Hansı bürc altında doğulanlara xoruz ili düşərli olacaq? - ASTROLOQ

Hansı bürc altında doğulanlara xoruz ili düşərli olacaq? - ASTROLOQAstroloq Səbuhi Rəhimli ilə müsahibəni təqdim edirik

– 2017-ci ilin Xoruzu hansı rəngdə və xarakterdədir?

– Yeni Xoruz ili od ünsürlü və qırmızı rənglidir. Xoruz ilində pul qazanmaq, büdcəni rahat şəraitdə artırmaq olduqca çətindir. Bu dövrdə çoxları karyera zirvəsindən sürətlə aşağı düşür, nəticədə isə bəzən qarşıdurma meylləri də güclənir. Aşağılarla yuxarılar arasında mövcud olan sədd yırtılır. Belə hallar da xaosun meydan sulamasına rəvac verir. Hərbi sahələrdə baş verən neqativ hallar daha qabarıq şəkil alır. Qanunlar lazımi səviyyədə işləmir və ya onlara riayət olunmur. Bu illərdə pul və imkandan daha çox ağıl və analiz üstün olur. Yalnız böyük təcrübə sahibləri, taktikalı və zamanın nəbzini tutanlar qalib gəlir.

– Meymun ili ağır keçdi, gözlənilməz hadisələr, sürprizlər, həm də xoşagəlməz sürprizlərlə keçdi, meymun bizi oynatdı. Bəs xoruzdan nə gözləyək?

– Meymun illərində hədəflər məlum deyil, hətta məlum olsa da, gizli saxlanılır. Onun oyun qaydaları üzdən mülayim, sadə görünsə də, əslində təhlükəli və amansızdır. Meymun xəyanətə meyllidir, münaqişə yaratmaq, yalanlarla idarə etmək, gözləmədiyin yerdən vurmaq onun peşəsidir. Təcrübə göstərir ki, bu illərdə şər xeyri üstələyir, maddi resurslar mənəvi dəyərləri arxa plana keçirir, günahsız insanlar əziyyət çəkir, hətta ölür. Dünyanın yenidən bölüşdürülməsi, yeni quruluşların yaradılması və böyük müharibələrin gedişatındakı dəyişikliklərin böyük əksəriyyəti Meymun ilinə təsadüf edir…

Xoruz ilində isə vəziyyət bir qədər fərqli, açıq və kəskin formada təzahür edir. Bu vaxta qədər heç bir Xoruz ili sakit və sülh şəraitində keçməyib: daima narahatlıqlar, kütləvi etirazlar, siyasi çaxnaşmalar, məhəlli münaqişələr, çevrilişlər, sui-qəsdlər olub. Bu illərdə yeni-yeni liderlərin pərvəriş tapması, situasiyaların öz məcrasından çıxması, ictimai enerjinin gənclər üzərində cəmləşməsi həmişə labüd olub. Xoruz təcavüzkar ildir. Kimdənsə mərhəmət gözləmək, ədalətin qələbə çalacağına inam bəsləmək boş xülyadır. Məqsədə çatmaq üçün bütün cəbhələrdə, sərt şəkildə mübarizə aparmaq lazımdır. Sükanı əldən buraxmaq, yaxud da kiməsə etibar etmək təhlükəli sonluqla bitə bilər. Hər kəs öz hüququnu bilməli, öz haqqını bütün instansiyalarda tələb etməlidir.

– 2017-ci il necə keçəcək, nə gözləyək, nələr baş verəcək?

– Xoruz ili Meymun ilinin kəskin davamıdır. Necə deyərlər, Meymunun yaratdığı problemləri məhz Xoruz həll etməyə çalışır. Lakin yeni ilin himayədarı oyun sevmir, qətiyyətli, sərt və səbrsizdir, qarşıda duran problemləri nəyin bahasına olursa-olsun, qısa müddətdə həll etməyə çalışır. İlin ilk yarısı bitməmiş bulanıq sular durulmayacaq.

– Xoruz ilində doğulanların digərlərindən üstünlükləri olacaqmı?

– Hər halda bu ildə doğulanlar öz meydanında oynayan idmançı təsiri bağışlayacaqlar. Yəni mühit və situasiyaları çoxlarından daha yaxşı anlayacaqlar, həmçinin şanslı və enerjili olacaqlar.

