Haqqında danışmağa utandığımız gözəllik problemləri

Haqqında danışmağa utandığımız gözəllik problemləriGözəlliklə və xarici görünüşümüzlə bağlı qeyri-etik hesab etdiyimiz bəzi problemlər var ki, biz bu problemləri rəfiqələrimizlə, hətta mütəxəssislərlə belə müzakirə etməyə utanırıq.
Ancaq bu narahatlıq əbəsdir, çünki bunlar tamamilə təbii proseslərdir və bundan çəkinmək üçün əsas vermir.
Ayaq qoxusu
Ayaq tərləməsi hər insanda mövcuddur, bu, orqanizmin təbii reaksiyasıdır. Sizdə bu reaksiya çox güclüdürsə, buna səbəb hiperhidroz (yüksək dərəcəli tərləmə) və ya ayaqqabınızın düzgün seçilməməsi ola bilər.
Bəs bu halda nə etmək lazımdır? Gigiyena qaydalarına xüsusi diqqət etməyə çalışın. Onları hər gün yumaqla kifayətlənməyib həmçinin firça ilə də sürtün. Bu, sizə ayağınızdaki ölü hüceyrələrdən qurtulmağa yardımçı olar, çünki bakteriyalar məhz bu hüceyrələrlə qidalanır. Ayaqqabılarınızı nəzərdən keçirin, onlar təbii materiallardan olmalıdır. Ayaqqabılarla bağlı hər şey qaydasındadırsa, onda problem göbələk xəstəliyi və düzdabanlılıq ola bilər. Düzdabanlılıqda ayaqlara düşən yük artdığı üçün ayaqlar sərinləməyə çalışır və güclü tərləyir. Ortopedik ayaqqabı içliyi və antiperspirantlar vasitəsilə bu problemdən qurtulmaq olar. Ən ağır hallarda botulotoksin iynəsindən müalicə üsulu kimi istifadə olunur.
Tərləyən ovuclar
Sevgilinin əlindən tutmağa qorxursan, çünki ovucların çox tərləyib... Ancaq o da eyni vəziyyətdə ola bilər. Məhz əsəb gərdinliyi səbəbindən bizi gah isitmə, gah üşütmə tutur.
Bu halda nə etmək olar? Əgər bu piylənmə ilə bağlıdırsa, endokrinoloq məsləhəti almağınızda fayda var, bəzən qalxanvari vəz problemləri bu tip tərləmələrə səbəb ola bilir. Ancaq əksər hallarda bu narahatlığın dəf olunması üçün sadəcə olaraq stressi aradan qaldırmaqda sizə yardımçı olacaq psixoloq konsultasiyasına ehtiyac duyulur. İlkin müdaxilə kimi kontrast vannaları və antiperspirantlardan istifadə edə bilərsiniz. Bunlar bir həftə müddətində tər vəzilərinin fəaliyyətini əngəlləyir.
Ağız qoxusu
Bunu az insan üzünüzə deyə bilər, özünüzün isə bunun fərqinə varmağınız çətindir. Ancaq bunu təyin eləmək üçün bir üsul var: çay qaşığını dilin kökünə doğru sıxmaq və sonra iynəmək – məhz bu qoxunu da ətrafinizdakılar hiss edir.
Bəs bu halda nə etməli? Çox zaman halitosis (ağız qoxusunun elmi adı) ağız boşluğunda quruluq olduqda meydana çıxır, buna görə də əlinizin altında daim su butulkasının olmasına diqqət edin. Həmçinin gündə iki dəfə dilinizi təmizləyin. Ancaq bəzən bu narahatlığın səbəbi şəkərli diabet, qastrit və burun-udlaq xəstəlikləri də ola bilər. Bu zaman hansı simptomların özünü göstərdiyinə diqqət etmək lazımdır. Böyür tərəfdən və qarnın mərkəzinə doğru deşici ağrı, tənəffüslə bağlı problemlər, genişlənmiş badamcıqlar həkimə müraciət etmək üçün kifayət qədər yetərli simptomlardır.
Dəri altına böyüyən tüklər(tük dönməsi)
Ola bilər ki, sənin dərin qalındır və zərif məhsullar ona nüfuz etmək iqtidarında deyil və ya epilyasiyadan sonra tüklər yanlara doğru çıxmağa başlayıb.
