Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?
Soğan ən faydalı tərəvəzlərdən biri sayılır. Soğanın bir çox növləri var.
Bazarlarda ağ, sarı və qırmızı soğan satılır. Görəsən, bunlardan hansı ən faydalıdır?
Kanada alimlərinin araşdırmaları göstərib ki, bütün soğan növləri arasında qırmızı soğan ən faydalı xüsusiyyətlərə malikdir. Araşdırmanın nəticələri nüfuzlu Food Research International jurnalında dərc olunub.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, qırmızı soğanın tərkibində olan kversetin və antosian antioksidantlarının damarları möhkəmləndirmək və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaltmaq xüsusiyyətləri vardır.
Kversetin və antosian maddələri orqanizmdə gedən qocalma proseslərini ləngidir, sərbəst radikalların orqanizmə olan dağıdıcı təsirini azaldır, orqanizmi köhnə hüceyrələrdən təmizləyir.
Digər soğan növləri ilə müqayisədə qırmızı soğan daha güclü xərçəng əleyhinə təsirə malikdir.
Həmçinin qırmızı soğan insan immunitetini daha yaxşı stimullaşdırır.
Faydalı xüsusiyyətlərə görə ikinci yerdə sarı, 3-cü yerdə isə ağ soğandır. Ağ soğanın çox yumşaq və xoş dadı var ki, onu salatlara əlavə etmək yaxşıdır.
Milli.Az /news.milli.az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
"Qayınanadan heç vaxt ana olmaz!" - Əməkdar artist
Ramazan ayında nə yemək olmaz? - AQTA
Mənə pislik edənlərin hamısı bu gün yanımdadırlar' - Sərxan
Ağzından horra tökülən zırramaların qonağı olmaq istəmirik' - Murad Arif
"Reytinq xatirinə səviyyəni aşağı salmısınız, sənətkar niyə gəlsin?
Yeraltı'nda başlayan eşq
Günay ad gününü Parisdə keçirtdi - Fotolar
Bu balıq qan şəkərinin stabilləşdirilməsində ən faydalısıdır
Darçın və sarıkökün təhlükəsi barədə xəbərdarlıq