Hansı insanlar xərçəngə daha çox tutulur?

Hansı insanlar xərçəngə daha çox tutulur?Ekspertlərin fikrincə, xərçəng xəstəliyinə müxtəlif amillər, o cümlədən insanların psixoloji xüsusiyyətləri, dəyər sistemi və həyata ümumi münasibət səbəb ola bilər. 
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mənfi emosiyalar, həddindən artıq narahatlıqlar, stress və mənfi münasibət xəstəliyin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.
Bədəndə xərçəng hüceyrələrinin yaranmasının dəqiq səbəbləri hələ də aydın olmasa da, xroniki stress, uzun müddətli iltihab, düzgün olmayan qidalanma və genetik meyl kimi amillərin bu xəstəliyin inkişaf riskini artırdığı bilinir.
Həkimlər xərçəng qorxusunun onun baş verməsinin katalizatoruna çevrilə biləcəyi fikrini təsdiqləyir və insanları orqanizmdə mümkün problem sahələrini müəyyən etmək üçün mütəmadi olaraq tibbi müayinədən keçməyə çağırır.
Onların sözlərinə görə, xəstəlikdən qorxmaq lazım deyil, çünki bu, yalnız neyrotransmitterlərin və ya hormonların qan dövranı sisteminə buraxılmasını stimullaşdırır ki, bu da orqanizmin fəaliyyətini pozar və nəticədə bu və ya digər xəstəliyin inkişafına səbəb ola bilər.
Xərçəngin inkişafı ilə bağlı narahatlığınız varsa, müntəzəm müayinələrdən keçmək daha müdrikdir.
Həkimlər iddia edir ki, müsbət emosiyalardan həzz alan və dünyanı nikbinliklə qəbul edən açıq insanlar qapalı, aqressiv və həyatından narazı olanlarla müqayisədə xəstəliklərə daha az rast gəlirlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1490   Tarix: 30 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

turlar.az

geyim dəbləri həkim məsləhəti makiyaj instagram hicablar faydalı qidalar ariqlamaq ucun yasil cay virtual dərslər kosmetika novruz bayramına aid hakışda cinsi xocali tanisliq vətənə aid bayatı