Haqqında həbs qərarı verilən 'Survivor' iştirakçısından AÇIQLAMA
"Survivor All Star 2025" yarışmasının iddialı iştirakçılarından biri olan Hikmət Tuğsuz proqramdan gözlənilməz şəkildə ayrılması ilə bağlı açıqlama verb.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hikmət Tuğsuzun sözlərinə görə, o, Türkiyə bayrağına və ölkəyə qarşı təhqiramiz ifadələr işlədən bir şəxsi döydükdən sonra məhkəməyə çağırılıb.
"Türkiyə bayrağını və ölkəmizi söyən şəxsi döydükdən sonra məhkəməyə çağırıldım. Lakin yarışda iştirak etdiyim üçün məhkəmə iclasında ola bilmədim və bu səbəbdən barəmdə həbs qərarı verildi," – deyə Tuğsuz bildirib.
O, yarışmada çempionluq uğrunda mübarizə apardığı bir vaxtda belə bir qərarın çıxarılmasının onu dərindən sarsıtdığını və yarışmanı ağlaya-ağlaya tərk etdiyini söyləyib.
Qeyd edəkki, Hikmət Tuğsuz hazırda Londondadır. Onun məhkəmə prosesi və gələcək taleyi ilə bağlı əlavə açıqlamaların verilməsi gözlənilir.
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?