– Hansı bürc altında doğulanlara xoruz ili düşərli olacaq?

– Düşərli-düşərsiz məsələsi ilk növbədə hər bir fərdin öz davranış və düşüncələrindən asılıdır. Bunun üçün sadəcə olaraq, ilin xarakteri barədə əvvəldə dediklərimi yadda saxlamaq lazımdır. Çünki hər bir zodiak ilinin öz oyun qaydaları, ənənəsi, sərt qanunları olur, əvvəl onları bilib riayət etmək lazımdır. Ümumi astroloji göstəricilərə görə isə Xoruz ilində Buğa, Qız, Oğlaq, Əkizlər, Tərəzi və Sutökən bürcləri digərlərindən daha aktiv və şanslı olacaqlar.

– Bu il bürclər dəyişdi, 13-cü bürc əlavə olundu. Bu məsələyə münasibətiniz necədir? 13 bürc niyə və necə yarandı? Bunun xoruz ilinə necə təsiri olacaq?

– İlk növbədə deyim ki, zaman-zaman bu məsələ gündəmə gətirilib insanlarda çaşqınlıq yaradılırdı. Lakin 2001-ci ildə Almaniyada astrofiziklərin, elm adamlarının, eləcə də astroloqların iştirakı ilə toplantı keçirildi və məsələyə nöqtə qoyuldu. Hətta bu olmasaydı belə, 13-cü bürc iddiası sübutu olmayan bir fikirdir. Dünya astrofiziklərinin yekdil qəbul etdiyi qənaətə görə, Göy sferasında 88 bürc mövcuddur. Günəş il ərzində onların 12-nin episentrindən keçir, yaz gecə-gündüz bərabərliyində Qoç bürcündən start götürüb, Balıqlar bürcündə dövrünü tamamlayır. Lakin Günəş daha 8 (Qartal, Tülkü, Lira, Herkules, Ox, Şimal Tacı və s.) bürcün müəyyən "sərhədlərini" də keçir ki, bu da çox az faiz təşkil edir. Mübahisəyə səbəb olan və kifayət qədər elmi əsaslandırmaya söykənməyən "13-cü bürc" İlandaşıyan adlanır. Günəş bəhs etdiyim 8 bürcün içində bu bürcdən nisbətən çox keçir, təxminən 7 faiz. Bu faiz göstəricisinin azlığı, həmçinin episentrdən uzaqlığı deməyə əsas verir ki, İlandaşıyan Zodiak bürclərinə aid deyil. Zaman-zaman astronomlar, astrofiziklər astrologiyanı təkzib etmək üçün bu hiylədən yararlanmağa çalışıblar. Amma öz hesablamalarında bu günə qədər "Günəş İlandaşıyan bürcündədir" deməyiblər. Çünki elmi əsası yoxdur. Elm də təkzibolunmaz bir fikirdə dayanıb: Günəş 12 bürcdən keçir.

– İnsan doğulanda kosmik fəzanın hansı bucaq altında olmasının elmi izahı varmı? Bunun insan xarakterinə nə dərəcədə təsiri var?

– Elə əsl astrologiyanın mahiyyəti də budur. İnsanlarımız bu istiqamətdə maariflənmədiyi üçün belə şeylərə o qədər də maraq göstərmirlər, onları yalnız proqnozlar və xarakteristika ilgiləndirir. Bu vaxta qədər dediyiniz sualları dolğun şəkildə cavablayan kitablar da yazmışam, lakin çox aşağı səviyyədə satılıb. Proqnoz kitablarım isə demək olar ki, geri qayıtmır. Cəmiyyətimizdə bir şeyi öyrənməyə həvəs göstərmək, enerji itirməkdənsə inkarçı mövqedə durmağı üstün tuturlar. Mediada yazılan "ulduz falı" ifadəsi də məqsədyönlü şəkildə ifadə edilir.

Qısaca deyim ki, Yerlə Göy vəhdətdədir, biri digərinə bağlıdır, Kainat makro-kosmos, insan isə mikro-kosmosdur. Göy cisimlərinin Yerə, insanlara, hətta hadisələrə təsirini təkzib etmək ya savadsızlıqdan irəli gəlir, ya qərəzdən, ya da materialist dünyagörüşünün ateistləşmiş nəticəsindən. İnsanın astroloji portreti məhz doğum məqamında mövcud olan planetar quruluşa nəzərən tərtib edilir. Astrologiya insanın formalaşmasında, ətrafa münasibətində, yaşam tərzində minimum 30 faiz rol oynayır.

