Hansı vitamin arıqlamağa kömək edir?

Hansı vitamin arıqlamağa kömək edir?D vitamininin faydalarından səhərə qədər danışmaq olar: kalsiumun mənimsənilməsinə kömək edir, hormonları tənzimləyir, sümükləri möhkəmləndirir və bütün immun sistemini yaxşılaşdırır, əlavə olaraq depressiyanın inkişaf riskini də azaldır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər D vitamini səviyyələri ilə artıq çəki arasındakı mümkün əlaqəni araşdırıb. Məlum olub ki, çəki problemi həm də D vitamini çatışmazlığı ilə əlaqədardır. Bir insanın çəkisi nə qədər çox olarsa, bir o qədər "günəş" vitamini tələb olunur.
D vitamini qəbul etmək çəkinin kəskin şəkildə azalmasına səbəb olmayacaq, lakin ümumi sağlamlığa kömək edəcək və istədiyiniz çəkini qoruyacaq. Eyni zamanda, D vitamini bədəndəki yağ hüceyrələrinin yığılmasına mane olur. Son araşdırmaların nəticələrinə görə, bu bioloji aktiv maddəni 12 həftə qəbul etdikdən sonra bədən piylənməsində azalma baş verir.
D vitamini çatışmazlığının əlamətləri
Yorğunluğun artması
Depressiv vəziyyətlər
Ani sümük və əzələ ağrısı
Əzələ zəifliyi
Əzələ spazmları
Saç tökülməsi
Əlbəttə bu əlamətlər digər vitamin çatışmazlığı və sağlamlıq problemlərinə də xasdır. İstnilən halda simptomlardan birini uzun müddət müşahidə edirsinizsə, həkimə müraciət etməyiniz tövsiyə olunur.
D vitamini heç vaxt yetərli deyil: xüsusən də yayda səviyyəsini artırmaq üçün əlverişli fürsətdən istifadə etmək asandır. Daha çox günəşdə olun, günəş işığı dəri tərəfindən əmilir və D vitamininə çevrilir.
Pəhrizinizi nəzərdən keçirin: yağlı balıqlar (skumbriya, qızılbalıq, ton balığı), süd məhsulları, yumurta sarısı və göbələk D vitamin ehtiyatlarını artırmağa kömək edəcək. D vitamini əlavəsinin praktik olaraq heç bir dadı yoxdur, odur ki, onu qəbul etmək çətin olmayacaq.
Təəssüf ki, D vitamininin özü arıqlamağa kömək etməyəcək, ancaq ümumi sağlamlıq üçün çox fayda gətirəcək. İdman və düzgün qidalanma sayəsində ideal bədən quruluşuna sahib ola biləcəksiniz.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2776   Tarix: 20 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

turlar.az

geyim dəbləri sade makiyaj sekilleri həkim məsləhəti resept pirojnalar hicab geyimleri psixologiya kosmetika vetene aid bayati rus dilini oyrenek 2ci ders novruz hakistasi laylalar saglam qidalanma