Hansı idmandan əvvəl nə yemək lazımdır?

Hansı idmandan əvvəl nə yemək lazımdır?Qaçışdan əvvəl karbohidratlı, güc məşqlərindən əvvəl proteinli qidalar məsləhətdir, yüksək intensivlikli məşqdən əvvəl isə, ümumiyyətlə, heç nə yeməmək daha yaxşıdır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə amerikalı diyetoloq Lesli Bonçi deyib müxtəlif növ məşqlərdən əvvəl istehlak qaydaları barədə danışarkən bildirib.
Diyetoloqun sözlərinə görə, ümumiyyətlə, dolu mədə ilə idman etmək reflüks, hıçqırıq və ürəkbulanma kimi bəzi narahatlıqlara səbəb ola bilər:
"Bununla belə, məşqdən əvvəl, ümumiyyətlə, yemək yeməmək də məsləhət görülmür - bu, məşqləri yerinə yetirmək üçün lazım olan enerji ehtiyatlarının sürətlə tükənməsinə səbəb ola bilər. Qaçış kimi kardio məşqlərindən əvvəl karbohidratlarla zəngin kiçik qəlyanaltılar yemək məsləhətdir. Bunlara müsli batonları və səhər yeməyi üçün quru taxıl sıyıqları daxildir. Məşqdən qısa müddət əvvəl banan da yemək olar".
Güc təlimini daha effektiv yerinə yetirmək üçün isə mütəxəssis başqa bir komponentin - proteinin tələb olunduğunu bildirib.
"Çox böyük porsiya məsləhət görülmür - səkkiz unsiya (200 qramdan bir az çox) qatıq əzələ böyüməsini stimullaşdırmaq üçün kifayət edər", - deyə o əlavə edib.
Bonçi üzgüçülərə bir yeməkdə həm zülal, həm də karbohidrat qəbul etməyi məsləhət görür.
"Yaxşı seçim, iki yumurta və bir az pendirlə kiçik bir sendviçdir".
Mütəxəssis yüksəkintensivlikli intervallı məşqdən əvvəl (bu məşqə qaçış, press, tullanma və s. kimi müxtəlif məşqlər daxil ola bilər) isə heç nə yeməməyi məsləhət görür. Onun sözlərinə görə, bu, məşq zamanı ağırlıq və ürəkbulanma hisslərinin qarşısını almağa kömək edəcək.
Milli.Az

Xəbərlər     Baxılıb: 1400   Tarix: 20 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

.

Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun

Əllərdə gün ərzində davam edən ağrı və sərtlik oynaqların aşınması (osteoartrit) xəstəliyinin əlaməti ola bilər. Bu xəstəlik oynaqları qoruyan qığırdağın zamanla nazilməsi və aşınması nəticəsində yaranır. xəbər verir ki

.

Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma

Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər. xəbər verir ki, araşdırma zamanı son 45 i

.

Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin

Diyetoloq Andrea Matis təyyarədə uçuş zamanı bəzi içkilərdən uzaq durmağı tövsiyə edib. bildirir ki, bu barədə "Infobae" məlumat yayıb. Mütəxəssisin sözlərinə görə, alkoqol, qəhvə, çay və enerji içkiləri susuzluğ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət

Yay mövsümündə uzun avtomobil səfərləri zamanı uşaqlarda ürəkbulanma və qusma halları tez-tez müşahidə olunur. xəbər verir ki, pediatr Jül Fujer bunun beynin gözlərdən və bədənin hərəkətindən gələn siqnallar arasındakı uyğunsuzluqda

.

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının "arıqlamağa kömək edir", "piy yandırır", "yağları əridir", "bədən çəkisini azaltmağa kömək edir" və digər bu kimi ifadələrl

.

"Ən çətin məqam diaqnozu ilk dəfə deməkdir" - MÜSAHİBƏ

Xərçəng haqqında çox danışırıq. Statistikalardan, müalicələrdən, dərmanlardan. Amma bu xəstəliyin arxasında dayanan insanlardan, onların qorxularından, ümidlərindən, yanlış bildiklərindən daha az danışırıq. Elə buna gör

.

Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida

Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikalar

.

Keçməyən öskürəyin səbəbi nədir?

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

qaşların formalari gözəllik məhsulları qadin dunyasi kekslər yeni dogulmus korpeye lazim olan esyalar badımcan yeməyi tərəvəzlər kosmetika rus dili rus dili 2ci ders xanim az aslan vetene aid bayatilar