Bunun qarşısını almaq üçün epilyasiyadan öncə pilinq etməyi unutma. Həmçinin böyüməni ləngidən kremlərdən istifadə etmək, dərini nəmləndirmək, dərinin ən zərif hissələrinə isə dezinfeksiyaedici vasitə çəkmək məsləhət görülür. Bu tədbirlər problemi aradan qaldırmayıbsa, buxar və ya isti su ilə dərini yumşaldın və tükün nə dərəcədə dərinə kök saldığını aydınlaşdırmağa çalışın. Əgər o, səthdədirsə, bunun öhdəsindən skrab gələ bilər. Əks halda bir neçə gün dalbadal həmin hissəyə salisil turşusu qatqılı krem çəkmək lazımdır, bu, iltihabı aradan qaldıracaq və tükün səthə çıxmasına imkan yaradacaq.
Ziyillər
Uşaq xəstəliyi kimi də bilinən bu problem əslində böyüklərə sirayət edə bilər. İnsanlarda papilloma virusu şəxsi təmas və əşyalar vasitəsilə ötürülür. İmmuniteti zəif olan insanlar xüsusi risk qrupundadır.
Nə etmək lazımdır? Diqqətə alınması gərəkli olan əsas amil odur ki, bu infeksiya zədələnmiş hissələr və çatlardan orqanizmə nüfuz edir. Buna görə profilaktik tədbirlərə diqqət etmək çox vacibdir. Dar və sıxan ayaqqabıdan uzaq olmağa çalışın, tərləmə varsa, aradan qaldırın. Həmçinin bədənin digər hissələrində əmələ gələn ziyilləri də plastr, əllərdə trikloroasetik turşusu ilə müalicə etmək mümkündür. Əgər gözləmək istəmirsinizsə, həkimə müraciət edin. O, sizə optimal variant kimi maye azot və ya antivirus terapiyası ilə birlikdə lazer müalicəsini məsləhət görəcək. Həmçinin ziyil rəngini və ya ölçüsünü dəyişdikdə, qanamağa başladıqda da həkimə müraciət etmək məsləhət görülür.
İntim qoxu
Bu təbiidir, ancaq dəyişikliklər baş verdikdə, bu haqda düşünməyə dəyər. Əsas etibarilə ciddi şəkildə gigiyenik qaydalara riayət etmək lazımdır, ancaq ifrata varmaq da düzgün deyil, çünki bu, turşu-qələvi balansını pozulmasına gətirib çıxara bilər və problemi daha da dərinləşdirər. Bakteriyaların çoxalmasının qarşısını almaq üçün alt paltarlarının pambıqdan olmasına diqqət etmək, dar geyimlərdən uzaq durmaq, hovuzdan çıxdıqdan sonra dərhal çimərlik geyimini çıxarmaq tövsiyə olunur. Düzgün qidalanmanı da unutmamaq lazımdır, çünki bağırsağın mikroflorası da bu tip problemlərin yaranmasına səbəb ola bilər.
Bığlar
Çoxlarını narahat edən bu problemin həlli onların götürülməsidir. Ancaq bunu özbaşına etmək məsləhət deyil. Tük örtüyü qalın və tez gözə çarpanlara elektroepilyasiya üsulundan yararlanmaq tövsiyə olunur. Bu ağrılı prosesdir və bir dəfəyə bütün tüklər yox olmayacaq. Bunun üçün 5-10 seans tələb oluna bilər, ancaq bu prosedurdan sonda hər nə qədər hormonal dəyişikliklər də yaşasanız (hamiləlikdən söhbət gedir), bığ kimi problemlə üzləşməli olmayacaqsınız.
Qat şəklində soyulan dırnaqlar
Dirnaq boyanız tez qopmağa başlayıb? İstehsalçıları günahlandırmağa tələsməyin. Diqqət edin ki, dırnaq boyası ilə birlikdə dırnağınızdan da bir təbəqə də qopurmu. Dırnaqlarınızı diqqətlə gözdən keçirin. Əgər onlar rəngini dəyişibsə, bu, ürək-damar sistemində problemlərin olduğunun xəbərçisi ola bilər. Eninə xətlər varsa, bu, orqanizmdə infeksiya olduğunun əlaməti hesab oluna bilər. Lakin çox zaman buna səbəb sadəcə vitamin çatışmazlığıdır. Yemək rasionuna A, C və B qrupundan olan vitaminləri daxil edin, həmçinin kalsiuma da yer verin.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1772   Tarix: 27 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

toy makiyajlari geymler 2026 maskalar capiq ucun maz saclarin yigilmasi şəkillər hicab geyimleri kosmetika xocali novruza aid hakışta sevda rus dilini öyrənək 2 ci dərs gülməli hakıştalar