərin effekti xeyli yüksək olar.

Əgər siz bunu əvvəl etməmisinizsə, elə indi başlayın. Bir neçə ümumi məsləhət:

Həyat tərzinizi maksimal dərəcədə sağlamlaşdırın – alkoqoldan və tütündən imtina etsəniz yaxşıdır. Nəzərə alın ki, döl üçün siqaretin passiv tüstüsü belə ziyanlıdır (ona görə də evinizdə, ətrafınızda siqaret çəkilməsinə icazə verməyin).

Hamiləliyin qarşısını alan həblər döl üçün təhlükəlidir, odur ki, bu həblərdən təcili imtina edin. Həkimin sizə təyin etdiyi dərmanların yumurta hüceyrələrinə və dölə nə kimi təsir göstərə biləcəyini onunla müzakirə edin.

Müalicə həkiminizin məlumatları hər hansı bir səbəbdən sizi qane etməsə, tibbi –genetik məsləhətxanaya (işləri ilə bağlı burada dərmanların dölə təsiri barədə məlumatlar toplanır) müraciət edin. Həkimin təyinatı olmadan heç bir dərman qəbul etməyin. Hamiləliyinizin sonuna qədər bu tövsiyələr aktuallığını saxlayır.

Rentgenoloji yoxlamalara - xüsusən qarın və çanaq nahiyələrində çox ehtiyatla yanaşılmalıdır.

Sağlamlığınızın qayğısına qalın, insanların sıx olduğu yerlərdə nə qədər az olsanız, infeksion xəstəliklərə yoluxma ehtimalı (məsələn, məxmərək və ya KRX) bir o qədər aşağı olar. Bu infeksiyalar döl üçün çox təhlükəlidir. Avtomagistrallardan uzaq park və xiyabanlarda gəzintiyə çıxmaq faydalıdır. Ailə üzvlərindən zökəm olanı varsa, tənzif maska taxmasını tələb edin və özünüz də maskadan istifadə edin. Burun dəliklərinizə interferon damızdırmaq və ya oksolin mazı çəkmək məsləhətdir, rasionunuzdan isə soğan və sarımsağı əskik etməyin. Bu tədbirlər döl üçün təhlükəsizdir.

Yalnız müsbət emosiyalar almağa çalışın. Siz məsul məsələ qarşısındasınız və digər məsələlər sizin üçün o qədər də əhəmiyyətli deyil. Şübhəsiz, stresin gələcək övladınıza yalnız ziyanı dəyə bilər.

Əgər işləyir və ya oxuyursunuzsa, fəaliyyət sahənizi döl üçün yarana biləcək təhlükə baxımından diqqətə alın (radiasiya, elektromaqnit təsiri, dərman və digər kimyəvi məhsullar). Sizin üçün aydın olmayan məsələləri mütəxəssislə müzakirə edin (bax:2 ci həftə).

Bu dövr ev heyvanları əldə etmək üçün münasib deyil.

Pişiklərin çoxu toksoplazmoza yoluxur. Hamilə qadının orqanizminə ilk dəfə düşən bu mikrob öncə anada xəstəlik, həmçinin dölün orqan və toxumalarında genetik qüsur və digər fəsadlar yarada bilər. Əgər pişik sizin evdə xeyli vaxt yaşayırsa, ola bilsin ki, siz bu xəstəlikdən təbii müdafiəyə maliksiniz. Əmin olmaq üçün qanınızın xüsusi müdafiə anticisminin səviyyəsini yoxlatdıra bilərsiniz (harada və necə – bunu həkiminiz deyə bilər). Ev heyvanınızı da veterinar müayinəsindən keçirməniz düzgün olardı. Ən yaxşı halda belə pişiyinizin tualeti ilə siz deyil, ailə üzvləriniz məşğul olmalıdır. Pişiyinizi çiy ətlə yemləməyin, o, ovladığı siçan, siçovul və quşlarla bu ehtiyacını təmin edə bilər. Ev heyvanınızın küçədəki həmcinsləri ilə münasibəti də arzuolunmazdır.