– Xoşbəxt günlərini sizinlə məsləhətləşərək təyin edən olubmu? Çünki bir çox ölkələrdə insanlar məhz astroloqlarla məsləhətləşərək mühüm addım atırlar.

– Xoşbəxt günlər deyəndə yəqin ki, toy gününü nəzərdə tutursunuz. Əvvəla, sualınızdan belə çıxdı ki, mən oturub müştəri-filan qəbul edirəm. Əsla! Mən mətbuatda çalışan yaradıcı adamam. Olsa-olsa yaxın dostlarıma müəyyən tövsiyələrimi verirəm. Astrologiya pul qazanmaq və fərdlərə vaxt itirmək sahəsi deyil. İnsanlarımızın böyük əksəriyyəti anlamır ki, bir nəfər üçün qoroskop xəritəsi hazırlamaq üçün azı bir həftə vaxt gedir. Bir nəfərə belə xəritə hazırlamaq o adam haqqında mini elmi iş hazırlamaq deməkdir. Bizdə isə o qədər şarlatan falçı və görücü yanında olublar ki, elə bilirlər, astroloqlar da bədahətən fikir söyləyən "vergili" insanlardır. Öz aramızdır, bir nəfər üçün qoroskop hazırlamaqdansa, oturub maarifləndirici bir məqalə yazaram və minlərlə insan ondan bəhrələnər.

– Elə götürək qardaş və qonşu Türkiyəni. Məşhur insanlar bütün addımlarını astroloqlarla məsləhətləşərək atırlar. Bizdə belə məşhurlar varmı?

– Astrologiya həmişə öz gücündə qalıb, hətta dini hakimiyyətlərdə də, sovet dönəmində də. Sadəcə, bu sahə kütləvilik üçün nəzərdə tutulmayıb, gizli elmlər silsiləsinə aiddir deyə çox qabartmaq olmaz. Onsuz da insanlar da tam qavramır, yuxarıda dediyim kimi onları elmi məqalələr, kitablar deyil, ancaq ümidverici proqnozlar maraqlandırır. Mənə o cür müraciət olunarsa, deyərəm sizcə? O adamlar deyir ki, reklam xarakterli olsun və müştəriləri artsın. Müştəri ilə işləməyən adamlar belə sualları cavabsız qoyurlar.

– Xoruz ilində Azərbaycanı xalq və ölkə olaraq nələr gözləyir?

– İlin ilk iki ayı olduqca ağır keçəcək. Gələn ildən etibarən sosial islahatlar aparılmasa, müəyyən fəsadlar baş verə bilər. Düşünürəm ki, islahatlar olacaq.(ailəm.az)

Xəbərlər     Baxılıb: 7085   Tarix: 31 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Demans riskini azaltmaq üçün ideal yuxu müddəti

Alimlərin fikrincə, demans riskini azaltmaq üçün ideal yuxu müddəti gecə yeddi-səkkiz saatdır. xəbər verir ki, yuxu çatışmazlığı uzun müddətdir ki, demensiya riskini artırır. Yeni tədqiqatlar göstərir ki, bu, sonrakı həyatd

.

Hamı onu ATIR: Çiyələyin bu hissəsi də yeməlidir

Çiyələyin yaşıl hissəsi, yəni çanaq yarpaqları və saplağı qida üçün yararlıdır və zəhərli deyil. Onların tərkibində antioksidantlar və C vitamini mövcuddur. Lakin bu hissənin dadı bir qədər acı olduğuna görə hər kəs tərəfində

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı

"Uzunmüddətli öskürək də risk əlaməti ola bilər". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərinə görə, bir ayda

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu

Bağırsaq sağlamlığı təkcə həzm sistemi üçün deyil, həm də immunitet, enerji səviyyəsi və hətta psixi vəziyyətimiz üçün həlledici rol oynayır. Elm sübut edir ki, bağırsaq mikrobiomumuzu (orada yaşayan faydalı bakteriya v

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

turlar.az

geyim seçimi sac duzumleri kosmetika mehsullari kivi murebbesi dekorasiya psixoloji məsləhətlər fantaziya kosmetika şəhid ariqla vətən vətən həsrəti hakiwda