Hansı qida məhsulları beyinin işini zəiflədir? - SİYAHI
Məşhur rusiyalı dietoloq Yelena Solomatina beyinin işini əngəlləyən qida məhsullarının adlarını açıqlayıb.
"Rossiyskaya qazeta" yazır ki, mütəxəssisin sözlərinə görə, yarımfabrikatlar, marqarin, ucuz şirniyyat və mayonez zehni fəaliyyətə yalnız zərər yetirə bilər.
Belə ki, bu məhsulların tərkibində olan transyağlar hüceyrə membranına mənfi təsir göstərir və onu sərtləşdirir.
Eyni zamanda, sürətlə mənimsənilən karbohidratlar mərkəzi sinir sisteminin işini ləngidir. Bunlara makaron, çörək və digər un məhsulları aiddir. Belə qidaların zərəri onların tərkibində beyin damarlarını zədələyən qlükozanın mövcudluğu ilə izah olunur.
Beyini tonusda saxlamaq üçün çox duzlu qidalardan da uzaq durmaq lazımdır - duzlu balıq, kolbasa, şorabalar zehni əməyə yalnız ziyan vura bilər. Orqanizmdə duzun izafi miqdarı beyinin lazımınca qidalanmasına mane olur.
Bununla birlikdə, dietoloq beyinin işinə faydalı qida məhsullarını da sadalayıb. Bunlar yağlı balıq, paxlalı bitkilər (noxud, lobya və s.), treska qaraciyəri, qarabaşaq və digər dənəvər yarmalar, turş süd məhsulları, qoz və fındıqdır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi