Hansı quru meyvə DAHA FAYDALIDIR?

Hansı quru meyvə DAHA FAYDALIDIR?Meyvələr təbii və sənaye üsulla qurudulur. Satışda daha çox sənaye üsulu ilə qurudulmuş meyvələrə rast gəlirik. Təəssüf ki, bəzi işbazlar daha cazibəli görünmək üçün meyvə qurularının üzərinə kimyəvi maddələr vururlar.
Milli.Az lent.az-a istinadən bildirir ki, qida mütəxəssisi Məhsəti Hüseynovanın dediyinə görə, həmin maddələr bir çox hallarda təhlükə mənbəyi ola bilər: "Meyvələrın həddindən artıq parlaq və şəffaf görünməsi üçün onlara qida üçün nəzərdə tutulmayan yağlar vurulur. Bəzən rəngini qorumaq üçün qida boyaları adı altında sintetik boyalardan istifadə edirlər. Uzun müddət yararlı olmasını təmin etmək üçün həm qliserin, həm də palma yağından istifadə edirlər. Ona görə də iy və qoxusunun çəkilməsi, formasının dəyişilməməsi üçün bir çox kimyəvi maddələr qatılır".
Kimyəvi maddələr isə həzm prosesini pozur, bağırsaqlarda yığılıb qalaraq bir çox xəstəliklərə səbəb olur. Meyvə quruları ilə yanaşı, çərəzlərin də açıq şəraitdə satışı və alışı düzgün deyil: "Çünki onların tərkibində uçucu faydalı yağlar var. Onların qabığı qırılıb uzun müddət açıq ləpə şəklində satılırsa, həmin faydalı elementlər uçur. Lakin qabıqdan qırılıb yeyilməsi orqanizm üçün çox faydalı olur. Paketlərdə qarışıq çərəzlər şəklində satılması isə ümumiyyətlə, tövsiyə olunmur, çünki kişmiş, qoz, fındıq və başqaları fərqli struktura malik olan quru meyvələrin bir-birinə qarışmaması üçün fərqli kimyəvi maddələr əlavə olunur və onlar sağlamlıq üçün zərərlidir. Eyni zamanda qovurulmur, duzlanmır və yaxud hər hansı bir dadlandırıcı əlavə olunmuş quru meyvələr də orqanizmin sağlamlığı üçün olduqca zərərlidir", - deyə həmsöhbətimiz bildirib.
Təbii yolla qurudulan meyvələr az parlaq olsa da, daha faydalıdır. Lakin meyvələri ev şəraitində qurudarkən mütləq saxlanılma qaydasına xüsusi diqqət yetirməli və qurudulan zaman qətiyyən çürük və əzik meyvələrdən istifadə edilməməlidir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1132   Tarix: 04 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim və ayaqqabılar kosmetik vasiteler toy makiyajlari yaz salatlari atalar sozleri ana haqqinda vetene aid bayatilar necə tez arıqlayım kosmetika novruz hakisdalari balıq şəhid rus dilini öyrənək yumurta