İtlərdə isə insanları yoluxduracaq xəstəliklər çox deyil. Dördayaqlı dostunuzu diqqətlə izləsəniz, bir çox təhlükədən qaça bilərsiniz.İtinizi vaxtında və düzgün peyvənd etdirin(xüsusən, quduzluq və leuptospirozdan), qida, gəzinti, əlaqə və digər «servis» barədə tövsiyələr pişiklərdə olduğu kimidir.

Hamilə qadınlar üçün büdcənizə uyğun multivitamin preparatları əldə edin və hər gün qəbul edin. «Materna» və ya «Prenatal» məsləhətdir. Ümumiyyətlə, belə preparatlar çoxdur ( ən dəbdəbəlisi vitamin və mikroelementlərin ideal tərkibi ilə, həmçinin yüksək qiyməti ilə fərqlənir). Ən vacibi isə – belə preparatın tərkibində 0,4 milliqqamdan az fol turşusu olmamalıdır. Məhz bu vitamin mayalanmadan üç ay əvvəl qəbul edilərsə, döl hamiləliyin ilk 12 həftəsində bir çox anadangəlmə qüsurlardan mühafizə oluna bilər.

Hamilə qadınların qidalanması barədə təqvimdəki məqaləni və gələcək analar üçün kitablardakı yazıları diqqətlə oxuyun. Dietanın vacib müddəalarına əməl etməyə elə indidən başlayın, vacib inqridientlər və zəngin qidadan yetərincə istifadə olunması gələcək körpənizin normal inkişafına zəmanətdir.

Elə indidən tünd qəhvə və çayı azaldın, həmçinin şokolad və koladan istifadəyə məhdudiyyət qoyun (bu, döl üçün təhlükəsiz deyil).

Planlaşdırdığınız hamiləliyin 4 6 cı həftəsi baharın sonu, yayın əvvəllərinə təsadüf edərsə, bu müddətdə qidanızda qışdanqalma kartofdan mümkün qədər az istifadə edin. Bir çox milli mətbəxin bu əsas nümayəndəsindən 1,5 2 ay istifadə etməmək sizin üçün qeyri –mümkündürsə, qabığını qalın soyun və xeyli bişirin. Bununla da dölü bir çox anadangəlmə qüsurlardan qorumuş olacaqsınız.

Mütəxəssis müayinəsindən keçməyi ləngitməyin. Əgər səhhətinizdə hər hansı bir problem varsa (məsələn, xroniki, o cümlədən infeksion xəstəliklər), həkim nə vaxt və necə müalicə olunmağınızı anladacaq. Təbii ki, bu xəstəliklərin və onların müalicə üsullarının döl üçün nə dərəcədə təhlükəli ola biləcəyi nəzərə alınmalıdır.

İndiki halda sağlamlığınız sizi narahat etmirsə də, həkim müayinəsi artıqlıq etməz (sizin anamneziniz araşdırıldıqda tibbi müayinəyə əsas verən bəzi səbəblər üzə çıxa bilər). Mütləq həkim – genetiki ziyarət edin (əgər əvvəllər onun yanında olmamısınızsa). Bu tövsiyələrə hamiləlik boyu əməl etmək lazımdır, ilk 12 həftə ərzində daha vacibdir.

Beləliklə, yolunuz açıq olsun!

Gələcək uşaq.

Hələlik sizin körpəniz daha çox ideyadır, nəinki real orqanizm. Onun ilkin obrazı (daha doğrusu, yarımobrazı) – «beşiyin»də - yumurtalıqda yerləşmiş minlərlə yumurta hüceyrələrindən biri- ilkinin o biri yarısı (ata) -yetişmiş spermatozoidə çevrilməyə (bu, təxminən iki həftədən sonra baş verəcək) macal tapmayıb. Gözləyirik.

Bu, gələcək övladınızın 100 trilion hüceyrədən ibarət yumurta hüceyrəsidir.

Hamiləliyin ilk həftəsiGözəldir, elə deyilmi?

Ailə və Uşaq     Baxılıb: 4777   Tarix: 28 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

turlar.az

geyim şəkilləri hamiləlik qaşların formalari yuxuyozmalar mütləq bilməlisiniz ancelina colinin sekilleri ari mehsullari kosmetika rus dilini öyrənək 2 ci dərs veten sağlıq toy gecesı gunay