Hansı ürək-damar xəstələrinə oruc tutmaq tövsiyə olunmur?

Hansı ürək-damar xəstələrinə oruc tutmaq tövsiyə olunmur?Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu ürək-damar xəstəlikləri olan şəxslərə müraciət edib.
Milli.Az institutun feysbuk səhifəsinə istinadən xəbər verir ki, müraciətdə həmin xəstələrin oruc tutmaqla əlaqədar olaraq kardioloqla məsləhətləşməsi, oruc tutulmasına icazə verildiyi halda isə dərmanları hansı qaydada qəbul edəcəklərini bilmələrinin vacibliyi qeyd olunub.
Müraciətdə, həmçinin hansı ürək-damar xəstələrinin oruc tutmasının tövsiyə olunmadığı da əksini tapıb. Həmin xəstələr aşağıdakılardır:
Sinə ağrısı, nəfəs darlığı kimi ürək-damar xəstəlikləri ilə bağlı davam edən şikayətləri olanlar;
İnkişaf etmiş ürək çatışmazlığı olan xəstələr;
Xüsusilə, yay dövründə yüksək dozada diaretik qəbul edən xəstələrin oruc tutması əlverişsizdir.
Son 6 ayda infarkt keçirənlər;
Ürək xəstəliyi səbəbi ilə sinə ağrısı olanlar;
Son 6 ayda balon, stent və ya bypass əməliyyatı keçirənlər;
Nəzarət olunmayan və ya həyatı üçün təhlükə yaradan aritmiyaları olan xəstələr;
Rezistent hipertoniya, yəni dərman terapiyasına baxmayaraq, yüksək təzyiqi olan xəstələr qan təzyiqi normallaşana qədər oruc tutmamalıdırlar.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1406   Tarix: 26 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar

Pilates müasir dövrdə arıqlamaq və formada qalmaq üçün ən çox üstünlük verilən idman növlərindən biridir. İdman zallarına getmədən, ev şəraitində rahatlıqla edilə bilən bu məşqlər xüsusilə qarın, kürək və omba əzələlərin

.

Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə

Son illərin ən populyar tropik meyvələrindən biri olan ananas zəngin tərkibi ilə insanı xəstəliklərdən qorumağa kömək edir. Mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu meyvəni qida rasionuna əlavə edənlər sağlamlıqlarına böyü

.

Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı

Yuxunuzun keyfiyyətinə təsir edən ən mühüm amillərdən biri yataq otağınızın temperaturu ola bilər. Mütəxəssislərə görə, nə çox isti, nə də çox soyuq mühit idealdır; bəs dincəldici bir yuxu üçün otaq temperaturu neçə dərəc

.

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Uzun müddət oturmaq bir çox insanı piylənmə riski altına qoyur və xərçəng və ürək xəstəlikləri riskini artırır. xəbər verir ki, lakin Çinli tədqiqatçılar tərəfindən aparılan yeni 10 illik bir araşdırma göstərir ki, hətt

.

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

Lavanda yağı əsasən Lavandula angustifolia (əsl lavanda) başda olmaqla, müxtəlif lavanda növlərinin çiçəklərindən əldə edilən təbii uçucu yağdır. Özünəməxsus xoş ətri və geniş istifadə sahələri sayəsində kosmetika, şəxs

.

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Mütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır. xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

.

Neçə dəqiqəyə günəş yanığı yaranır?

Araşdırmalara əsasən, dəri günəşin təsirindən cəmi 15 dəqiqə sonra zədələnməyə başlaya bilər. . -a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, açıq rəngli dəriyə sahib insanlar tünd dərili şəxslərlə müqayisəd

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

.

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibl

turlar.az

sade makiyaj sekilleri geyim dəbləri sac duzumleri salatlarin hazirlanmasi atalar sözləri hekayələr displaziya kosmetika xerceng yumurta buga burcu burclər cinsi əlaqə